“Kəpəz”in futbolçuları Taqanroqu telefonsuz qoyublar

Əfqan Talıbov: “Qayıtdı ki, rəqibin 10 futbolçusunu, 3 hakimi almışıq, yenə də bacarmırsız”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mıxdan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarında əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı veteran futbolçu Əfqan Talıbovdu.
“Nə fərqi var, hamınız futbolçusuz və mənim balalarımsız”
Hərbi xidməti başa vurandan sonra Belarusda qalıb Qrodno təmsilçisi “Neman”ın təklifini dəyərləndirdim. 1984-cü ilin qışında komanda Aluştada təlim-məşq toplanışında idi. Hava da elə soyuqdu ki, məşqə çıxanda dişimiz-dişimizə dəyir. Şaxta da adamın üzünü yandırırdı. Komandanın həkimi İvan Qriqorıç yaşlı kişi idi. O, həkimdən çox bizə ata münasibəti göstərir, hər problemimizlə maraqlanır, imkanı daxilində hamımızın işinə kömək edirdi. Bütün futbolçular da Qriqorıçın xətrini çox istəyirdi. Bir gün Ukrayna klubu ilə yoxlama görüşündə üz-üzə gəldik. İsinmə hərəkətlərindən sonra hər zamankı kimi həkim bizə yaxınlaşmalı və durumumuzla maraqlanmalıdı. Bundan başqa, o vaxtlar oyundan öncə həkim meydana çıxan bütün futbolçulara naşatır spirti iylədirdi. İsinmə hərəkətlərini başa vurub geri dönəndə Qriqorıçı görmədik. Düşündük ki, yəqin nəsə işi var, bir neçə dəqiqədən sonra yaxınlaşacaq. Matçın başlamasına 5 dəqiqə qalıb, həkimdən xəbər-ətər yoxdu. Birdən Ukrayna klubunun bir futbolçusu bizim düşərgəyə yaxınlaşaraq “gəlin, həkiminizi aparın, bədbəxt qarşısına keçənə naşatır iylətməyə çalışır” söylədi. İnzibatçı bu sözdən dərhal sonra rəqibin texniki zonasına yollandı. Bir də gördük, inzibatçı həkimin qoluna girərək onu bizə tərəf gətirir. Sən demə, biz isinmə hərəkətləri edən zaman Qriqorıç havanın soyuq olduğunu nəzərə alaraq, bir qədər “isinmək” istəyib. Normanı keçdiyindən komandaları səhv salıb. Ukrayna klubunun futbolçularına yaxınlaşıb ki, “gəlin, sizə “naşatır” iylədim”. Onlar buna “sən o biri komandanın həkimisən” deyəndə, “nə fərqi var, hamınız futbolçusuz və mənim balalarımsız” söyləyib. İnzibatçı rəqibin texniki zonasına çatanda görüb ki, İvan Qriqorıç əlində spirt sağa-sola gedir, ancaq heç kim onu yaxın qoymur. Bizə çatanda isə artıq “naşatır” qurtarmışdı, belədə məcbur olub, biz meydana həkim yardımı olmadan çıxdıq.
“Sizə sual verdim ki, futbolda kumiriniz kimdi, demədim ki, mənə akademik adı çəkin”
Tiflis “Dinamo”sunun SSRİ çempionatında “bərkgedən” vaxtları idi. Komandanın çıxışı bütün gürcülərə təsir etmişdi. Elə hesab edirdilər ki, SSRİ adlı ölkədə futbolu onlardan yaxşı oynayan və bilən yoxdu. Ümumiyyətlə, onu da deyim ki, gürcülər çox yekəxana millətdi, istənilən sahədə özlərini hamıdan üstün bilirlər. Bir dəfə “Kəpəz”lə Qoriyə oyuna getmişdik. Komanda nahar etdikdən sonra çölə çıxıb gəzişirdik. Həmin vaxt 3-4 gürcü bizə yaxınlaşdı. Aralarından bir nəfər “siz futbolçusuz” sualını verdi. Biz də “bəli, futbolçuyuq, Azərbaycandan gəlmişik” cavabını verdik. Həmin şəxs siqaretindən bir qullab alandan sonra üzümüzə baxdı və “mənə deyə bilərsiz, kumiriniz kimdi, kimə oxşamaq istəyirsiz” sualını verdi. Biz də cavan uşaqlar kimi qayıtdıq ki “mən Oleq Bloxini bəyənirəm”, kimi də başqa bir sovet futbolçusunun adını çəkdi. Aramızda Xaliq Qafarov “mən Kipianini çox bəyənirən, ona oxşamaq istəyərəm” dedi. Yaşlı gürcü “mən sizə sual verdim ki, futbolda kumiriniz kimdi, demədim ki, mənə akademik adı çəkin” söyləyib əlini yelləyə-yelləyə getdi. Bu onun göstəricisi idi ki, gürcülər öz futbolçularına necə dəyər verirlər. Onların aləmində Kipiani futbolçu yox, akademik imiş. Yəni həmin dönəmdə SSRİ adlı böyük dövlətdə gürcülər üçün ondan güclüsü yox idi.
“Siz stadiona gedən kabel əvəzinə bütün şəhərin telefon kabelini doğramısız”
1988-ci ildə “Kəpəz”lə Taqanroqa yollanmışdıq. İlk oyunda hər vasitədən istifadə edib onların başına Gəncədə elə oyun açmışdıq ki, bizimlə qarşılaşmanı böyük səbirsizliklə gözləyirdilər. Özləri də gedəndə demişdilər ki, Taqanroqda etdiklərinizin 5 qat əvəzini çıxacağıq. Ora oyundan bir gün öncə çatdıq. Səhər idmanından sonra futbolçulardan bir neçəsi qayıtdı ki, işıqlandırma sisteminə gedən kabelin yerini öyrənmişik. Onu kəsib stadionu işıqsız qoyaq, belədə Taqanroq təmsilçisinə texniki məğlubiyyət veriləcək. Baş məşqçimiz də Sergey Kramarenko idi. Bu söhbəti öz aramızda etdik. Müdafiəçimiz, indi Moskvada yaşayan Ruslan Hüseynov, rəhmətlik Arzu Mirzəyev və adını yaddan çıxardığım bir futbolçu bu missiyanı öz üstünə götürdülər və gecə ilə kabelləri kəsib-doğradılar. Oyun başlayanda özümüzə o qədər arxayınıq ki, meydanda piyada gəzirik. Fikirləşirik ki, onsuz da oyunun sonuna 15 dəqiqə qalmış işıqlandırma işə düşməlidi. O işə düşməyəcək, oyun təxirə salınacaq, rəqibə texniki məğlubiyyət veriləcək. Meydan sahibləri bizə qarşı o qədər əsəbi idlər ki, ilk saniyələrdən böyük qüvvə ilə hücuma atıldılar. Uzun sözün qısası, 20-ci dəqiqədə hesab artıq 3:0 onların xeyrinə idi. İkinci hissənin gedişində 4-cü qolu vuranda hakimə yaxınlaşıb matçın sonuna neçə dəqiqə qaldığını soruşdum. Qayıtdı ki, 16 dəqiqə qalıb, ancaq sizin nəsə edəcəyiniz inandırıcı görünmür. Öz-özümə gülüb “uşaqlar, qarşılaşmanın dyanmasına bir dəqiqə qalıb” söylədim. İndi oyun gedir, stadionda işıq sönmür. 90 dəqiqə başa çatdı. Elə qaçış zolağına çatmışdıq ki, komandanın Cavanşir adlı inzibatçısı bizə yaxınlaşaraq, “Allah evinizi yıxsın, siz nə etmisiz? Bütün şəhər sizi axtarır. Siz stadiona gedən kabel əvəzinə bütün şəhərin telefon kabelini doğramısız. Taqanroqun birinci katibi, milis şöbəsinin rəisi, prokuror və başqa həyati əhəmiyyətli idarələr telefonsuz qalıb. Tez yığışın, burdan qaçaq” söylədi. Özümüzü itirdik, nə edəcəyimizi bilmədik. Heç duşa girmədən, tərli-tərli Taqanroqdan çıxdıq.
“Vidadi üzünü texniki zonaya tutaraq “Talıbov, bu iti məndən uzaq tut” dedi”
“Ədliyyə”nin baş məşqçisi olduğum vaxtlar idi. “Doğma divarlar” arasında “Neftçi”ni qonaq edirdik. Oyundan əvvəl futbolçulara “ustanovka” verəndə Amil Əhmədova tapşırdım ki, Vidadi Rzayevə qarşı “personalnı” oynayacaqsan. Sənin heç bir işin yoxdu, sadəcə, “Vidoş”a topu qəbul etməyə imkan vermə. Amil də karate üzrə 7-ci dan qara kəmər ustasıdı. Oyun başladı. Vidadi “Neftçi”nin “düşünən beyni” idi. Ancaq Amil ona qarşı necə oynayırsa, topu qəbul etməyə belə imkan vermir. Yerlə gələn ötürmələrin qarşısını alır, göylə gələnə elə tullanır ki, texniki zonada özüm qorxuram ki, Rzayevin boynunu qıracaq. “Neftçi”nin baş məşqçisi də Kazbek Tuayev idi. O da dayanmadan “Vidadi, oyna, Vidadi, diqqət ol, “Vidoş”, topa gəl” deyib, Rzayevə irad bildirir. “Vidoş” var meydanda? Amil Vidadini, loru dillə desək, təmiz “öldürüb”. Növbəti dəfə Kazbek Əliyeviç ona irad bildirəndə, Rzayev üzünü texniki zonaya tutaraq “Talıbov, bu iti məndən uzaq tut. Onun nəfəsini hər yerdə hiss edirəm, belə adam olar? Bu nə imiş” dedi. Həmin matçı məğlub başa vursaq da, Əhmədovun Vidadini “oyundan qoparmağı” mənə ləzzət etdi.
“24 nəfər bir futbolçu ilə bacarmır”
Əhməd Ələsgərov “Kəpəz”in baş məşqçisi olduğu vaxt idi. Gəncədə Belarus təmsilçisi “Vitebsk”lə oynamalıyıq. Orda futbol oynadığımdan belaruslu futbolçuların çoxunu tanıyırdım. Matçdan əvvəl onlar mənimlə əlaqə saxladılar ki, “bizə xal lazım deyil, 5-10 manat verin, 2 xalı sizə verək”. Mən də bunu Əhməd Lətifoviçə çatdırdım. Rəhmətlik onların dedikləri ilə razılaşdı. Oyunun gedişində “Vitebsk”in bütün futbolçuları meydanda piyada gəzir, arxaya çəkilərək, bizim fərqlənməyizə şərait yaradırlar. Top qapıya girmir ki girmir. Onların heyətində də kapitanları olan “9” nömrə var. Komanda yoldaşlarından fərqli görürük ki, o özünə əl qatıb, meydanın hər qarışı uğrunda vuruşur. Sən demə, onun xasiyyətinə bələd olduqlarından komanda yoldaşları ona “matçın verildiyi” barədə heç nə deməyiblər. Necə oldusa, ilk hissənin ortalarında həmin “9” nömrə oyunda hesabı açdı. Deməli, yazıq qol vurub mərkəzə qaçanda gördü ki, yoldaşları onu təbrik etmirlər. Hissənin sonuna yaxın Füzuli Allahverdiyevin ötürməsiylə hesab arasında tarazlığı bərpa etdim. İndi paltardəyişmə otağında oturmuşuq. İçəri girən kimi də Lətifoviçin xasiyyətini bildiyimizdən otaqdakı bütün atılmalı, bizə dəyiləsi əşyaları yığışdırmışıq. İçəri daxil olanda gördü ki, başıaşağı oturmuşuq. Qayıtdı ki “rəqibin 10 futbolçusunu, 3 hakimi almışıq. Bunun üstünə də 11 nəfər sizi gəlirəm. 24 nəfər bir futbolçu ilə bacarmır” deyib, əlini atdı ki, nəyisə bizə tərəf tullasın, gördü ortada heç nə yoxdu. Başını yelləyib otağı tərk etdi və “mən belə yerdə qala bilmərəm” söylədi. İkinci hissədə rəhmətlik Vüqar Qəmbərovun qolu ilə qarşılaşmadan çətinliklə də olsa, qalib ayrıldıq. Həmin o futbolçu bizə sübut etdi ki, meydanda ürəkdən can qoyanda bir nəfər də oyunun taleyini həll edə bilir.
RƏŞAD

Son xəbərlər

Zubir: "Fransa klubuna qol vurmaq özəldi" - VİDEO

Simeoneyə etimad tükənməyib

"Hərbçilər" gəncəliləri məğlub etdi - VİDEO

22-ci "Səbail" - "Qəbələ" duelinə doğru

Mövsümün sonunda “İnter”dən gedəcək

Tahir Süleymanov almanları hakimlərimizə nümunə göstərdi

Türkiyə Avropada gənclərə ən az şans verən ölkədi!

Laviolett Oveçkini təriflədi

Misirdə Olimpiada keçiriləcək?

Doğma klubunun idman direktoru olacaq

"Yığmada baş məşqçi əcnəbi olacaqsa, mütləq iki yerli onun köməkçisi olmalıdı" - Ağasəlim Mircavadov

Di Mariya ilə bağlı qərar verildi

Autsayder komandada yeni baş məşqçi

UEFA-dan "Olimpiakos" - "Qarabağ" oyunu ilə bağlı mühüm qərar

İcra Hakimiyyəti bu klubun işıq borcunu həll edib

"Turan Tovuz" futbolçuları məktəblilərin qonağı oldu

Samir gəldi, zülm bitdi? - KÖŞƏ

Azərbaycan klubu Kuarejma ilə maraqlanır?

Xayme Romero İspaniya klubunda

“Yuventus” onu almaq istəyir

Özilin durumuna aydınlıq gəldi

“Fənərbaxça”dan BƏƏ-yə

“Turan Tovuz” məktəblilərlə görüşdü

Dünya çempionatının oyunları İctimai TV-də

Taekvondoçumuz Avropa çempionu oldu

Messi PSJ-dən ayrılır?

A Seriyasında ilk

Lyaiç Türkiyədə qaldı

Boksçularımız 1/4 finalda

Benzema üç mükafatın sahibi oldu

Bundesliqa klubunda yeni müqavilə

Millimiz olimpiadada 5 komanda ilə təmsil olunacaq

İstanbul derbisini idarə edəcək hakimlər açıqlandı

“Araz Naxçıvan” "Sumqayıt-2"ni, "Şamaxı-2" "Mingəçevir"i böyük hesabla məğlub etdi - YENİLƏNİB

Messi Ronaldonun rekordunu təkrarladı

Millətlər Liqasında yüksələnlər və enənlər müəyyənləşdi

"Barselona" yeni transferinin xidmətindən 1 ay yararlana bilməyəcək

Ardıcıl 5-ci dəfə penaltini dəf etdi, tarixə düşdü

Xavi ilə Pike arasında gərginlik

İdmançımız Gürcüstanda gümüş medal qazandı

"Real Madrid"in ən yaxşı futbolçusu o seçildi

Cüdo millimizin üzvü bu klubla müqavilə imzaladı

"Fənərbaxça" onunla yollarını ayırdı

"Turan Tovuz"un futbolçusu milli komandası ilə qələbə qazandı

"Azərbaycanla oyundan müəyyən nəticələr çıxardım" - Moldovanın baş məşqçisi

Bütün xəbərlər