Premyer-liqa təmsilçiləri arasında koronavirusdan bəlkə də ən çox əziyyət çəkən “Sumqayıt”dı. “Kimyaçılar”ın düşərgəsi əsl lazareti xatırladır. Futbolçularla yanaşı, komadanın həkimi, fizioterapevti və inzibatçısının da koronavirusa yoxluxduğunu ötən saylarımızın birində xəbər vermişdik. Dünən əldə etdiyimiz məlumata görə, “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal da COVID-19-a yoluxub.
Xəbəri dəqiqləşdirmək üçün Hakan bəylə saxladıq. Türk kökənli alman mütəxəssis söylənilənləri təsdiq etdi və hazırda hərarətinin yüksək olduğunu, ev şəraitində müalicə aldığını bildirdi.
RƏŞAD