“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində bu gün səfərdə qarşılaşmalı olduğu “Vilyarreal” ilə oyunla bağlı UEFA-ya müraciət ünvanlayıb. Qeyd olunub ki, Ağdam klubunun koronavirus testi pozitiv nəticələnən və zədəli olan futbolçuları (A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13 nəfər, ikisi qapıçı olmaqla) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək və göstərilən səbəbdən oyun baş tutmayacaq.

Ağdam klubu rəsmi açıqlama da yayıb. Məlumatda komandanın heyətində koronavirusa yoluxan və zədəli futbolçuların adları qeyd olunub: “Qarabağ" Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı "Vilyarreal"la oyun ərəfəsundə növbəti dəfə koronavirus testindən keçib. Daha iki futbolçuda - Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi pozitiv olub. Ötən testin nəticələri pozitiv olan komandanın daha 7 üzvü - Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada da nəticə eyni olub. Ağdam təmsilçisinin digər iki oyunçusu - Bədavi Hüseynovla Patrik Andrade də zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq. Son testləri neqativ çıxan Maksim Medvedevlə Musa Qurbanlı da həkim məsləhəti ilə məşqləri tam bərpa etməyib.

Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək”.
Azərbaycan çempionunun Avropa Liqasındakı iştirak ərizəsində ümumilikdə 23 futbolçu yer alıb ki, onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 8-i yarımmüdafiəçi, 3-ü hücumçudu: qapıçılar - 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayxan Arazlı; müdafiəçilər - 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye, 81. Kevin Medina; yarımmüdafiəçilər - 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Toral Bayramov; hücumçular - 7. Ovusu Kvabena, 11. Mahir Emreli, 22. Musa Qurbanlı.
Adı çəkilən futbolçulardan 18-i A, 5-i isə B iştirak ərizəsində yer alıb. Ağdam təmsilçisinin UEFA-ya təqdim etdiyi sifariş ərizəsində adı qeyd olunan Ayxan Arazlı, Rauf Hüseynli, Zamiq Əliyev, Toral Bayramov və Musa Qurbanlı B iştirak ərizəsinin üzvləri idilər. Digər futbolçular isə A iştirak ərizəsində yer alıblar.

Qaydalara uyğun “Qarabağ” COVID-19 ilə bağlı problem çıxdığından qarşılaşmanın baş tutmaması üçün UEFA-ya rəsmi hesabat təqdim edib. Bəs bu müraciət necə nəticələnə bilər? “Vilyarreal” - “Qarabağ” qarşılaşması təxirə salına bilərmi? Suallarımızı cavablaması üçün “köhlən atlar”ın baş meneceri Asif Əsgərovla əlaqə saxladıq: “Rəsmən açıqladığımız kimi, koronavirusa yoluxan və zədələnən futbolçularımızın sayı 13 olduğundan Avropanın ali futbol qurumuna qarşılaşmanın keçirilməməsi ilə bağlı müraciət ünvanladıq. Komandanın heyətində aktiv 7 infeksiya daşıyıcısı var idi. Şahruddin və Xayme də onların sırasına qoşuldu. Musa və Maksim yeni sağaldıqlarından və məşqləri tam bərpa etmədiklərindən, Bədavi və Andrade zədəli olduqlarından meydana çıxa bilməzlər. Biz də oyunçu çatışmazlığına görə UEFA-ya müraciət etdik. İndi qərarın verilməsini gözləyirik. Avropanın ali futbol qurumunda COVID-19 ilə bağlı komitə var. Əvvəlcədən bildirilmişdi ki, pandemiya ilə bağlı problem olduqda 3 gün öncədən məlumat verilməlidi. Biz də bu qaydaya uyğun hərəkət etdik. İndi qurum iki qərar verə bilər. Əsas məqsədimiz matçın təxirə salınmasıdı. UEFA hər iki komandaya müraciət edib, görüşün keçirilməsi üçün uyğun vaxt təyin edə bilər. Proses ən yaxşı halda belə nəticələnə bilər. Ya da ki bizim komandaya matçda iştirak etmədiyinə görə texniki məğlubiyyət veriləcək. Bu qərarın qəbul olunmayacağına ümid edirik. İstənilən halda UEFA-nın rəsmi mövqeyini gözləməliyik”.
Əldə etdiyimiz özəl məlumatı da diqqətinizə çatdıraq. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov özünü yaxşı hiss edir. Onun koronavirus testi bu dəfə neqativ olub. Buna baxmayaraq, təcrübəli mütəxəssis müalicəni davam etdirir, bərpa prosesindən keçir.

İLKİN SULTANLI


Son xəbərlər

Elxan Məmmədov dünya çempionatında çalışan azərbaycanlılarla görüşdü

Yeni “Poz-Qazan” oyunları - “Tap, Qazan” və “Göz muncuğu” satışa çıxarıldı

Azərbaycan kubokunda 1/4 finala start verilir - YENİLƏNİR

"Neftçi" "Zirə" ilə oyunun hazırlığını yekunlaşdırdı

"Qəbələ"də iki itki

Emrelinin "Dinamo"ya qoşulacağı tarix bəlli oldu

FA Sautqeytlə bağlı qərarını verdi

Füzuli Məmmədov: “Bu, “Neftçi” üçün gözəl şansdı”

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verildi

De Paul Niderlandla matçı buraxacaq?

"Şamaxı" Rüstəm Əliyevlə yolları ayırıb? - ÖZÜ AÇIQLADI

Sənan Qurbanov: Dünya çempionatında 2 kollektivi xüsusi qeyd etmək olar"

Millinin 10 üzvü İspaniyaya qayıtmayıb

Erik ten Haq Ronaldonun “Mançester”dən ayrılması haqda danışdı

“Səbail”in hazırlıq planı bəlli oldu

"Səbail" rəhbərliyi Mahmud Qurbanova dəstək oldu: klubdan 2 video birdən

Qətərdə mundial bitməmiş stadion sökülür

Bernardo Silvadan Messiyə tərif

Kevin Lavın Lebron Ceyms sevgisi

Ruan Renato: “Qarabağ”la görüşlərdə gözəl nəticə əldə edəcəyimizə ümid edirəm”

Portuqaliyanın yeni qəhrəmanı: “Ronaldo, Levandovski və İbrahimoviç örnək aldığım insanlardı”

Federasiya üzvləri tarix yazan millinin üzvləri ilə görüşdü

“İmarət”in həbs olunan üzvü kimdi?

Azərbaycan "Qran-pri"sində yenilik

Yaponların ənənəsini davam etdirdilər

Millinin heyəti bəlli oldu

“Neftçi”nin nəticəsi - KÖŞƏ

"Sumqayıt" qış təlim-məşq toplanışını bu şəhərdə keçirəcək

Polşalı fanatlar qalib oldular

Millilərimizin rəqibləri bəlli oldu

Qərb derbisini bu hakim idarə edəcək

İsveç-Azərbaycan matçı bu stadionda keçiriləcək

Millinin Yunanıstanla oyununun vaxtı bəlli oldu

Mundial onlar üçün erkən sona çatdı

Premyer-liqa matçı qapıçının formasına görə 7 dəqiqə gec başlayıb

Çin mərhələsi ləğv olundu

Lebron Meciki arxada qoydu

“Səbail” Mirbağır İsayevlə bağlı qərarla razılaşmır

Canər “Fatih Karagümrük”dən “Beşiktaş”a görə ayrıldı?

"Qəbələ"nin kapitanı "Qarabağ"la oyunlardan danışdı: "Maksimum gücümüzü qoyaraq öz oyunumuzu sərgiləyəcəyik"

Əfsanələrin çalışdırıcısı dünyasını dəyişdi

Türkiyə klubuna transfer qadağası qoyuldu!

Bütün xəbərlər