Sizin reklam burada

Daldan atılan daş topuğa dəyər!

Title
Daldan atılan daş topuğa dəyər!

UEFA Azərbaycanla bağlı qadağanı aradan qaldırdı
Azərbaycan və Ermənistanın beynəlxalq oyunlara ev sahibliyi etməsinə icazə verilib. Bu qərar UEFA İcraiyyə Komitəsinin dünənki iclasında çıxarılıb.
Qurum Qarabağdakı hərbi əməliyyatların dayandırıldığını nəzərə alaraq, oktyabrın 20-də tətbiq etdiyi qadağanı aradan qaldırıb. Bu isə o deməkdi ki, milli və klub səviyyəli komandalarımız bundan sonra ev oyunlarını ölkəmizdə keçirə biləcəklər.
Xatırladaq ki, qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqası çərçivəsindəki bütün ev oyunlarına Türkiyədə çıxıb.
Dünən həmçinin Millətlər Liqasının final mərhələsinin püşkü də atılıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə 2020/21 mövsümündə A liqasında qrup qalibi olan 4 komanda yarımfinal cütləri təşkil edib. 2021-ci ilin oktyabrında İtaliyada baş tutacaq həlledici raundun ilk oyununda meydan sahibinin yer aldığı cüt qüvvəsini sınayacaq. Bu görüş ayın 6-da keçiriləcək.
Ertəsi gün digər yarımfinal oyunu təşkil olunacaq. Oktyabrın 10-da isə 3-cü yer uğrunda qarşılaşma və final oynanılacaq.
Millətlər Liqası
yarımfinal
6 oktyabr
İtaliya - İspaniya
7 oktyabr
Belçika - Fransa
10 oktyabr
3-cü yer uğrunda oyun
final
Xatırladaq ki, turnirin ilk qalibi Portuqaliya olub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.