Artıq ölkəmizdə koronavirus pandemiyasının ikinci, özü də daha əzazil dalğasının yaşandığı açıq şəkildə deyə bilərik. Rəsmi açıqlanan rəqəmlər bunun bariz sübutudu. TƏBİB-in dünənki hesabatı isə vəziyyətin gərgin olduğunu xəbər verir: yoluxanlar 4189, sağalanlar 2072, ölənlər 40 nəfər. Görünən budu ki, yaxın günlərdə yenidən ölkədə sərt karantin rejimi tətbiq olunacaq.
Koronavirus infeksiyası ölkə futboluna da təsir göstərməkdədi. Premyer-liqada çıxış edən oyunçular, məşqçilər, klub personalı arasında koronavirusa yoluxanlar çoxdu. Günbəgün də sayda artım olur.
Dünən günorta saatlarında komandalardakı ümumi vəziyyətlə maraqlandıq. Premyer-liqada çıxış edən klubların mətbuat xidmətlərinin məlumatını təqdim edirik. Onu da nəzərinizə çatdırırıq ki, bu yazı hazırlanarkən PFL hələ “Sabah” – “Neftçi”, “Keşlə” – “Səbail”, “Zirə” – “Sumqayıt” oyunlarının təxirə salınmasıyla bağlı qərar verməmişdi.
“Sumqayıt”: “Komandanın 18 üzvü infeksiyaya yoluxub. Bura futbolçular və inzibati heyətdə çalışanlar daxildi”.
“Neftçi”: “Bu gün səhər yenidən test vermişik. Nəticələr hələ çıxmayıb. Köhnə yoluxanlardan da yenidən analiz götürülüb. Hansısa müsbət nəticə olarsa, ictimaiyyətə məlumat veriləcək”.
“Qarabağ”: “Qurban Qurbanov, Maksim Medvedev, Abbas Hüseynov, tərcüməçilər Elvar Quliyev və Aydın Rüstəmov koronavirusdan əziyyət çəkirlər”.
“Zirə”: “Bizdə, sadəcə, Kərim Diniyev aktiv COVID-19 infeksiyasına yoluxan şəxsdi. Bu gün yenidən test vermişik. Kərimdən başqa hamının nəticəsi neqativ çıxdı. Komandanın bütün üzvləri virusdan qorunurmağa çalışırlar. Sadəcə, məşq və hazırlıqlar zamanı kollektiv olaraq yığışırlar. Bir də oyun baş tutsa, onda yığaşacağıq”.
“Keşlə”: “Bu gün yenidən test vermişik. Nəticələr ürəkaçan deyil. Bugünkü məlumata daha 7 futbolçumuzun koronavirus testinin nəticəsi müsbət olub”.
“Sabah”: “Aktiv olaraq üç futbolçumuz koronavirusdan əziyyət çəkir: Coşqun Diniyev, Xulio Sezar Rodriges və Yevgeni Koçuk. Bu gün yenidən test vermişik. Nəticələr sabah bilinəcək”.
“Qəbələ”: “Əcnəbilərdən Merab Qiqauri, Ceyms Adeniyi və Rodriqo Qattasın, yerli oyunçulardan isə Rasim Ramaldanov, Ülvi İsgəndərov və Yusif Nəbiyevin COVID-19 testi pozitiv çıxıb. “Qəbələ”də daha öncə koronavirusa yoluxmuş Murad Musayev artıq sağalıb”.
“Səbail”: “Biz testi sabah verəcəyik. Bu gün komandanın həkimindən də futbolçular barədə soruşmuşuq. Nəticələr çıxandan sonra hər şey bəlli olacaq. Hələlik isə köhnə yoluxanlardan Əfran İsmayılov, Elgün Nəbiyev, Kamal Qurbanov və Mirsahib Abbasov sağalıblar”.
İLKİN SULTANLI

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər