Sizin reklam burada

İzləyicilərindən bir qədər də uzaqlaşdılar

Title

Birinci divizionda 8-ci tura dünən keçirilən iki oyunla yekun vurulub. Hər iki qarşılaşma qonaqların, daha doğrusu, liderlərin qələbəsiylə bitib. “Sabah-2” “Qaradağ Lökbatan”ı üstələyibsə, son çempion “Turan Tovuz” Bakıda “Neftçi”nin əvəzedicilərini məyus edib. Beləliklə, turu itkisiz başa vuran ikili izləyicilərindən bir qədər də uzaqlaşıb.
Birinci divizion
1-ci dövrə, 8-ci tur
3 dekabr
Qaradağ Lökbatan – Sabah-2 0:2
Samir Məhərrəmli, 40. Fərid Kərimzadə, 87.
Neftçi-2 – Turan Tovuz 0:1
Elçin Qasımov, 49.
Dekabrın 2-də bu qarşılaşmalar keçirilib: Kəpəz – Qarabağ-2 0:1 (Hüseyn Hüseynzadə, 44), Keşlə-2 – MOİK 1:3 (Orxan Fərəcov, 45+2 – Xəyal Bədirov, 23; 40. Nurlan Məmmədov, 26), Sumqayıt-2 – Zaqatala 0:0.
1. Turan Tovuz 8 6 2 0 14-4 20
2. Sabah-2 8 6 0 2 18-7 18
3. Neftçi-2 8 4 2 2 13-8 14
4. Kəpəz 8 4 1 3 15-10 13
5. Zaqatala 8 4 1 3 16-12 13
6. Qarabağ-2 8 4 1 3 13-9 13
7. Keşlə-2 8 2 1 5 10-22 7
8. Qaradağ Lökbatan 8 1 3 4 5-10 6
9. MOİK 8 1 3 4 10-16 6
10. Sumqayıt-2 8 0 2 6 5-21 2
Bombardirlər: Kamran Quliyev, Fərid Kərimzadə (hər ikisi “Sabah-2”) - 6, Bəhruz Teymurov (Zaqatala), Vidadi Cəfərov (Turan Tovuz) – 5.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.