Sizin reklam burada

“Keşlə” Tavaresə 6 min dollar borcludu

Müəllif: football Tarix: 4-12-2020, 15:00 122 Baxış

Xəbər verdiyimiz kimi, “Keşlə” gözlənilmədən üç futbolçusu ilə yollarını ayırıb. Braziliyalı yarımmüdafiəçi Alvaro Tavares, onun həmyerlisi - müdafiəçi Artur Batista və özbəkistanlı pleymeyker Şaxruh Qadoyev ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu məsələ mediada söz-söhbətə səbəb olsa da, onların komandadan göndərilmələrinin əsl səbəbləri açıqlanmadı. Bu səbəbdən də “Keşlə”nin sabiq üzvləri ilə əlaqə saxlamağa cəhd etdik. Sualımızı yanlız Alvaro Tavares cavabladı. 25 yaşlı futbolçu “qırmızılar”ın düşərgəsində xoşbəxt olmadığı üçün ayrılmaq qərarı verdiyini bildirdi: “Qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildi. Özümü xoşbəxt hiss etmirdim. Bunu oyun qrafikimdən aydınlaşdırmaq olardı. Mənə verilən vədlər yerinə yetirilmədiyi üçün əsəbləşdim. Mənim üçün 3 ay səbr etmək kifayət etdi. Futbolçular və texniki heyətdəkilər çox yaxşı insanlardı. Narazılığımla kollektivi narahat etmək istəmədim. Buna görə də komandanı tərk etmək istədim. Mənə alacağım pulun bir hissəsini vermədilər. 6 min dollar ABŞ dolları borcludular. Dekabrın 15-nə kimi ödəyəcəklərini bildirdilər. Mən də həmin günü gözləyirəm. Ümid edirəm ki, yaxşı olacaq”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR