Sizin reklam burada

Alesio koronavirusa yoluxduğunu güman edir

Müəllif: football Tarix: 4-12-2020, 14:47 131 Baxış

“Ürəkbulanma və qızdırmam var, özümü halsız hiss edirəm”
Xəbər verdiyimiz kimi, son illərin dəyişməz çempionu "Araz" futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində AEK-ə məğlub oldu. Əsas vaxtı 3:3 hesabı ilə bitən matçda penalti zərbələrini dəqiq yerinə yetirən (4:3) Afina təmsilçisi mərhələ adladı. Məğlubiyyətin səbəblərini öyrənmək üçün naxçıvanlıların baş məşqçisi Joze Alesio Da Silva ilə əlaqə saxladıq. Braziliyalı üzrxahlıq edərək müsahibənin başqa vaxta saxlanılmasını istədi. 52 yaşlı mütəxəssis bunun səbəbini belə izah etdi: “Üzürlü sayın, amma indi müsahibə verə bilməyəcəm. Çünki özümü yaxşı hiss etmirəm. Deyəsən, xəstələnmişəm. Ürəkbulanma və qızdırmam var, özümü halsız hiss edirəm. Koronavirusa yoluxub-yoluxmadığımı deyə bilmərəm. Çünki hələ test verməmişəm. Bu gün COVID-19 analizdən keçəcəm. Onun da nəticəsi 48 saat sonra çıxacaq. Güman edirəm ki, koronavirusa yoluxmuşam. Çünki həqiqətən özümü yaxşı hiss etmirəm”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR