Sizin reklam burada

Fəridin komandası darmadağın oldu

Müəllif: football Tarix: 4-12-2020, 14:37 119 Baxış

Dünən Çexiya çempionatının aşağı dəstəsində 11-ci turun oyunları keçirilib. Ölkəmizin U-21 yığmasının xavbeki Fərid Nəbiyevin şərəfini qoruduğu Jijkov “Viktoriya”sı səfərdə “Vlaşim” önündə darmadağın olub – 0:3. Fərid meydana 68-ci dəqiqədə çıxıb. Bu vaxt hesab 1:0 olub. “Viktoriya” hazırda 18 xalla 5-ci pillədə qərarlaşıb.
Şimali Makedoniya çempionatında isə 14-cü turun oyunları keçirilib. Elvin Yunuszadənin “Şkupi”si evdə “Belasitsa”ya 3:1 hesabıyla qalib gəlib. Elvinin adı protokola salınmayıb. “Şkupi” hazırda 28 xalla 2-ci yeri tutur.
SON XƏBƏRLƏR