Premyer-liqa klubunun 18 üzvü koronavirusa yoluxdu
Müəllif: football Tarix: 3-12-2020, 15:57 280 Baxış
Ölkə ərazində koronavirus pandemiyasının geniş vüsət alması futbola da öz təsirini göstərir.
Futbol+ qəzetinin eksklyüziv məlumatına görə, “Sumqayıt”da bu baxımdan vəziyyət kritik həddə çatıb. “Kimyaçılar”ın sonuncu testinin nəticəsinə görə 18 nəfər futbolçu və adminstrator heyətinin analizinin nəticəsi pozitiv olub.
Klub rəsmiləri premyer-liqanın 12-ci turundan baş tutmalı olan “Zirə” – “Sumqayıt” matçının təxirə salınması üçün PFL-ə müraciət edib.
Əldə etdiyimiz məlumata görə, digər klublarımızda da eyni problem yaşanmaqdadı. Daha ətralı sabahkı buraxılışmızda oxuya bilərsiniz.
RƏŞAD QASIMOV