Sizin reklam burada

“Bakcell Arena”ya uduzmamaq üçün çıxanlar...

Müəllif: football Tarix: 3-12-2020, 12:35 191 Baxış

42. Neftçi (Bakı) – Zirə 0:0
30. Aqil Məmmədov (k) - 5,0
91. Tallison Dias – 5,0
3. Mamadu Mboc – 5,0
6. Voislav Stankoviç – 5,0
20. Mərt Çəlik – 5,0
26. Ömər Buludov – 5,0
36. Mamadu Kane – 5,0
29. Sabir Buqrin – 5,5
19. Fəhmin Muradbəyli – 4,5
24. Yusuf Laval – 4,5
(13. Prins İbara, 76) - qiymətsiz
7. Namiq Ələsgərov – 4,5
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
2. Cabir Əmirli
4. Rener Alves
10. Saman Nərimancahan
37. Vüsal Əsgərov
70. Asim Əlizadə
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Sabir Buqrin
1. Mateus Albino – 5,0
2. Sərtan Taşkın – 5,5
44. Dmitrios Çantakias – 5,0
77. Cəlal Hüseynov – 5,0
32. Qismət Alıyev – 5,0
30. Riçard Almeyda – 4,5
(7. Tural Bayramlı, 81) – qiymətsiz
4. Elvin Camalov – 5,0
8. İlkin Muradov – 5,0
(21. Hacıağa Hacılı, 89) – qiymətsiz
10. Ağabala Ramazanov (k) – 4,5
(91. Ruslan Qurbanov, 70) – 3,5
11. Klesio Bauk – 5,0
9. Davit Volkov - 5,0
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
3. Ali Sisey
13. Şəhriyar Rəhimov
17. Kayo Rangel
62. Abdulla Seyidəhmədov
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Sərtan Taşkın
Vərəqələr: S.Buqrin, 85 (qeyri-idman hərəkəti). E.Camalov, 89 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Elşad Abdullayev, Pərvin Talıbov (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
28 noyabr. Bakı. “Bakcell Arena”. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Samir Abasovun oyunsonrası mətbuat konfransında “hər iki komanda uduzmamaq istəyilə meydana çıxmışdı” deməsi 90 dəqiqə haqda ümumi təsəvvürə malik olmaq üçün yetərlidi. Doğrudan da rəqiblər qələbə qazanmaq yolunda, demək olar ki, heç nə etmədilər. Liderlərin soyuq və yağışlı havada baş tutan dueli birmənalı şəkildə xəyal qırıqlığına səbəb oldu. Əslində 5-ci tur çərçivəsində, oktyabrın 3-də Zirədə gerçəkləşən qarşılaşma da təxminən eyni ssenari ilə keçmişdi. Stankoviçin 5-ci uzatma dəqiqəsinə təsadüf edən uşaq səhvi olmasaydı və Volkov “hədiyyə”dən yararlanıb qələbə qolunu vurmasaydı, onda da tərəflər meydandan 1 xalla ayrılacaqdı.
Oyundan öncə Anton Krivotsyukun koronavirus testinin müsbət nəticələndiyi bəlli oldu. Ötən tur Qəbələ səfərində komandasının 4:1 hesablı qələbəsinə dublla töhfə verən 22 yaşlı cinah müdafiəçisi bu səbəbdən "Zirə" ilə görüşü buraxdı.
…İlk təhlükəli vəziyyət 16-cı dəqiqəyə təsadüf etdi. Cinahında yetərincə fəal olan Taşkının başla zərbəsini zərərsizləşdirmək Aqil üçün problem olmadı. Buna qədər isə komandalar əsasən meydanın özünə aid hissəsində top fırlatmaqla məşğul idilər. Böyük qüvvə ilə irəli atılmaqdan çəkinən tərəflər risk etməkdən çəkinirdilər ki, bunun da nəticəsində sürət yetərincə aşağı idi. Ara-sıra uzaqdan zərbələrə şahidlik etsək də, real təhlükədən danışmaq yersizdi. İlk yarıda “dişə vurulası” növbəti təhlükəni bir də 44-cü dəqiqədə izlədik. Hücuma qoşulan Buludov təhlükəli asmanı baş zərbəsi ilə qapasa da, qapıçı yerində idi.
Fasilədən sonra da ssenari dəyişmədi. Ramazanovun təhlükəli nöqtədən təhlükəyə səbəb olmayan cərimə zərbəsi, Buqrinin qeyri-dəqiq vuruşu 75-ci dəqiqəyə kimi izlədiyimiz məzmunsuz həmlələrin qısa xronologiyasıdı. Bundan sonra isə rəqibin irəli atılmaq fikrinin olmadığını özü üçün qətiləşdirən (gec olsa da) Abasov komandasını bir qədər “qaza gətirdi”. Hər halda, son 15 dəqiqə “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Meydan sahibləri İbaranın da oyuna qoşulması ilə qələbə qolunun axtarışına çıxdı. Amma böyük qüvvə ilə müdafiəyə qapanan “Zirə” boşluqlar vermədi. “Neftçi”nin heyətində ən fəallardan olan Buqrinin 87-ci dəqiqədə ideal ötürməsindən sonra İbaranın zərbəsini Albino dəf etdi. Halbuki cinahla irəliləyən ucaboy forvard mərkəzə doğru ötürmə etsəydi, bəlkə də sonluq fərqli olacaqdı. İki dəqiqə sonra isə Stankoviç qonaqların cərimə meydançasında yaranan qarışıqlıq zamanı fürsəti boşa verdi. Əslində müdafiəçi ilə Albino bir-birinə mane olmasaydı, top təsadüfən “Neftçi”nin futbolçusunun önünə də düşməyəcəkdi. Belə ssenarini gözləməyən Voislav heç normal zərbə də vura bilmədi.
Vəssalam, məzmunsuz və sönük 90 dəqiqəyə sığan yalnız bunlar oldu. “Bakcell Arena”ya uduzmamaq üçün çıxanlar bu şəkildə qarşılaşmanı yola verdilər. Baxımlı oyun tərəfdarları məyus olsa da, komandalar qarşıya qoyulan hədəfin öhdəsindən artıqlaması ilə gəldi. Bunu bəzi futbolçuların sifət cizgilərindən və hakimin final fiti səslənən kimi sevincdolu reaksiyasından da anlamaq olardı.
Reaksiyalar
Rəşad Sadıqov: "İlk növbədə Samir Abasovu təyinatı münasibətilə təbrik edirəm. Onunla birgə futbol oynamışıq, məşqçi kurslarına qatılmışıq. Həm də dostuq, həmkarıq. Onun təyinatı məni sevindirdi. Qarşılaşmaya gəlincə, taktiki planda maraqlı oyun alındı. Amma qol vəziyyətləri çox deyildi. Rəqib topa nəzarət edirdi, biz müdafiə olunurduq. Bəzən isə əksinə olurdu. Son 10-15 dəqiqədə rəqib üstün təsir bağışladı ki, bu da gözlənilən idi. Amma biz buna da hazır idik. Bilirdik ki, "Neftçi" qələbə qazanmaq istəyəcək. Komanda olaraq yaxşı müdafiə olunduq".
Samir Abasov: “Həyəcanlı oyun keçdi. Hər saniyədə qarşılaşmanın taleyi həll oluna bilərdi. Hər iki komanda uduzmamaq istəyi ilə meydana çıxmışdı. Qol imkanlarımız az oldu. Daha da “artırıb”, yaxşı komanda görəcəyik. Rəqib həddən artıq sıx və qol buraxmamaq üçün oynadı. Belə vəziyyətdə onların qapısına getmək çətin idi. Qələbə üçün hər şeyi etdik. Düzdü, bəzi şeylər alınmadı. Bu futboldu".
Gözdən qaçmadı
* FİFA-ya üzv olan bəzi ölkələrin çempionatlarında keçirilən oyunlardan öncə 1 dəqiqəlik sükut elan olunur. Bununla bağlı dünyanın ən ali futbol qurumu 211 assosiasiyaya müraciət ünvanlayıb. Müraciətdə noyabrın 25-də, 60 yaşında vəfat edən əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsinin birdəqiqəlik sükutla anılması xahiş olunub. Amma “Bakcell Arena”da bunun şahidi olmadıq.
* 33-cü dəqiqədə Volkovla Stankoviç arasında gərginlik yaşandı. Futbolçuların sakitləşmədiyini görən baş hakim onları ayrı-ayrılıqda yanına çağırıb, sakitləşmələrini tələb etdi.
* Çılğın xarakteri ilə seçilən baş məşqçilər oyunboyu, demək olar ki, yerlərində oturmadılar. Həm Sadıqov, həm də Abasov yetirmələrinə yüksək səslə göstərişlər verir, bəzən də hakim qərarlarına sərt reaksiya göstərirdilər. “Neftçi”nin çalışdırıcısı bir epizodda Fəhmini “qaraladı”: “Qal orda, başlayırlar, başını aşağı salıb hara gedirsən?”
* Oyunu izləyənlər arasında AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov da var idi.
KƏNAN
SON XƏBƏRLƏR