Sizin reklam burada

Qomes: “Bu qədər qol imkanlarından istifadə etməyəndə…”

Müəllif: football Tarix: 3-12-2020, 12:28 128 Baxış

Yunis Hüseynov cəriməni Qırtımovun “belinə yüklədi”
Matç bitəndən sonra “Sabah"ın baş məşqçisi Visente Qomes jurnalistlərin önünə çıxdı. İspaniyalı mütəxəssis qarşılaşmanı dəyərləndirib, daha sonra sualları cavabladı.
- İki fərqli hissə izlədik. İlk yarıda heç bir komandanın qol şansları olmadı. Ancaq fasilədən sonra oyuna yaxşı başladıq. Rəqibin say azlığından istifadə edə bildik. Təəssüf ki, əlimizə düşən qol imkanlarından yararlana bilmədik və rəqib tarazlığı bərpa etdi.
- "Sabah"ı bu durumdan çıxarmaq üçün fərqli bir şey düşünürsüz?
- Bu dəyişiklikləri etməyə başlamışıq. Bunun nəticəsidi ki, son 3 matçda yaxşı oynayırıq, ikisində nəticə qazanmışıq. Bu qədər qol imkanlarından istifadə etməyəndə nəticə qazanmaq bir qədər çətin olur.
- Hücumçunu hücumçu ilə dəyişərək nəticəni qorumağa oynadız...
- Bu əvəzləmənin səbəbi hücumçuların keyfiyyətlərinin fərqli olmasıdı. Düşünürəm ki, Ramil Şeydayevin oyuna qoşulmasının müsbəti təsiri oldu, bir neçə qol imkanı yaxaladıq.
- Bəs müdafiə xəttindən nə dərəcədə razı qaldız? Bir nəfər üstün oynayırsız, ancaq qol buraxaraq qələbəni əldən verirsiz...
- Müdafiə xəttinin pis çıxış etdiyini düşünmürəm. Burda, sadəcə, arxa xətti günahlandırmazdım. Komanda şəkilində daha yaxşı oynamalıyıq.
- Oyunun qırılma nöqtəsi kimi qaçırdığınız hansı qol vəziyyətini sayırsız?
- Bunu demək çətindi. Ancaq bir şey aydındı ki, hesab 1:0 olanda rəqib oyundan qopmur, motivasiyası qalır. Ya Veysəl Rzayev, ya da Kevin Kubemba qol vursaydı, fərqli nəticə olacaqdı.
- Sezar qol vurandan sonra onunla söhbətiniz oldu. Nə barədə danışdız?
- Sadəcə, oyunun içində olan fikir mübadiləsi idi, başqa bir şey yox.
- Çoxları düşünür ki, Ramil Şeydayev Azərbaycan karyerasında eniş yaşayır. Hərçənd vaxtiə "Zenit"də çıxış edib. "Sabah"dakı zəif çıxışın səbəbini nədə görürsüz?
- Futbolçular haqda onu deyə bilərəm ki, ya eniş olur, ya da yüksəliş. Yəni daimi bir şey olmur. Ramil də bu sıradandı.
- Komandada qalsaz, qış fasiləsində hansı mövqelərdə dəyişiklik etməyi düşünürsüz?
- Hələlik bunu deyə bilmərəm. Bu prosesi təhlil edirik. Bilməliyik ki, hansı oyunçular qalacaq, hansılar gedəcək. Bunu müəyyənləşdirəndən sonra nəsə demək olar.
Daha sonra jurnalistlərin önünə “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov çıxdı. Təcrübəli mütəxəssis qarşılaşma haqda fikirlərini səsləndirdikdən sonra media nümayəndələrinin suallarını cavabladı.
- Maraqlı oyun oldu, komandamız yaxşı hazırlaşmışdı. Düşünürəm ki, rəqibdən daha üstün oynadıq. İkinci hissədə azlıqda qalsaq da, komandamız xarakter göstərdi. İlk 19 dəqiqədə artıq 4 sarı vərəqə var idi və düşünürdüm ki, “qırmızı” olacaq. 4 futbolçumuz koronavirusa görə oyunu buraxırdı. Hakim səhvləri qələbəmizin qarşısını aldı.
- Alvaro ilə Arturun gedişi mətbuatda təəccüblə qarşılandı...
- Hər iki futbolçuyla maddi amillərə görə qarşılıqlı razılaşma ilə yollarımızı ayırdıq. Komandamıza uyğun olmadılar və onlarla vidalaşdıq.
- Onsuz da heyətinizdə itki çoxdu. Üstəlik, İlkin Qırtımov da əvəzləndikdən sonra 2-ci sarı vərəqə alaraq cəzalı duruma düşdü. Onunla fərdi söhbətiniz olacaq? İlkinə cəza nəzərdə tutulub?
- Söhbət olacaq, komandamızın nizam-intizam kodeksi var. Hər bir futbolçu bunu oxuyub və qol çəkib. Cərimə nədisə, onu da ödəyəcək.
- Komandanın heyətində koronavirusa yoluxanlar, zədəlilər, cəzalılar, hətta müqaviləsini qarışılıqlı razılıq əsasında pozub gedənlər var. Bu uğursuzluqların səbəbi nədi?
- Vallah, dəqiq bilmirəm. Bəli, sadaladıqlarınızın hamısı bizdə var. Oyun bitən kimi düşündüm ki, növbəti matçda kimləri meydana çıxaracam? Belə bir bəxtsizliklə üzləşirik.
- Düşünmürsüz ki, yerinizdə kiminsə gözü qalıb?
- Allah böyükdü. Özü hər şeyi görür. Mən sadəcə, ona sığınıram. Bəli, ola bilər ki, kiminsə gözü qalıb.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR