Sizin reklam burada

“Sabah” azlıqda qalan “Keşlə”ni məğlub edə bilmədi

Müəllif: football Tarix: 3-12-2020, 12:25 176 Baxış

43. Keşlə - Sabah (Bakı) 1:1 (0:0)
85. Kamal Bayramov – 5,0
19. Azər Salahlı – 5,0
3. Tərlan Quliyev (k) – 5,0
21. Miyuşko Boyoviç – 5,0
2. İlkin Qırtımov – 4,5
(18. Ruslan Əmircanov, 72) – 4,5
8. Tural Axundov – 4,5
(17. Vüsal İsgəndərli, 46) – 5,0
25. Con Kamara – 4,5
48. Dmitri Klots -5,0
99. Rafael Məhərrəmli – 4,5
(14. Turan Vəlizadə, 65) – 5,0
10. Sezar Meza Kolli – 6,0
11. Silvio Rodriges – 5,5
Ehtiyat oyunçular
27. Əkpər Vəliyev
20. Rail Məlikov
97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Sezar Meza Kolli

12. Alvaro Vilyet – 5,0
14. Slavik Alxasov – 5,0
15. Ruslan Abışov (k) – 5,0
4. Bəhlul Mustafazadə - 5,0
2. Amin Seydiyev – 5,0
(17. Məhəmməd Mirzəbəyov, 78) – qiymətsiz
30. Mario Marina – 5,0
46. Aleksey İsayev – 5,0
11. Ozan Can Kökcü – 4,5
28. Kevin Kubemba – 6,0
(8. Elşən Abdullayev, 89) – qiymətsiz
77. Veysəl Rzayev – 5,0
3. Ulise Diallo – 5,0
(90. Ramil Şeydayev, 75) – 4,5
Ehtiyat oyunçular
25. Əlirza Müştəbazadə
60. Abbas Ağazadə
20. Elçin Mustafayev
29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Kevin Kubemba
Qollar: K.Kubemba, 60 (0:1, M.Marina), S.M.Kolli (1:1, S.Rodriges).
Vərəqələr: C.Kamara, 10 (qeyri-idman hərəkəti). S.M.Kolli, 11 (hakimin qərarına etiraz). İ.Qırtımov, 29 (qeyri-idman hərəkəti). T.Quliyev, 36 (hakimin qərarına etiraz). A.Seydiyev, 58 (qeyri-idman hərəkəti). M.Boyoviç, 67 (qeyri-idman hərəkəti). K.Kubemba, 90+2 (hakimin qərarına etiraz) – sarı, C.Kamara, 54 (qeyri-idman hərəkəti). İ.Qırtmov, 86 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Cavanşir Yusifov, Rahil Ramazanov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev (Bakı).
29 noyabr. Bakı. “ASK Arena”. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Bazar günü keçirilən paytaxt derbisinə tərəflər istəkli başladı. “Keşlə”nin üç üzvü – Şəhriyar Əliyev, Stanislav Namaşko və Rəhman Hacıyev koronavirusa yoluxduqlarından oyunu buraxırdı. “Sabah”da isə Təmkin Xəlilzadə COVID-19 infeksiyasından sağalsa da, adı iştirak ərizəsinə salınmamışdı. Nikola Vuyadinoviç zədə səbəbindən meydanda yox idi. Sürətli keçən matçda hər iki tərəf ehtiyatlı oynamağa üstünlük verirdi. “Keşlə” oyunu əsasən Sezar Meza Kollinin üzərində qurmuşdu. Yarımmüdafiəçi keçidləri ilə “Sabah”a problem yaratmaq istəsə də, müdafiəçilər etibarlı oyunu ilə diqqəti çəkirdi. Masazır təmsilçisində isə Diallo və Rzayev inamlı təsir bağışlayırdı. Qarşılaşmanın sürətli məcrada keçməsi futbolçuların kobud oynamasına səbəb olurdu. Bu üzdən də ilk hissənin 35-ci dəqiqəsinə kimi referi “Keşlə”nin 4 üzvünü sarı vərəqə ilə cəzalandırmışdı. Fasiləyə kimi hər iki komanda fərqlənmək üçün hücumlar təşkil etsə də, cəhdləri boşa çıxdı.
İkinci hissə başlamamış “Keşlə” dəyişiklik etdi. Sol cinahda fəal olmayan Tural Axundovu Vüsal İsgəndərli əvəzlədi. Topa nəzarət edərək hücum qurmağa çalışan Yunis Hüseynovun yetirmələrinin istəyi alınmırdı. 54-cü dəqiqədə isə oyunun axarı dəyişdi. Con Kamara ikinci sarıdan sonra qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldı. Bundan sonra “Sabah” hücumlarının kəsərini artırdı. Nəticədə 60-cı dəqiqədə Masazır təmsilçisi hesabı açdı. Kamal Bayramov qapı xəttindən topu mərkəzə doğru vuran zaman səhvə yol verdi. Topu ələ keçirən Seydiyev Marinaya ötürmə etdi. O da öz növbəsində Kubemba istiqamətində dəqiq ötürmə verdi. Sonuncu qapıçını da keçərək hesabı açdı. Qoldan sonra “Sabah” fərqi artıra bilərdi. Lakin Veysəl əlinə düşən 2, Dialo isə 1 şansı boşa verdi. Azlıqda qalmasına baxmayaraq, “Keşlə” də rəqibi altında saxlaya bilirdi. 72-ci dəqiqədə Qırtımovun əvəzinə meydana çıxan Əmircanov “qırmızılar”ın oyununda dönüş yaratdı desək, yanılmarıq. Müdafiəçinin fəallığı sayəsində “Keşlə” hücumların sayını və kəsərini artırdı. 80-ci dəqiqədə isə Hüseynovun komandası istəyinə çatdı. Salahlının sol cinahdan ötürməsindən sonra Rodriges topa başla zərbə endirdi. Bu zaman “Sabah”ın müdafiəçilərinin çaşqınlığından istifadə edən Sezar Meza Kolli hesabı bərabərləşdirdi. Qoldan sonra daha istəkli oynayan tərəf “Keşlə” olsa da, komandanın 10 nəfərlə bundan artığına gücü çatmadı. Beləliklə, paytaxt derbisi 1:1 hesabı ilə başa çatdı. Visente Qomesin komandası 10 nəfərlə qalan rəqibinə qalib gələ bilmədi.
İLKİN SULTANLI

Gözdən qaçmadı
• Koronavirusdan sağalaraq Xorvatiyadan geri dönən Təmkin Xəlilzadə oyunu jurnalistlər üçün ayrılan sektordan izləyirdi. Futbolçu özünü “ASK Arena”nın sahibi kimi hiss etməklə yanaşı, tibbi maska da taxmamışdı. AFFA nümayəndəsi Aslan Şahgəldiyevin xəbərdarlığından sonra milli üzvü tibbi maskanı taxdı.
• Qarşılaşmaya ehtiyatda başlayan Vüsal İsgəndərli ilk hissənin 29-cu dəqiqəsində baş hakim İnqilab Məmmədova kəskin etiraz edirdi. Bunu görən Yunis Hüseynov futbolçuya baxaraq, “sən sakit dur”, - deyə xəbərdarlıq etdi.
• Sezar Meza Kolli hesabı bərabərləşdirdikdən sonra komanda yoldaşı İlkin Qırtımov əlindəki buzu yerə çırpdı. İnqilab Məmmədov müdafiəçini ikinci sarı vərəqə ilə cəzalandırıb, meydandan qovdu. Futbolçu meydanı tərk edən zaman referini rus dilində təhriq etdi.
• Hadisələr cərəyan edən zaman Sezar Meza Kollinin Visente Qomeslə söhbət etməsi diqqətimizdən qaçmadı.
SON XƏBƏRLƏR