Sizin reklam burada

Zaur Axundov üç legionerə qapını göstərdi

Müəllif: football Tarix: 3-12-2020, 12:23 92 Baxış
Zaur Axundov üç legionerə qapını göstərdi

“Keşlə” iki futbolçusu ilə yolları ayırıb. Belə ki, braziliyalı yarımmüdafiəçi Alvaro Tavares və onun həmyerlisi - müdafiəçi Artur Batista ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu haqda dünən klubun rəsmi saytı məlumat yayıb. "Keşlə" mövsümün əvvəlində komandaya qoşulan oyunçulara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, "sambaçılar" "Keşlə"yə yay fasiləsində Ukrayna premyer-liqasından gəlmişdilər. Amma cütlük arxada qalan müddət ərzində əsas heyətdə möhkəmlənə bilmədi. Dünən “Keşlə”nin Şohrux Qadoyevlə də yollarını ayırdığına dair xəbər yayıldı. 29 yaşlı özbək yarımmüdafiəçinin mövsümün sonuna qədər olan müqaviləsinə xitam verilib. Qadoyev premyer-liqa klubuna bu ilin yanvarında ölkəsinin “Bunyodkor” klubundan keçib. “Keşlə”nin prezidentinin Zaur Axundov olduğunu, onun isə belə ekstavaqant qərarlarla seçildiyini nəzərə alsaq, hələ mövsüm yarılanmamış üç futbolçunun göndərilməsində qəribəlik axtarmağa dəyməz. Qəribəlik o olardı ki, Zaur bəy “Keşlə”ni Yunanıstana – AEK ilə oyuna göndərsin, futbol üzrə ölkə çempionatında isə “Araz” “Keşlə” adı altında meydana çıxsın. Yəni bu məsələni çox da ürəyimizə salmayaq. Harda Zaur Axundov varsa, orda macəra da var!
ORXAN
SON XƏBƏRLƏR