Sizin reklam burada

“Sumqayıt”dan ardıcıl üçüncü məğlubiyyət

Müəllif: football Tarix: 3-12-2020, 12:17 178 Baxış

Abbasov: “Bu gün premyer-liqada çıxış edən komandaların heyətinin 70 faizi koronadı”
41. Sumqayıt – Qəbələ 0:1 (0:1)
13. Aydın Bayramov – 5,0
7. Tellur Mütəllimov – 5,0
5. Camaləddin Xocaniyazov – 5,0
(30. Nəbi Məmmədov, 67) – 4,0
3. Vurğun Hüseynov (k) – 5,0
33. Eltun Turabov – 4,0
21. Adəm Həmati – 4,0
17. Murad Xaçayev – 5,5
8. Səbuhi Abdullazadə - 4,0
(19. Nurlan Quliyev, 73) – 3,5
20. Rüfət Abdullazadə - 3,5
(60. Elvin Məmmədov, 46) – 5,0
10. Rəhim Sadıxov – 4,0
22. Cavid İmamverdiyev – 3,5
Ehtiyat oyunçular
71. Hüseynəli Quliyev
88. Cavid Quliyev
27. İsmayıl Babayev
35. Eldost Qiyasbəyli
29. Sərvin İsmayılov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Murad Xaçayev
1. Anar Nəzirov (k) - 5,5
71. Rüfət Əhmədov – 5,5
2. Vinko Medimoreç – 5,5
13. Yurgen Qoxa – 5,5
55. İdris İnqilablı – 5,5
26. Stefan Vukçeviç – 5,5
11. Asif Məmmədov – 5,5
(6. Kamal Mirzəyev, 90+2) – qiymətsiz
14. Cavid Hüseynov – 6,0
(7. Roman Hüseynov, 86) – qiymətsiz
10. Rövlan Muradov 5,5
32. Nikolas Raysel – 5,5
23. Rafael Utriq – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
4. Sadiq Quliyev
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Cavid Hüseynov
Qol: R.Utriq, 16 (N.Raysel).
Vərəqələr: E.Turabov, 30 (qeyri-idman hərəkəti). R.Əhmədov, 53 (qeyri-idman hərəkəti).V.Hüseynov, 58 (qeyri-idman hərəkəti). C.Hüseynov, 61 (qeyri-idman hərəkəti). R.Muradov, 64 (qeyri-idman hərəkəti). N.Məmmədov, 80 (qeyri-idman hərəkəti). M.Xaçayev, 86 (qeyri-idman hərəkəti). A.Nəzirov, 90+2 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
30 noyabr. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Şənbə günü keçirilməli olan oyun “Qəbələ”nin bəzi oyunçularının koronavirus testinin mübət çıxması səbəbindən dünənə ertələnmişdi. Məlum səbəbdən həm meydan sahibləri, həm də qonaqlar ciddi itkilərə məruz qalmışdılar. Oyun “kimyaçılar”ın bu mənada daha pis vəziyyətdə olduğunu göstərdi. Təsadüfi deyil ki, oyunsonrası mətbuat konfransında Ayxan Abbasov belə vəziyyətdə çempionatı davam etdirməyin absurd olduğunu bildirdi.
Oyuna gəlincə, istər ilk yarının, istərsə də ikincinin əvvəli qonaqların üstünlüyü şəraitində keçdi. Meydanın mərkəzini ələ keçirən Baxşıyevin yetirmələri ard-arda sürətli hücumlar qurur, cinahlardan fəal yararlanmaqla meydan sahiblərinin müdafiə xəttini təzyiq altında saxlayırdılar. Hər halda, “Sumqayıt” 15 dəqiqə qapısını toxunulmaz saxlaya bildi. Ancaq 16-cı dəqiqədə Utriq uzaqdan zərbə ilə qonaqları hesabda önə çıxarmağı bacardı. Ona qədər, daha dəqiqi, 14-cü dəqiqədə cari mövsümdə “Qəbələ”də ən yaxşı oyununu keçirən Cavidin təxminən 25 metrdən zərbəsi dirəkdən dönmüşdü. Düşünmək olardı ki, bu qol meydan sahiblərini toparlayacaq, Abbasovun yetirmələri ənənəvi oyununu nümayiş etdirəcəklər. Amma belə gözləntilər doğrulmadı. Əvvəlki iki oyunda məğlub olan “ağ-göylər” aşkar autsayderlə görüşdə ilk dövrədəki “Sumqayıt”ın kölgəsini də xatırlatmadılar. Müdafiənin xaotik oyunu fonunda yarımmüdafiənin və hücumun passiv təsir bağışlaması qonaqların işini asanlaşdırmışdı. Əsas heyətin bir neçə üzvünün olmaması səbəbindən “Sumqayıt” az qala Region Liqasında çıxış edən komanda təsiri bağışlayrdı. “Qəbələ” ilə oyun bir daha göstərdi ki, meydan sahiblərinin ehtiyat qüvvəsi yox səviyyəsindədi. Adı sifariş ərizəsinə salınan gənclərin heç biri bu gün meydana çıxıb, oyunun axarını dəyişəcək səviyyədə deyil.
Fasilədən sonra da ssenari dəyişmədi. Qonaqları üstünlüyü şəraitində keçən hissədə qapılara qol vurulmasa da, “qırmızı-qaralar” ən azı 3 dəfə hesab arasında fərqi artırmağa borclu idi. Ancaq “Qəbələ”nin son nöqtəni qoya bilməməsi bu oyunda da özünü göstərdi. Matçda vurulan yeganə qolun müəllifi Rafael son 10 dəqiqədə ən azı iki real qol imkanını boşa verdi. Onunla yanaşı, Rövlan və oyuna sonradan qoşulan Roman da əlverişli mövqedən fərqlənə bilmədilər. Buna baxmayaraq, qonaqlar minimal üstünlüyü sonadək qorumağı bacardı. Bu matçda “Qəbələ”dən Rüfət Əhmədovun da oyunu diqqəti çəkdi. 18 yaşlı müdafiəçi oyunboyu ikili mübarizələrdə inamlı təsir bağışladı.
Reaksiyalar
Elmar Baxşıyev: “Müəyyən səbəblərdən oyuna ciddi itkilərlə çıxdıq. Çətin olacağını bilirdik. Komandaya bildirmişdik ki, gənclərə inanırıq, onlara şans verəcəyik. Komanda şəklində çox məzmunlu və yaxşı oyun nümayiş etdirib, qələbə qazandıq. Komandanın qol şanslarını boşa verməsinə gəlincə, bunun üzərində çalışırıq. Belə imkanları yaratmaq güc tələb edir. İstədiyim komandanı meydanda görürəm. Futbolçulara bir iradım yoxdu, getdikcə daha da diqqətli olub, əlimizə düşən imkanları dəyərləndirəcəyik. Rüfət Əhmədov U-21-in də üzvüdü. Akademiyamızın yetirməsidi, biz ona inanıb bura gətirmişik. Rüfət gələcəkdə əsas milliyə qədər yüksələ bilər, onda bu potensial var”.
Ayxan Abbasov: “Çempionatın son turuna baxanda belə qənaətə gəlmək olar ki, hər kəsin məqsədi meydana çıxmaqdı. Biz də acınacaqlı durumdayıq. Bu gün futbolçulara ancaq “çox sağ ol” deyə bilərəm. Çünki aralarında xəstə halda meydana çıxanlar var idi. Test veririk, cavabı neqativ çıxır, amma həmin gün axşamı 7-8 oyunçumuz qızdırmadan əziyyət çəkir. Vəziyyət çox gərgindi. Ehtiyat qüvvə yoxdu. Zədəlilərlə xəstələri nəzərə alsaq, gələn turdan sonra dayanmaq məcburiyyətindəyik. Bu dəqiqə bilmirik, sağlamlıq, yoxsa futbol önəmlidi? Şəxsən mən bunu ayırd edə bilmirəm. Bu gün futbol adına danışılası bir şey yoxdu. Yenə deyirəm, uşaqlar sağ olsunlar ki, iki gün məşq etməsələr də, bu gün meydana çıxdılar. Mən də istəyirəm çempionat davam etsin. Deyə bilərik ki, hər kəs oynayır, Avropanı misal çəkirik. Ancaq onu da nəzərə alın ki, həmin klublarda oyunçu sayı 27-30 arasındadı, heyət baxımından çətinlik çəkmirlər. İkincisi, mən yoluxanlarla bağlı qərarları anlaya bilmirəm. Koronavirusa yoluxanların minimum 14 günə sağaldığı deyilir. Ancaq bizdə görürük ki, həmin oyunçular 5-7 gündən sonra meydana çıxırlar. Bu gün premyer-liqada çıxış edən komandaların heyətinin 70 faizi koronadı. Hələ də mənə çatmır ki, biz nə istəyirik? Gərək hamımız pandemiyaya yoluxaq? Bu gün bizim komandada da testlər neqativ çıxsa da, futbolçularımızda xəstəliyin simptomlarını görürük. Bu üzdən də məcburuq simptomları olan futbolçuları oynadaq. Bilirəm ki, dayanmaq da düz deyil. Bilmirəm “Zirə” ilə oyuna 11 nəfəri necə müəyyənləşdirək. Yenə hərarəti olan futbolçuları meydana buraxmaq məcburiyyətində qalacağıq. PFL deyir 7 nəfər olmalıdı ki, oyunun təxirə salınması ilə bağlı qərar verilsin. İndi biz nə edək, 7 nəfəri yoluxduraq? 5-6 oyunçu komandanın yarısı deməkdi. İndi əsas məqsədimiz qarşıdakı 3 turu yola verməkdi. 11 nəfər tapıb meydana çıxmalıyıq. Əvəzedici heyətdən oyunçu dəvət etməliyik. Başqa çıxış yolumuz yoxdu. Qaydalara uyğun oyundan iki öncə bütün futbolçular test verir. Testdən sonra həmin oyunçu evinə gedir. Oyundan öncə toplanış üçün bir araya gələndə səhər durub görürsən ki, komandanın 7-8 üzvünün hərarəti qalxıb. Bu gün mən əsas heyətin 4 üzvünü qızdırması olması səbəbindən evə göndərmişəm. Həftəboyu hazırlığımız həmin oyunçular üzrəirndə olub, ancaq oyun günü artıq hər şeyi dəyişmək məcburiyyətindəyik. Eyni problemlə bütün klublar üzləşib. Birində 6, birində 8 oyunçu koronavirus səbəbindən heyətdən kənarda qalıb. Bu üzdən əvvəldə də bildirdim ki, bu gün futbol adına nədənsə danışmaq yersizdi. Hər şey formallıq xatirinə edilir. Məğlubiyyətə görə futbolçularıma da bir söz deyə bilmirəm. Bilmirəm, bəlkə dekabra qədər dözməliyik, ondan sonra görək başımıza nə gəlir. 5-6 milyona yığılan, heyətində 23-24 futbolçu olan komandalar belə bu gün çətinliklə üzləşib. Bizdən nə gözləyirsiz? Bizdə ehtiyatda oturanların hamısı gənclərdi. Demək olar ki, bu gün “Sumqayıt” yoxdu. Biz də istərdik heyətimiz geniş olsun, belə durumda alternativ variant tapaq. Ancaq bu gün biz belə imtiyazdan məhrumuq. Camaləddin zədələndi. Vurğunla Elton cəza səbəbindən “Zirə” ilə oyunu buraxmağa məcburdu. Kərəmin hərarəti yüksəlib. Bədəlovun da vəziyyəti onun kimidi. Bu səbəbdən növbəti turda müdafiə xəttimiz olmayacaq”.
Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında yığmanın baş məşqçisi Canni De Byazi və köməkçisi Arif Əsədov da var idi.
* Matçın AFFA nümayəndəsi, veteran futbolçu Asif Əliyevin hər iki komandanın qaçırdığı qol imkanlarına reaksiyasını görməyə dəyərdi. Asif bəy bəzən özündən asılı olmayaraq, “belə fürsəti əldən vermək olar” deyib, indiki futbolçuların ustalıq səviyyəsindən narazılığını gizlətmirdi.
* 53-ci dəqiqədə baş hakim qayda pozuntusuna görə qonaqların futbolçusu Rüfət Əhmədova “sarı” göstərdi. Oyunu yüksək səviyyədə keçirən 18 yaşlı sol cinah müdafiəçisi həmin an üzünü Rəhim Həsənova tutaraq, “ilk dəfə qaydanı pozurdum” desə də, FİFA referisi onu bağışlamadı.
RƏŞAD
SON XƏBƏRLƏR