Sizin reklam burada

“Araz” Çempionlar Liqası ilə vidalaşdı

Müəllif: football Tarix: 3-12-2020, 12:13 106 Baxış

Emin Kürdov koronavirusa görə vətənə dönə bilmədi
Çempionlar Liqası, ilkin mərhələ
AEK (Yunanıstan) – Araz 3:3 (2:0)

AEK: 1. Dimitris Teofilu, 5. Kostas Panu, 7. Marios Ntatis, 9. Yannis Delaportas, 17. Antonis Manos; 12. İoannis Xristopulos, 18. Eftimios Mixalitsis, 2. Silvio Sinomati, 3. Georgios Murikis, 4. Panayotis Qusis, 6. Andreas Tarnanidis, 8. Panayotis Artinos, 11. Vasilis Asimakopulos, 15. Dimitrios Karidas.
Baş məşqçi: İoannis Ziavas.
Araz: 12. Rövşən Hüseynli, 7. Fineo, 9. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 14. Murilyo Borges Souza; 1. Emin Kürdov, 8. Rizvan Fərzəliyev, 10. Oktay Rüstəmli, 13. Tofiq Mikayılov, 15. Samir Həmzəyev, 17. İsa Atayev, 18. Namiq Məmmədkərimov, 19. Nurlan Mehdizadə.
Baş məşqçi: Joze Alesio Da Silva.
Qollar: A.Manos, 0,48 (1:0). K.Panu, 19,59 (2:0). R.Fərzəliyev, 23,51 (2:1). K.Panu, 27,18 (3:1). X.Bağırov, 32,49 (3:2). R.Çovdarov, 36,02 (3:3).
Penalti seriyası: V.Asimakopulos (1:0). X.Bağırov (1:0). A.Manos (2:0). R.Çovdarov (2:1). K.Panu (3:1). M.Souza (3:2). Y.Delaportas (3:2). R.Fərzəliyev (3:3). A.Tarnanidis (4:3). İ.Atayev (4:3).
Vərəqələr: Fineo, 14,17. Y.Deloportas, 17,52 – sarı. Fineo, 28,09 – qırmızı (ikinci sarı).
Hakimlər: Karl Hyuz, Valentin Çuplya (hər ikisi Uels), Konstantinos Farmakis, Nikolaos-Andreas Raşakis (hər ikisi Yunanıstan).
28 noyabr. Afina. “DIAS Sports Hall”.
Şənbə günü futzal üzrə ölkə çempionu “Araz” Çempionlar Liqasında mübarizəyə start verib. Naxçıvanlıların ilkin mərhələdəki rəqibi Yunanıstan AEK-i olub. Afinadakı “DIAS Sports Hall”da baş tutan qarşılaşmanın əsas referisi uelsli Karl Hyuz olub. Qeyd edək ki, cütün qalibi bir oyunla müəyyənləşəcəkdi. Bu üzdən də matç gərgin mübarizə şəraitində keçib.
İlk yarı meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissənin əvvəlində Rizvan Fərzəliyev buraxılan toplardan birinini əvəzini çıxsa da, yunanlar daha bir qol vurmağa nail olublar. Bu azmış kimi, Fineo qırmızı vərəqə alaraq komandasını bir müddət azlıqda oynamaq məcburiyyətində qoyub. Buna baxmayaraq, ruhdan düşməyən “Araz” matçın əsas vaxtının sonuna kimi buraxılan digər topların də əvəzini çıxıb və hesab bərabərləşib. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda qapılara qol vurulmayıb. Belədə tərəflər qalibi penalti seriyasında müəyyənləşdirib. Daha dəqiq oynayan Yunanıstan təmsilçisi növbəti mərhələyə yüksəlib. Həlledici anda İsa Atayev büdrəyib.
Yeri gəlmişkən, AEK-ə məğlub olan “Araz” Bakıya tam heyətlə qayıda bilməyib. Komanda üzvləri Afinaya səfərdən öncə koronavirus testindən keçsə də, heç kimdə xəstəlik aşkarlanmayıb. Lakin oyundan öncə Yunanıstanda götürülən COVID-19 testlərindən biri pozitiv çıxıb. Koronavirusa yoluxduğu üzə çıxan Emin Kürdovun Azərbaycana qayıtmasına icazə verilməyib. Müqavilə ilə “Ekol”a məxsus olan, icarə əsasında “Araz”ın şərəfini qoruyan qolkiper minimum 10 gün Afinada karantində qalacaq.
RƏŞAD
SON XƏBƏRLƏR