“İki ölkə futbolçularının legioner statusunda oynamamaları üçün danışıqlarımız davam edir”
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov noyabrın 25-də İstanbulda Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi ilə görüşüb. Qəzetimizin ötən sayında xəbər verdiyimiz kimi, TFF-nin prezidenti Nihat Özdəmir, birinci vitse-prezident Sərvət Yardımcı və baş katib Kadir Kardaşın iştirak etdiyi görüşdə Məmmədov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının İstanbulda keçirilməsinə şərait yaradılmasına və milli komandamızın Millətlər Liqasında ev oyunları üçün TFF tərəfindən eyni təklifin verilməsinə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından təşəkkürünü bildirib. AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə Türkiyə superliqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan premyer-liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.
Elxan Məmmədov Türkiyə mətbuatına görüşün detalları haqda açıqlama verib: “Hazırda çempionatımızda iki türkiyəli futbolçu çıxış edir. "İstanbul BŞ"dən icarə əsasında "Neftçi"yə keçən Mərt Çəlik Azərbaycan vətəndaşlığını alandan sonra milli komandalarda çıxış etməyə başladı. U-21-in heyətində qısa vaxtda olduqca uğurlu oyun nümayiş etdirdi və əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkdi. Çelik yaxın vaxtlarda əsas komandanın əvəzolunmaz oyunçusu ola bilər. Ozan Can Kökçü isə "Sabah"ın formasını geyir. Türkiyədə yetişmiş futbolçuları çempionatımızda daha çox görmək istəyirik. Bu səbəbdən son zamanlar AFFA və TFF olaraq, iki ölkə futbolçularının legioner statusunda oynamamaları üçün danışıqlarımız davam edir”.
Məmmədov Avropa çempionatının A qrupunun oyunları ilə bağlı da danışıb. O, evsahibliyinin Bakıdan və Rusiyanın Sankt-Peterburq şəhərindən alınacağına dair xəbərlərə də münasibət bildirib: “Ev sahibi kimi qardaş ölkəni Bakıda görməkdən məmnun olacağıq. AFFA olaraq, bütün işlərimizi bu istiqamətdə görürük. Türkiyə yığması burda öz evindəki kimi Uels və İsveçrəyə qarşı oynaya bilər. Amma hansısa format dəyişikliyi ilə bağlı yeni rəsmi məlumat yoxdu. Məsələ ilə bağlı yekun qərar UEFA İcraiyyə Komitəsinə aiddi. Qurum hansısa dəyişiklik etməyə qərar versə, AFFA olaraq buna hörmət edəcəyik".

Son xəbərlər

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Karateçimiz Dünya Oyunlarında iştirak edəcək

"Qarabağ"la oyun öncəsi son məşq - FOTOLAR

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Bütün xəbərlər