Sizin reklam burada

Əliyar “Zarya”ya qələbə qazandırdı, ukraynalını qovdu

Müəllif: football Tarix: 1-12-2020, 14:56 119 Baxış

Avroliqanın qrup mərhələsinin noyabrın 26-da keçirilən AEK – “Zarya” oyununu Əliyar Ağayevin başçılığı altında azərbaycanlı hakimlər briqadası idarə edib. Əliyara laysman qismində Zeynal Zeynalov və Akif Əmirəli, 4-cü hakim kimi isə Orxan Məmmədov yardım edib. Ukraynalıların 3:0 hesabıyla qalib gəldiyi oyunda həmyerlimiz futbolçulara 7 sarı və 1 qırmızı vərəqə göstərib. 5 sarı, 1 qırmızı yunanların, 2 sarı isə qonaqların payına düşüb. Maraqlıdı ki, Ağayevin 43-cü və 49-cu dəqiqələrdə ardıcıl iki “sarı”dan sonra meydandan qovduğu futbolçu da ukraynalıdı. Sadəcə, Yevgeni Şaxov “Zarya”nın yox, AEK-in şərəfini qoruyur. Yeri gəlmişkən, qonaqların heyətində 61-ci dəqiqədə Qromov, 76-cı dəqiqədə Kabayev, 86-cı dəqiqədə isə penaltidən Yurçenko fərqlənib. AEK-in baş məşqçisi Massimo Karrera mətbuat konfransına Şaxovun qovulmasını oyunun həlledici anı kimi qiymətləndirsə də, Ağayevin qərarından narazılıq etməyib.
ORXAN
SON XƏBƏRLƏR