Sizin reklam burada

Vahabzadə hakim səhvinə görə uduzduqlarını düşünür

Müəllif: football Tarix: 1-12-2020, 14:55 155 Baxış

Yadullayev: “Kəpəz” kimi komandadan 3 xal almaq böyük üstünlükdü”
Birinci divizionda 7-ci turun mərkəzi oyunu “Turan Tovuz”la “Kəpəz” arasında baş tutub. Gəncə şəhər stadionunda keçirilən qarşılaşmada sevinən tərəf qonaqlar olub. 5 qolun vurulduğu matçda yekun nəticəni 89-cu dəqiqədə penaltidən fərqlənən Vidadi Cəfərov müəyyənləşdirib. Oyunla bağlı hər iki komandanın baş məşqçisinin fikirlərini öyrəndik. “Turan Tovuz”un çalışdırıcısı İlham Yadullayev vacib qələbə qazandıqlarını bildirdi: “Bu qarşılaşma Qərb zonasının derbisi hesab olunur. Çox maraqlı görüş keçdi. İki fərqli hissə alındı. Birinci hissədə üstünlük daha çox biz tərəfdə idi və hesabda da irəlidəydik. İkinci yarının əvvəlində “Kəpəz”in heyətində dəyişikliklər oldu. Bundan sonra rəqib hesabı 2:2 etdi. Sonda vurduğumuz qolla 3:2 hesablı qələbə qazandıq. Qələbəyə baxmayaraq, ağır oyun keçdi. Hər iki komanda maraqlı oyun sərgilədi. Qarşıda uzun yol var. 3 dövrədən ibarət marafondu. Bu gün qazandığımız xallar gələcəkdə bizə kömək edəcək. “Kəpəz” kimi komandadan 3 xal almaq böyük üstünlükdü. Deyərdim ki, bu 3 yox, 6 xallıq oyun idi”.
“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə də oyunun çətin keçdiyini söylədi: “Oyuna pis başlamamışdıq. Yaxşı oyun göstərdik. Birinci hissədə rəqib iki əks-hücumdan sonra qol vurdu. İkinci hissədə toparlandıq və hesabı bərabərləşdirdik. Oyunun sonunda hakim penalti təyin etdi və rəqib qələbə qazandı. Epizoda diqqətlə baxdım. Fikrimcə, orda penalti yox idi. Yəqin ki, mütəxəssislər, hakimlər təhlil edəcəklər. Amma məncə, topa oynayan bizim futbolçumuz idi”.
AYGÜL
SON XƏBƏRLƏR