Sizin reklam burada

De Byazi qayıtdı, koronavirusa yoluxanlar yox!

Müəllif: football Tarix: 27-11-2020, 12:33 189 Baxış
De Byazi qayıtdı, koronavirusa yoluxanlar yox!

Milli komandanın ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxan futbolçuları hələ Bakıya qayıtmayıblar. Monteneqro ilə Xorvatiyadakı oyundan öncə COVID-19 testlərinin nəticələri müsbət olan Təmkin Xəlilzadə və Rahil Məmmədovun son durumlarına dünən aydınlıq gəlməliydi. Onların vəziyyətlərini öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq: “Millətlər Liqasının 5-ci turunun Monteneqro ilə matçından sonra yoluxduqları üzə çıxan Təmkin Xəlilzadə və Rahil Məmmədov bu gün (dünən) Xorvatiyada yenidən testdən keçiblər. Cavablar növbəti gün bəlli olacaq. Lüksemburqla qarşılaşmadan əvvəl yoluxan Maksim Medvedev isə bir neçə gün sonra yenidən test verəcək. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadı”.
AFFA rəsmisi Canni De Byazinin Bakıya qayıtdığını da bildirdi: “İtaliyalı mütəxəssis geri dönüb. O, Bakıdadı. Baş məşqçinin köməkçiləri isə bir neçə gün sonra qayıdacaq”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR