Sizin reklam burada

“Səbail”in legionerinə koronavirus mane olub

Müəllif: football Tarix: 27-11-2020, 12:21 181 Baxış
“Səbail”in legionerinə koronavirus mane olub

İran yığmasının sabiq yarımmüdafiəçisi Bəxtiyar Rəhmani “Səbail”ə transferindən danışıb. Ölkəsinin mətbuatına açıqlama verən 29 yaşlı futbolçunu dinləyək: “Hamı mənim hekayəmi bilir. İstədiyim vəziyyətin yaranmasını gözləyirdim. Ailə problemlərinə və ölkə xaricində oynamaq istəyimə görə legioner olmağa qərar verdim. Başqa ölkələrdən də yüzfaizlik təkliflərim var idi. Amma koronavirus problemi üzündən viza ala bilmədim və Azərbaycana gəldim. Burda İran liqasında olmayan xarakter var. İstənilən halda, çempionat asan deyil. Bir-iki komanda Avropada uğurlu çıxış edir. Bizim kimi ortabab klubların da şəraiti yaxşıdı və rəqiblərimizlə bərabər səviyyədə mübarizə aparırıq. Bura gələndə müqavilə şərtlərini uzun müddət müzakirə etdik. Çünki mənim üçün əsas olan ailəmdi. Fasiləyə hələ 4 tur qalıb. Şərtlər yaxşı olsa, burda qala bilərəm. Amma hər şey vəd edilən kimi olmasa və koronavirus başa çatsa, başqa ölkəyə də gedə bilərəm. Koronavirus imkan versə, özüm və ailəm üçün daha yaxşı yol seçəcəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Bura gələndən əzmlə çalışıram. Müqaviləmin son gününə qədər belə olacaq. Qalan şeylər Allahın əlindədi".
Qeyd edək ki, Bəxtiyar Rəhmani "Səbail"lə cari mövsümün sonunadək müqavilə bağlayıb.
SON XƏBƏRLƏR