Sizin reklam burada

Təxribatçı Mxitaryanla bağlı qərar verilməyib

Müəllif: football Tarix: 26-11-2020, 14:17 298 Baxış
Təxribatçı Mxitaryanla bağlı qərar verilməyib

Qələbəmizlə başa çatan Qarabağ döyüşləri zamanı Ermənistan yığmasının üzvü Henrix Mxitaryan və bacısı Monika sosial şəbəkələrdə seperatçı paylaşımlar edirdilər. Monika Dağlıq Qarabağın tarixi erməni torpaqları olduğunu iddia etmişdi. O, qardaşının agenti olması ilə yanaşı, həm də UEFA-nın əməkdaşıdı. Avropanın ali futbol qurumunun işçisinin davranışları ilə bağlı AFFA UEFA-ya müraciət etmişdi. Onların cəzalanıb-cəzalanmadığı ilə bağlı isə hələ də məlumat yoxdu. Məsələyə aydınlıq gətirmək üçün assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik: “Monikaya xəbərdarlıq olunmuşdu və o, paylaşımlarını silmişdi. Henrixin məsələsi ilə bağlı isə qərar yoxdu”.
Firuz bəy yığmanın düşürgəsində koronavirusa yoluxan və Xortaviyada qalan Təmkin Xəlilzadəylə Rahil Məmmədov haqda da məlumat verdi: “Onlar bu gün yenidən COVID-19 testi veriblər. Nəticələr isə Bakı vaxtı ilə gec saatlarda açıqlanacaq. Bu üzdən son məlumatı səhər saatlarında əldə edə biləcəyik. Nəticələr neqativ çıxsa, ölkəmizə qayıdacaqlar”.
Qurum rəsmisi yığmanın düşərgəsindən qayıdandan sonra koronavirus testinin nəticələri müsbət olan Rəhman Hacıyev, Vüsal İsgəndərli və Mirabdulla Abbasovun xərclərinin kim tərəfindən ödənilməsi ilə bağlı məsələyə də aydınlıq gətirdi: “Həmin futbolçular Lüksemburqda test verən zaman nəticələri neqativ olmuşdu. Daha sonra Bakıda fərqli nəticə qeydə alındı. Onlar koronavirusa yoluxsaydılar, bizimlə birgə qayıda bilməzdilər. Lakin istənilən halda AFFA millinin düşərgəsində olan zaman, daha sonra COVID-19 infeksiyasına yoluxan bütün futbolçuların müalicə xərclərinin ödənilməsi ilə bağlı klublarla əməkdaşlıq edir. Ehtiyyac yaranacağı təqdirdə əlimizdən gələn dəstəyi oyunçulardan əsirgəməyəcəyik”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR