Sizin reklam burada

UEFA sabah Nurlan İbrahimovla bağlı qərar verəcək

Müəllif: football Tarix: 26-11-2020, 14:15 4 017 Baxış

“Qarabağ” son ev oyununu da İstanbulda keçirəcək
“Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov "feysbuk" səhifəsində Bərdədə törədilən terror aktına görə ermənilərə ünvanlanan sərt status yazmışdı. Ermənistan Futbol Federasiyası da məsələ ilə bağlı UEFA-ya şikayət edərək, klubun beynəlxalq turnirlərdən uzaqlaşdırılmasını istəmişdi. Daha sonra Baş Prokurorluq paylaşımla bağlı açıqlama verərək, İbrahimovun "İnformasiya, informasiyalaşdırma və İnformasiyanın mühafizəsi haqqında" Qanunun tələblərini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunduğunu bildirmişdi. UEFA isə bu məsələyə görə Nurlan bəyi bir müddət vəzifəsindən uzaqlaşdırmışdı. Prosesdən uzun müddət keçməsinə baxmayaraq, klub rəsmisinin taleyi ilə bağlı müəmma davam etməkdədi. UEFA hələ də son qərarı açıqlamayıb. Klub rəsmisi uzun müddətdi məzuniyyətdədi.
“Qarabağ”ın baş meneceri Asif Əsgərov məsələ ilə bağlı bunları dedi: “Noyabrın 25-də qərar qəbul ediləcək. Proseslə bağlı dəqiq məlumatımız yoxdu. Ümid edirik ki, cəzası yüngül olar. Son qərarı UEFA verəcək”.
Əsgərov “Qarabağ”ın “Makkabi” ilə ev oyununun harda keçiriləcəyinə də aydınlıq gətirdi: “UEFA şifahi olaraq bizə məlumat verib ki, qarşılaşma neytral meydanda baş tutacaq. “Makkabi” ilə görüş də 99 faiz İstanbulda, “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR