Sizin reklam burada

Çempion lideri “döyə-döyə” taxtdan saldı

Müəllif: football Tarix: 26-11-2020, 14:07 645 Baxış

37. Qarabağ (Ağdam) – Sumqayıt 6:1 (3:0)
1. Şahruddin Məhəmmədəliyev – 6,0
44. Elvin Cəfərquliyev – 6,0
81. Kevin Medina – 6,0
2. Qara Qarayev (k) – 6,0
77. Vild-Donald Gerye – 6,0
18. İsmayıl İbrahimli – 6,0
19. Filip Ozobiç – 5,5
10. Abdulla Zubir – 6,5
(9. Xayme Romero, 70) – 6,0
8. Uroş Matiç – 6,0
27. Toral Bayramov – 5,5
(11. Mahir Emreli, 61) – 6,0
7. Kvabena Ovusu – 5,5
(22. Musa Qurbanlı, 78) – qiymətsiz
Ehtiyat oyunçular
12. Emil Balayev
94. Ayhan Arazlı
21. Rauf Hüseynli
29. Zamiq Əliyev
66. Cavid Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir

1. Mehdi Cənnətov – 2,5
5. Camaləddin Xocaniyazov – 3,0
3. Vurğun Hüseynov (k) – 3,0
(21. Adəm Həmati, 36) – 3,0
14. Elvin Bədəlov – 3,0
4. Kərəm Sultanov – 3,0
(60. Elvin Məmmədov, 46) – 3,0
7. Tellur Mütəllimov – 3,0
6. Vüqar Mustafayev – 3,5
33. Eltun Turabov – 3,0
(8. Səbuhi Abdullazadə, 53) – 3,0
97. Xəyal Nəcəfov – 3,0
17. Murad Xaçayev – 3,5
10. Rəhim Sadıxov – 4,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
22. Cavid İmamverdiyev
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
20. Rüfət Abdullazadə
35. Eldost Qiyasbəyli
29. Sərvin İsmayılov
Baş məşqçi: Ayxan Abbasov
Qollar: V-D.Gerye, 28 (1:0, U.Matiç). A.Zubir, 34 (2:0, U.Matiç). V-D.Gerye, 45+1 (3:0). T.Bayramov, 54 (4:0, A.Zubir). M.Emreli, 75 (5:0, X.Romero). T.Mütəllimov, 87 (5:1, R.Sadıxov). A.Zubir, 89 (6:1, X.Romero).
Vərəqələr: X.Nəcəfov, 33 (qeyri-idman hərəkəti). C.Xocaniyazov, 35 (hakimin qərarına etiraz). V.Mustafayev, 40 (qeyri-idman hərəkəti). S.Abdullazadə, 64 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
21 noyabr. Suraxanı. Azərsun Arena. Tamaşaçısız.
Birinci hissəyə 3, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bu komandaların çempionatın ilk dövrəsindəki oyunu böyük maraq doğurmuşdu. “Sumqayıt” doğma azarkeşləri önündə qələbəyə yaxın olsa da, ağdamlılar son saniyələrdə vurulan qolla 1 xala sevinmişdi.
Budəfəki vəziyyət də “kimyaçılar”ın xeyrinəydi. Həm turnir cədvəlində liderlik edirdilər, həm də meydan sahiblərinin oyuna xeyli itki ilə çıxması üzlərini güldürürdü. Konkret desək, Patrik Andrade, Maksim Medvedev, Abbas Hüseynov, Bədavi Hüseynov və Rahil Məmmədov kimi futbolçular zədə və xəstəlik səbəbindən matçda iştirak imkanından məhrum idi. Üstəlik, Xayme Romero ilə Mahir Emreli ehtiyatda qalmışdı.
Bu, “Qarabağ”ın 1993-cü ilin iyulundan bəri qaçqın statusu daşımadan meydana çıxdığı ilk matç idi. Odu ki, Qurban Qurbanov və yetirmələri oyunun hansı əhəmiyyət daşıdığını hiss edirdi. Xal itkisi “köhlən atlar”ın turnir cədvəlindəki durumuna ciddi təsir etməyəcəkdisə, “Sivasspor”la səfər qarşılaşması ərəfəsində klubdaxili ab-havada özünü göstərəcəkdi. Ayxan Abbasov üçün əsas itki, heç şübhəsiz, komandasının “vuran ayağı” sayılan Əli Qurbaninin zədəyə görə kənarda qalmasıydı.
Oyun haqda uzun-uzadı danışmağın mənası yoxdu. İlk 15 dəqiqəni çıxsaq, çempion meydanda istədiyini edir, rəqibə göz açmağa imkan vermirdi. “Qarabağ”ın gözü qızmış futbolçuları olduqca amansız təsir bağışlamaqla sanki hər hücumu qolla tamamlamaq istəyirdi. Hesab 6:1 yox, 10:1 də ola bilərdi. Kvabena qapıçı ilə üzbəüz qaldığı üç imkanı boşa verməsəydi, Gerye ilə Matiçin zərbələri tirə tuş gəlməsəydi, cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınacaqdı.
Hər şey Mehdi Cənnətovun səhvləri ilə başladı. İlk hissədəki qolların ikisi kornerdən sonra vuruldu ki, zədədən yeni qayıdan və dərhal da müəmmalı şəkildə “çərçivə”dəki yerini tutan Cənnətov çıxışda kobud səhvlərlə yadda qaldı. İkinci yarıda qonaqların daha 3 qol buraxması başadüşülən idi. Start heyətində meydana çıxan üç müdafiəçi – Vurğun, Camaləddin və Kərəm yerini başqalarına vermişdi. İlk ikisi zədələndi, sonuncunu isə baş məşqçi əvəzləməyi lazım bildi. Belədə “Qarabağ” pərən-pərən düşən rəqibin müdafiə xəttindəki boşluqlardan maksimum yararlanmağı bacardı.
Karyerası ərzində ilk dəfə sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Gerye iki dəfə başını işə saldı, daha iki qolu Avroliqadakı məğlubiyyətlərin acığını “Sumqayıt”dan çıxan Zubir vurdu, hərəyə bir dəfə oyunu yüksək səviyyədə keçirməyən Toralla sonradan meydana çıxan Mahir fərqləndi.
Bununla da çempion daim qərarlaşmağa öyrəşdiyi ilk pilləni sumqayıtlıların əlindən “döyə-döyə” aldı. Bu, “Qarabağ”ın çempionatda 6 top vurduğu ardıcıl üçüncü oyun kimi də yadda qaldı.
HƏBİB

Gözdən qaçmadı
* Stadiona azarkeşlərin daxil olmasına qadağa qoyulduğundan, “Qarabağ”ın Suraxanıda yaşayan fanatları yenə öz ampluasında idi. 5-10 nəfərlik dəstə sevimli komandalarına dəstək vermək üçün “Azərsun Arena”nın hasarlarına çıxmağı özlərinə borc bilmişdilər. Lakin polis leytenantının göstərişindən sonra azyaşlılar ordan uzaqlaşdırıldı.
* Toral Bayramov qol vurandan sonra kameranın önünə gəlib əsgər salamı verdi.
* 70-ci dəqiqədəki əvəzetmə zamanı Xayme Abdullanın əvəzinə meydana daxil olsa da, stadionun diktoru Ramiz Qafarov ispanı Uroş Matiç kimi təqdim etdi. Halbuki “8 nömrə” meydanda idi. Yaxşı ki sonradan səhvini düzəltdi.
* Ayxan Abbasov 70-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldı.
* Hesab 5:0 meydan sahiblərinin xeyrinə olarkən, Tellurun qol vurması Şahruddini özündən çıxardı. Dirəyi təpikləyən milli üzvünün qalib ruhunu alqışlamağa dəyərdi. Sanki komandası hesabda geri düşübmüş kimi əsəbi görünürdü.
SON XƏBƏRLƏR