Sizin reklam burada

Yunis Hüseynovun qisas arzusu ürəyində qaldı

Müəllif: football Tarix: 26-11-2020, 14:00 576 Baxış

39. Zirə - Keşlə 3:1 (1:0)
22. Rəşad Əzizli - 5,5
2. Sərtan Taşkın - 5,5
12. Lazar Corceviç - 5,5
44. Dmitrios Çantakias - 6,0
32. Qismət Alıyev - 5,5
8. İlkin Muradov - 5,5
(4. Elvin Camalov, 56) - 5,0
21. Hacıağa Hacılı - 5,5
(7. Tural Bayramlı, 56) - 5,0
30. Riçard Almeyda - 5,5
(91. Ruslan Qurbanov, 82) - qiymətsiz
11. Klesio Bauk - 6,0
10. Ağabala Ramazanov (k) - 6,5
9. Davit Volkov - 5,5
Ehtiyat oyunçular
62. Abdulla Seyidəhmədov
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
3. Ali Sisey
20. Əli Şirinov
77. Cəlal Hüseynov
27. Tamerlan Burcəliyev
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Ağabala Ramazanov
1. Stanislav Namaşko - 4,5
19. Azər Salahlı - 4,5
3. Tərlan Quliyev (k) - 4,5
21. Miyuşko Boyoviç - 4,5
2. İlkin Qırtımov - 4,5
23. Artur Batista - 4,5
(48. Dmitri Klots, 59) - 4,0
25. Con Kamara - 4,5
13. Pərviz Azadov - 4,0
(14. Turan Vəlizadə, 41 - 4,0
/99. Rafael Məhərrəmli, 78) - qiymətsiz
8. Tural Axundov - 4,5
10. Sezar Meza Kolli - 5,5
11. Silvio Rodriges - 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
18. Ruslan Əmircanov
4. Şəhriyar Əliyev
20. Rail Məlikov
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Sezar Meza Kolli
Qollar D.Çantakias, 33 (1:0). A.Ramazanov, 60 (2:0, K.Bauk). K.Bauk, 73-öz qapısına (2:1). K.Bauk, 90+5 (3:1, A.Ramazanov).
Vərəqələr: P.Azadov, 5 (qeyri-idman hərəkəti). C.Kamara, 28 (qeyri-idman hərəkəti). S.Taşkın, 34 (qeyri-idman hərəkəti). H.Hacılı, 42 (qeyri-idman hərəkəti). T.Vəlizadə, 61 (qeyri-idman hərəkəti). E.Camalov, 79 (qeyri-idman hərəkəti). L.Corceviç, 83 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
22 noyabr. Zirə. İdman Kompleksi. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Paytaxt derbisi hər iki komanda üçün vacib idi. “Zirə” qalib gələcəyi təqdirdə “Qarabağ”la birgə turnir cədvəlinə başçılıq edəcəkdi, “Keşlə” isə liderlər qrupuna yaxınlaşacaqdı. Amma qonaqlar meydana itkilərlə çıxmışdı. Millinin düşərgəsindən qayıdan Vüsal İsgəndərli və Rəhman Hacıyev koronavirusa yoluxduqlarından, Şəhriyar Əliyev isə yol yorğunluğuna görə qarşılaşmada iştirak etmirdi.
Sezar Meza Kollinin ilk dəqiqələrdə fəallığı hiss olunsa da, “Zirə”nin futbolçuları onu “bağlamaqda” çətinlik çəkmirdilər. “Qartallar”ın heyətində isə Ramazanov – Bauk - Volkov “üçlüy”ü “Keşlə”nin müdafiəsinə problem yaradırdı. Meydanın mərkəzində topa daha çox Yunis Hüseynovun komandası nəzarət etsə də, “Zirə” əks-hücumlarla rəqibə çətin anlar yaşadırdı. Belə epizodların birində Ramazanovun ötürməsindən sonra Volkov ayağının içi ilə qapıya möhtəşəm zərbə vurdu. Namaşkonun inamlı oyunu hesabın açılmasına imkan vermədi. Epizodun davamında, künc zərbəsindən Baukun ötürməsindən sonra “Keşlə”nin müdafiəsində qarışıqlıq yaşandı. Fürsətdən istifadə edən Çantakias akrobatik zərbə ilə hesabı açdı. Qoldan sonra da oyuna nəzarət edən “Zirə” idi. Lakin fasiləyə kimi meydan sahiblərinin cəhdləri bəhrə vermədi. “Keşlə”də isə yarımmüdafiənin dayaq bölgəsi ilə hücum xətti arasında boşluq hiss olunurdu. Bu səbəbdən də Yunis Hüseynovun komandası təhlükə yarada bilmirdi.
İkinci hissəyə də “Zirə” istəkli başladı. “Keşlə” ara-sıra hücumlar etsə də, Rəşad Sadıqovun komandası etibarlı oynayırdı. Qonaqların istədiyini edə bilməməsi “qartallar”ın işinə yaradı. 60-cı dəqiqədə sağ cinahdan qurulan hücum qolla nəticələndi. Baukun ideal ötürməsini Ramazanov dəqiq baş zərbəsi ilə tamamladı. Bundan sonra “qırmızılar” özünə gəlməyə başladı. Artıq daha çox hücum edən tərəf “Keşlə” idi. Klotsun da meydana çıxması hücumların kəsərini artırdı. Bunun nəticəsi kimi “Keşlə” 73-cü dəqiqə hesab arasındakı fərqi azaltdı. Künc zərbəsində ötürülən topu Bauk tərs toxunuşla öz qapısına göndərdi. Qoldan sonra “Keşlə” həmlələrinin sayını artırsa da, Meza Kollinin fərdi bacarığı sayəsində “Zirə”nin müdafiəsinə problem yaratsa da, hesabı bərabərləşdirmək mümkün olmadı. Əksinə, sonda rəqibi əks-hücumda yaxalayan “qartallar” fərqi artırdı. Ramazanov - Bauk ikilisinin baxımlı həmləsi qolla tamamlandı. Beləliklə, ilk dövrədə olduğu kimi, “Zirə” yenə qalib gəldi.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* 9-cu dəqiqədə top “Zirə”nin futbolçusuna toxunaraq auta çıxdı. Əliyar Ağayev isə fərqli qərar verdi. Bu zaman “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov əlini qaldıraraq “Əliyar, bizdən çıxdı”, - deyə reaksiya verdi. Bu epizoda “Keşlə”nin Müşahidə Şurasının rəhbəri Zaur Axundovun da reaksiyası gəldi: “Əliyar, eybi yox, qoy “göylər”də qalsın”.
* 12-ci dəqiqədə yenidən Rəşad Sadıqov ön plana çıxdı. Onun yanında dayanan laysman bayrağını yelləyərək qayda pozuntusu qeydə aldı. Halbuki qərar qonaqların yox, meydan sahiblərinin lehinə olmalı idi. Bu zaman özündən çıxan Sadıqov “a kişi, burdan ora sən necə fol verə bilərsən, e”, - deyə etiraz etdi.
* 20-ci dəqiqədə Yunis Hüseynov Əliyar Ağayevin fitinə əsəbləşərək köməkçilərinə deyindi: “Oynamayaq, a kişi, bu hər şeyə cərimə verir”. Bundan 2 dəqiqə sonra İlkin Qırtımov yerdə qaldı. Onun ağrıdan səs çıxarmasına Hüseynov “uşaqlar, qışqır-bağır salın, cərimə verəcək” deməklə reaksiya verdi.
* “Zirə” hesabı açandan dərhal sonra Zaur Axudov “biriniz ayağınızı uzatmadız, belə oyun olar, ala?” deyərək əsəbləşdi.
* 45-ci dəqiqədə rəqibi aldatmağa çalışan Turan Vəlizadəyə Zaur Axundov sərt etiraz etdi: “sənin başın xarabdı? Orda top itirərlər? Çıxar da çölə”.
* 86-cı dəqiqədə əks-hücum zamanı Tural Bayramlı topu ələ keçirdi. Bu zaman komanda yoldaşları və Rəşad Sadıqov dəfələrlə onu səslədilər. Yarımmüdafiəçi də narazı şəkildə “nə olub e, Tural, Tural? Bir gözləyin də”, - deyə etiraz etdi.
* Matçın bitiminə az qalmış adi oyun epizodunda topu itərən Con Kamaranı Zaur Axundov rus dilində təhqir etdi: “Con, sənin ananı ...”

Reaksiyalar
Yunis Hüseynov: "Torpaqlarımızın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edirəm. "Zirə" ilə oyun maraqlı alındı. Bura qələbə üçün gəlmişdik. Normal oyun alındı. Düşünürəm ki, ikinci hissədə üstün tərəf biz idik, qol imkanları da yaratdıq. Amma fürsətlərdən yararlana bilmədik. İki oyunçumuz xəstələnmişdi. Hücumameyilli oyunçulardan ikisi zədəli idi. Sağ və sol cinah müdafiəçiləri yarımmüdafiədə çıxış edirdilər. Komandamdan narazı deyiləm. Bu gün ikinci hissədə pis təsir bağışlamadıq. Öz səhvlərimizdən qollar buraxdıq. Qışda bizdə də dəyişiklik olacaq. Çalışacağıq ki, hücum xəttini gücləndirək. Qol vurmaqda çətinlik çəkirik. Sezar Meza Kolli topla oynayan futbolçudu. Top onda olanda təhlükə yarada bilir. Bu gün onun oyunundan narazı qalmadım. Onu başa düşən futbolçu olarsa, hər şey daha yaxşı olacaq".
Rəşad Sadıqov: "Çox gərgin və maraqlı oyun oldu. Topa daha çox nəzarət etməyə çalışdıq. Hər iki kollektiv birinci hissədə ehtiyatlı oynamaq istəyirdi. Amma ikinci yarıda açıq futbol gördük. Hər iki komanda qol vurmaq və qələbə qazanmaq istəyirdi. Bizim üçün önəmli qələbə idi. Komandanı və futbolçuları təbrik edirəm. Buraxdığımız qoldan sonra rəqib daha böyük qüvvə ilə irəli atılmağa başladı. Komandamız buna yaxşı reaksiya verdi. "Keşlə"ni əks-hücumda yaxalayırdıq. Qol epizodalarımız çox oldu. Sonra isə üçüncü qolu vura bildik… Hamımızın gözü aydın olsun. "Qarabağ" öz meydanında oynaya bilmirdi. Bu beynəlxalq matçlarda daha çox qabardılırdı ki, komanda doğma şəhərində və meydanında çıxış edə bilmir. Artıq bu günləri görürük, böyük zəfərdi. Ali Baş Komandana, ordumuza, zabitlərimizə və əsgərlərimizə dərin təşəkkürümü bildirirəm ki, bizə bu sevinci yaşadırlar. Hərdən mənə yuxu kimi gəlir, deyirəm ki, doğrudanmı torpaqları işğaldan azad etdik? Bu cür möhtəşəm qələbə qazandıq. Böyük zəfər qazanmışıq. Bütün qarabağlıları və xalqımızı ürəkdən təbrik edirəm. Fəxr edirəm və qürur hissi keçirirəm ki, azərbaycanlıyam… Dünya futbolunda və həyatımızda koronavirus var. Hələ ki buna uyğunlaşmalıyıq. Bizim də iş çətindi. Heyəti qururuq, hazırlaşırıq və kiminsə testinin nəticəsi müsbət olur. Məşqçilərin işi çətinləşir. Hər an hazır olmalıyıq. Daha əvvəl Ali Sesay yoluxmuşdu və artıq sağalıb. Köməkçim Eltun Yaqublunun da testinin nəticəsi müsbət olmuşdu. Hazırda isə problem yoxdu… Heç kimin arasında fərq qoymuram. Hansısa elementlər qərara təsir edir. Mənim üçün birinci, ikinci qapıçı anlayışı yoxdu.
Emil Balayevin transferi gündəmimizdə deyil. O, son illər ölkənin ən yaxşı qapıçılarındandı. Uyğunlaşmaq üçün vaxt lazımdı. "Qarabağ" həmişə çempionluğa oynayan komandadı. Balayev çox yaxşı qapıçıdı, onu hamı heyətində görmək istəyər. Amma transferlə bağlı deyilənlər real deyil. Hazırda bütün fikrimi komandaya yönəltmişəm. 99 faiz hamıdan razıyam. Bütün futbolçuları hər oyun 90 dəqiqə oynada bilmərik. Futbolçuların yanaşmasından və şəffaf rəqabətdən çox razıyam. Qış fasiləsində transfer barədə düşünə bilərik. Ehtiyac olsa, heyətə yeni oyunçular cəlb edəcəyik. Daxili çempionatdakı oyunçuların çoxunun müqaviləsi var. Qışda transfer etmək asan deyil. Hamı iddialıdı və yüksək yerlər uğrunda mübarizə aparır. Heç vaxt xoşlamıram ki, müqaviləsi olan futbolçu ilə danışıq aparaq. Yayda gətirmək istədiyim futbolçu var idi. Keçid baş tutmadı. Hələ də fikirləşirəm. Qışda alınsa, gətirəcəm".
SON XƏBƏRLƏR