Sizin reklam burada

“Sabah” uğursuz seriyanı “dənizçilər”lə oyunda dayandırdı

Müəllif: football Tarix: 26-11-2020, 13:53 569 Baxış

38. Sabah (Bakı) – Səbail (Bakı) 2:1 (2:0)
1. Saşa Stamenkoviç – 5,5
14. Slavik Alxasov – 5,5
15. Ruslan Abışov (k) – 5,5
4. Bəhlul Mustafazadə - 5,5
2. Amin Seydiyev – 5,5
7. Coşqun Diniyev – 5,5
30. Mario Marina – 5,5
23. Amadu Diallo – 6,0
(46. Aleksey İsayev, 76) – qiymətsiz
11. Ozan Can Kökcü – 5,5
28. Kevin Kubemba – 5,5
(17. Məhəmməd Mirzəbəyov, 65) – 5,5
18. Xulio Sezar Rodriges – 5,0
(90. Ramil Şeydayev, 84) – qiymətsiz
Ehtiyat oyunçular
12. Alvaro Vilyet
8. Elşən Abdullayev
3. Ulise Diallo
20. Elçin Mustafayev
29. Ceyhun Nuriyev
77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Amadu Diallo

96. Nikolas Hagen – 5,0
3. Turan Manafov – 4,5
55. Adil Nağıyev – 4,0
16. Peyman Keşavarzi - 4,5
34. Urfan Abbasov – 4,5
14. Rahid Əmirquliyev (k) – 4,5
8. Bəxtiyar Rəhmani – 4,5
(17. Elçin Rəhimli, 82) – qiymətsiz
99. Bahadur Həziyev – 3,5
(28. Məqsəd İsayev, 39) – 4,0
9. Florian Kadriu – 4,5
(29. Amil Yunanov, 82) – 4,0
27. Hendrik Ekşteyn – 4,5
11. Rauf Əliyev – 5,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
6. Orxan Qurbanlı
13. Əli Sadıxov
2. Arsen Ağcabəyov
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Rauf Əliyev
Qollar: A.Diallo, 11 (1:0, R.Abışov). A.Seydiyev, 33 (2:0, A.Diallo). R.Əliyev, 90+5-p. (2:1).
Vərəqələr: R.Əliyev, 59 (qeyri-idman hərəkəti). M.Marina, 67 (qeyri-idman hərəkəti). S.Stamenkoviç, 90+4 (qeyri-idman hərəkəti). A.Nağıyev, oyundan sonra (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Cavanşir Yusifov, Eyyub İbrahimov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Əmrah İbrahimov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
23 noyabr. Masazır. Bank Respublika Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Cari mövsümün ən uğursuz komandalarından “Sabah” hesabat turunda “Səbail”i qonaq edirdi. Əslində bu, 10-cu turun açılış oyunu olmalıydı. Sadəcə, koronovirus səbəbindən qarşılaşma ertələndi və dünən keşirildi. Ardıcıl 6 oyunda uduzan “tələbələr”in baş məşqçisi Visente Qomes hər dəfə mətbuat konfransında yaratdıqları qol vəziyyətlərinin gerçəkləşmə faizinin aşağı olmasından şikayətlənir və onu da bildirirdi ki, bu çatışmazlığı aradan qaldıracaqları halda daha yüksək yerlər uğrunda mübarizə aparan komanda görəcəyik. Dünən ispan mütəxəssisin dedikləri qismən təsdiqini tapdı. Onun yetirmələri ilk yarıda yaxaladıqları imkanları boşa vermədilər. Artıq 11-ci dəqiqədə Amadu Diallo meydan sahiblərini önə çıxardı. Məhz onun sayəsində “tələbələr” 33-cü dəqiqədə ikinci qolu da qonaqların qapısından keçirdilər. Fransalı forvardın qapı önünə ötürməsi zamanı Seydiyev zərbə mövqeyinə çıxaraq qüvvətli zərbə ilə topu “doqquzluğ”a sancdı.
Fasilədən sonra meydanda daha açıq futbola şahidlik etdik. “Səbail” itiriləsi heç nəyin qalmadığını anlayıb, böyük qüvvə ilə hücuma atıldı ki, belə vəziyyətdə “dənizçilər”in müdafiə xəttində böyük boşluqlar yaranırdı. Ancaq meydan sahibləri bundan yararlana bilmədilər. Hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə “tələbələr”in qapıçısı Raufa qarşı kobud oynadı və referi düşünmədən “nöqtə”ni göstərdi. Topun arxasına keçən zərərçəkən fərqi azaltsa da, bu meydan sahiblərinin 6 oyundan sonra qələbə qazanmasına mane olmadı.

Reaksiyalar
Aftandil Hacıyev: “Bizdə bəzi futbolçular həftəiçi məşqdə iştirak edə bilmədilər. Koronavirusla bağlı 4 oyunçumuz heyətdən kənarda qaldı. Bu üzdən ilk 30 dəqiqədə yaxşı oynamadıq. Bundan yararlanan rəqib həmin vaxt aralığında iki qol vurmağı bacardı. İkinci yarıda istədiyimiz oyunu nümayiş etdirməyə başladıq. Amma qol gec vuruldu. Tez fərqlənsəydik, davamı gələ bilərdi. Heyətimiz geniş deyil. Amma nikbinik. İkinci hissə növbəti oyunlar üçün bizə ümid verdi. COVID-19-a yoluxanlar Əfran İsmayılov, Vüqar Bəybalayev, Mirsahib Abbasov və Elgün Nəbiyevdi. Son ikisində xəstəlik ağır keçir. İnanırıq ki, pandemiyaya yoluxanlar tezliklə meydana qayıdacaqlar. Bizim üçün onların hər biri önəmlidi. Gələn həftədən eibarən çalışacağıq immunitetimizi artıraq, qidalanmağımıza fikir verək. Kamran Ağayevin mövsümün sonuna kimi müqaviləsi var. Biz onu komandaya götürəndə bilirdik ki, artıq çəkidən əziyyət çəkir. İndiki məqamda çəkisini aşağı salır və çəki düşdükcə müəyyən kiçik zədələr meydana gəlir. Məqsədimiz Kamranı yenidən ölkə futboluna qaytarmaqdı. Onun 34 yaşda futbolu bitirməsi tezdi. Oynaya bilər. Nə vaxt hazır olsa, xidmətindən yararlanacağıq. Hakimliyə gəlincə, Rəşad Əhmədovun ciddi ciddi səhvi olmadı. Bəlkə də penaltidən sonra ən azı bir dəqiqə əlavə edə bilərdi. Ancaq bunu etmədi. Uduzan komanda həmişə istəyir ki, top oyunda çox olsun, rəqib vaxt uzatmasın. Rəqib layiqli qələbə qazandı, təbrik edirəm".
Visente Qomes: “Oyunun çox hissəsində nəzarət bizdə idi. Çoxlu qol şansımız oldu. Yalnız ikisindən yararlana bildik. Bizi üzən son dəqiqədə penaltidən buraxdığımız qol oldu. Yığmaların oyunlarına görə premyer-liqada yaranan fasilədə çox şeyi dəyişmədik. Sadəcə, çalışdıq futbolçuları bu oyuna kökləyə bilək. Onlara dedim ki, turnir cədvəlini, əvvəlki oyunları unudun, hər şeyə yenidən başlamaq lazımdı. "Zirə"yə qarşı da yaxı oynamışdıq. Hesabda önə keçəndən sonra futbolçular daha yaxşı oynayırlar. Məncə, yeganə problem budu. Hər xırda səhv bizi daha da pis duruma salırdı. Komandanı matça psixoloji baxımdan yaxşı hazırlamışdıq. Bu oyunun gələcək qələbələr üçün təkan olacağını düşünürük. Artıq bu qələbəni unudub "Keşlə" ilə matçı düşünməliyik. Komanda oyundan-oyuna inkişaf etməlidi".

Gözdən qaçmadı
* Stadionun bir sektorunda bəzi oturacaqların söküldüyünü gördük. Onların götürülməsinin səbəbini bilməsək də, boş qalan yerlər çox pis görünürdü.
* Rəşad Əhmədovun idarəçiliyi heç də ürəkaçan səviyyədə deyildi. Təsadüfi deyil ki, matçboyu hər iki komandanın baş məşqçisi bəzi epizodlarda hisslərinə hakim olmayaraq, ona etiraz bildirirdilər. Birinci hissənin gedişində Marina bir neçə dəfə ondan sıyrılan Ekşteynə qarşı kobud oynadı. Buna baxmayaraq, referi meydan sahiblərinin dayaq yarımmüdafiəçisinə şifahi xəbərdarlıq etməyi də lazım bilmədi. İkili arasında yaşanan növbəti belə toqquşmanın birində Aftandil Hacıyev “sarı”nı ver, sakitləşsin”, - deyə Əhmədova etirazını bildirdi.
* Hakim final fitini səsləndirməsi ilə qonaqların onun üzərinə şığıması bir oldu. Xüsusilə də Rahid Əmirquliyevlə Adil Nağıyev uzatma dəqiqələrində yaşanan fasilələri nəzərə alaraq, baş hakimdən daha bir neçə dəqiqə əlavə olunmasını tələb edirdilər. Vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Rəşad bəy final fitindən sonra Nağıyevə “sarı” göstərməyi lazım bildi.
* Oyunu izləyənlər arasında yığmanın məşqçilər korpusunda yer alan Arif Əsədov da var idi.
SON XƏBƏRLƏR