Sizin reklam burada

“Neftçi”nin baş məşqçi postuna bir neçə namizəd olub

Müəllif: football Tarix: 26-11-2020, 13:44 209 Baxış

Kamran Quliyev: “Onlar klubda sabitliyi təmin edən şəxslərdən idi”
"Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasında yayınlanan "Həmsöhbət" verilişinin qonağı olub. Sabiq baş məşqçi Füzuli Məmmədovla idman direktoru Ceyhun Sultanovun istefası barədə danışan funksioner hər iki şəxsin komandanın tarixində iz qoyduğunu deyib: “Məncə, "Qarabağ"a 0:6 hesablı məğlubiyyətə faciədən başqa ad qoymaq, don geydirmək mümkün deyil. Bu nəticəni heç birimiz gözləmirdik. Bu insanlarla klubda yaxşı işlər görmüşdük. Hər ikisinə təşəkkürümü bildirirəm. Onları saxlamaq üçün cəhdlərim oldu. Amma fikirlərində qəti idilər. Belə vidalaşmaq istəməzdik. Amma belə oldu. "Neftçi"nin daşı çox ağırdı. Hər insana vaxt vermək lazımdı. Aramızdakı söhbətləri burda açıqlamaq istəmirəm. Amma şəxsi problemlər heç vaxt olmayıb. Onlar klubda sabitliyi təmin edən şəxslərdən idi. Sultanov burda çox iş görüb. Əlaqələrimiz davam edir, lazım olanda məsləhət alacağıq. Hər ikisi yaxşı mütəxəssisdi. Onları gələcəkdə uğurlar gözləyir, "Neftçi"də iz qoyan insanlardı".
Samir Abasovun təyinatına da toxunan klub prezidenti seçimi belə izah edib: "Neftçi" kimi kluba baş məşqçi təyinatı bir anın işi deyil. Elə vaxtdayıq ki, bu yer boş qalsaydı, qeyri-sabitlik davam edə bilərdi. Müşahidə Şurasının növbədənkənar iclasında bir çox namizədin adı təklif olunmuşdu. Sonda Samir Abasovun baş məşqçi olması məsləhət bilindi. Onunla "Sumqayıt"da da bir yerdə işləmişik. 2015-ci ildən əsas komandanın baş məşqçisi təyin olundu. İnanmaq istəyirik ki, Azərbaycanın ən böyük klubu ilə Samir Abasovun futbola baxışı, oyun planları üst-üstə düşəcək. Onun oyun dəsti-xəttini nəzərə alaraq, Abasovun təyinatı təsdiqləndi".
SON XƏBƏRLƏR