Sizin reklam burada

U-21-in üzvlərinin koronavirus testi UEFA standartlarına uyğun olmayıb

Müəllif: football Tarix: 24-11-2020, 14:56 350 Baxış

Firuz Abdulla: “Bu, futbolçuların çıxış etdiyi klubların məsuliyyətsizliyidi”
Bir neçə gün öncə U-21-in baş məşqçisi Milan Obradoviç qəzetimizə geniş müsahibə vermişdi. Serbiyalı mütəxəssis bir məqama toxunmuşdu ki, onu dəqiqləşdirməyə ehtiyac var idi. Onun sözlərinə görə, Barış Əkinciərlə Əmrə Kaplanın adı İsveçrə ilə seçmə mərhələ oyununun iştirak ərizəsinə son anda salınmayb. Buna UEFA-nın onların koronavirus testinin nəticələrini qəbul etməməsi səbəb olub. Futbolçuların test nəticəsi neqativ çıxmışdısa, millinin düşərgəsinə necə qoşulmuşdular?
Məsələni aydınlaşdırmaq üçün AFFA-nın Mətbuat və İcmaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisinin cavabı belə oldu: “Milliyə dəvət olunan hər bir futbolçu çıxış etdikləri klubların düşərgəsində test verirlər. Bizdə olduğu kimi, hər bir klubun oyunçuları xüsusi xəstəxanada və ya klinikada testdən keçir. Barış Əkinciər Almaniyada, Əmrə Kaplan isə Türkiyədə bu proseduru keçdi. Bu səbəbdən də onların 21 yaşlılardan ibarət milli komandanın toplanışına qoşulmasında problem olmadı. Lakin sonradan bəlli oldu ki, UEFA adı çəkilən futbolçuların COVID-19 testinin nəticələrini qəbul etməyib. Onların koronavirus analizləri qurumun standartlarına uyğun deyilmiş. Burda federasiyanın heç bir günahı yoxdu. Çünki yenə deyirəm, Barış və Əmrə çıxış etdikləri ölkələrin xəstənalarında test verib, düşərgəyə yollanmışdılar. UEFA isə həmin tibbi müəssisələrin nəticələrini qeydə almadı. Bu, futbolçuların çıxış etdiyi klubların məsuliyyətsizliyidi. Məsələn, Fərid Nəbiyev də Çexiyada test verib, gəlmişdi. Onun nəticəsində heç bir problem çıxmamışdı və UEFA qəbul etmişdi. Bunun nəticəsində də yarımmüdafiəçi əsas heyətdə meydana çıxmışdı. Futbolçular həmin nəticələrlə çıxış etdikləri ölkələrə qayıdıblar. Sadəcə, UEFA onlarn COVID-19 testlərini standartlara uyğun hesab etmədi və meydana buraxılmadılar”.
Qurum rəsmisi millinin düşərgəsində koronavirusa yoluxanların - Maksim Medvedev, Təmkin Xəlilzadə və Rahil Məmmədovun son durumu haqda da məlumat verdi: “Futbolçular karantində özünütəcrid prosesindən keçirlər. Vəziyyətlərində hansısa dəyişiklik yoxdu. Onlar karantində qalmaq müddətləri başa çatandan sonra yenidən testi verəcəklər. Nəticədən asılı olaraq ölkəyə dönüb-dönməyəcəkləri bilinəcək. Sadəcə, indi bu müddətin başa çatmasını gözləməliyik”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR