Sizin reklam burada

Rüfət Abdullazadə “Sumqayıt”ın düşərgəsinə döndü

Müəllif: football Tarix: 24-11-2020, 14:38 249 Baxış

Ötən saylarımızın birində “Sumqayıt”ın futbolçusu Rüfət Abdullazadənin Türkiyə superliqasında mübarizə aparan “Fatih Karagümrük”ə baxışa yollandığını xəbər vermişdik. Qardaş ölkə təmsilçisinin düşərgəsində bir həftə qalan 19 yaşlı hücumçu artıq vətənə dönüb. Bu haqda bilgini “kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədovdan aldıq.
Qeyd edək ki, Rüfət 2019-cu ilin fevralında iki klub arasında əldə olunan razılıq əsasında təcrübə toplamaq üçün Moskva “Spartak”ının ikinci komandasının toplanışına da qatılmışdı. Son vaxtlar "Sumqayıt" gənc futbolçularını təcrübə toplamaq üçün tez-tez ölkə xaricinə yollayır. Ötən il Rüfətin komanda yoldaşı, eyni zamanda əmisioğlu Səbuhi Abdullazadə də eyni məqsədlə Xorvatiya "Osiyek"inin düşərgəsinə yollanmışdı.
RƏŞAD
SON XƏBƏRLƏR