Sizin reklam burada

“İmarət” fikrini dəyişdi

Müəllif: football Tarix: 23-11-2020, 11:06 227 Baxış

Qarabağda müharibə Azərbaycan ordusunun qələbəsi ilə bitdi. Üçtərəfli razılaşmaya əsasən Ermənistan ordusu və vətəndaşları noyabrın 20-dək Ağdamdan tam çıxmalı və ərazi təhvil verilməlidi. Bu tarixlə bağlı “Qarabağ”ın əsas dəstəkçisi olan “İmarət” fanklubu yaranış tarixini dəyişmək fikrinə düşüb. Azarkeş qrupu 2009-cu il noyabrın 19-da fəaliyyətə başlayıb. Klubun təmsil etdiyi Ağdam isə 20-də geri qaytarılır. Bunu əsas tutan fanklub üzvləri doğum gününü dəyişmək istəyirlər.
Lakin dünən bununla bağlı əlaqə saxladığımız azarkeş qrupunun idarə heyətinin üzvü Elnur Quliyev fikirlərindən daşındıqlarını söylədi: “Bizim yaranma tariximiz noyabrın 19-du. Sosial şəbəkələrdə bildirilir ki, guya yaranma tarixini dəyişmək istəyirik. Ayın 19-u yaranıbsa, necə 20-si edə bilərik? Sadəcə, ad gününü həmin vaxt qeyd etmək istəyirdik. Amma noyabrın 20-də Daşaltı faciəsi baş verdiyinə görə fikrimizi dəyişdik. İsmət Qayıbov və Azərbaycanın başqa yüksək vəzifəli şəxsləri helicopter qəzasında həyatlarını itiriblər. Bu səbəbdən də aramızda müzakirə gedir ki, qeyd edək, ya yox. İndiki durumda hələ dəqiq bir şey yoxdu”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR