Ölkə kubokuna yenə 12 komanda qatılacaq
Müəllif: football Tarix: 23-11-2020, 10:59 199 Baxış
Bu il “Ağsu”nu “Turan Tovuz” əvəzləyibÖlkə kubokunun 2020/21 mövsümünün iştirakçıları müəyyənləşib. PFL-in saytında yer alan xəbərə görə, yarışda premyer-liqanın 8 komandası ilə yanaşı, birinci divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq. Elita təmsilçilərinin əvəzedicilərindən olmayanlardan yalnız MOİK kənarda qalıb. “Hərbçilər”in ötən il də kuboka qatılmadığını nəzərə alsaq, burda hansısa qəribəlik yoxdu. Ümumiyyətlə, ötənilki iştirakçılarla müqayisədə yalnız bir fərq var: tarixə qovuşan “Ağsu”nu “Turan Tovuz” əvəzləyib.
“CBC Sport” telekanalı vasitəsi ilə canlı yayınlanacaq püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 13.00-da başlayacaq tədbir koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalıdı.