Sizin reklam burada

Jozef-Monroz gələn həftə fərdi məşqlərə başlayacaq

Baxış Sayı:363


“Neftçi” Getmanla bağlı qərar verməyib
“Neftçi”nin ən yüksək ödənişli legionerlərindən olan Stiven Jozef-Monroz cari mövsümdə cəmi iki oyunda meydan çıxıb. Premyer-liqanın ilk turuna təsadüf edən “Səbail”lə görüşdə 90 dəqiqə forma geyən fransalı ikinci turda “Sumqayıt”la matçda ikinci yarıda meydana çıxıb. Ümumilikdə Stiven geridə qalan 9 turda cəmi 135 dəqiqə oynayıb.
Uzun müddətdi zədədən əziyyət çəkən vingerin nə vaxt sıraya dönəcəyini, zədəsini sağaldıb-sağaltmadığını bilmək üçün “ağ-qaralar”ın mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq: “Jozef-Monrozun onurğa sütununda problem var idi. O gənc yaşlarında bir dəfə həmin nahiyədən əməliyyat olunub. Məşqlərin birində köhnə zədəsini təzələdi. Və bu üzdən məşqlərdən uzaq düşdü. Stiven müalicə olunmaq üçün Türkiyəyə yollanmışdı. Artıq çətin mərhələ arxada qalıb. Futbolçu gələn həftənin əvvəlində Bakıya qayıdacaq və fərdi məşqlərə başlayacaq”.
Füzuli Məmmədovun istefaya göndərilməsindən sonra “Neftçi”nin “sükanı arxasına” Samir Abasovun keçməsindən xəbərdarsız. Ötən saylarımızın birində bununla bağlı xəbəri diqqətinizə çatdırmışdıq. Onu da bildirmişik ki, Abasovun köməkçiləri Seymur Rəhimov və Vəfadar Quliyev olacaq. Məmmədovun dönəmində qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirən Etibar Tarverdiyev də Samir bəyin məşqçilər korpusunda yer alacaq. Xatırldaq ki, Tarverdiyevlə Abasovun yolları bir dəfə kəsişib. 42 yaşlı mütəxəssis “Sumqayıt”ın baş məşqçisi olduğu illərdə Etibar bəy onun yardımçılarından biri olub. İqor Getmanın “Neftçi”də qalıb-qalmayacğı isə hələ bəlli deyil. Paytaxt klubunun mətbuat katibi bizimlə söhbətdə Getmanla bağlı qərar verilmədiyini bildirdi.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR