Sizin reklam burada

“Azı 14 gün xəstəxanada olacam”

Baxış Sayı:496


Qəhrəman Əliyev Masallıda müalicə alır
Ölkəmizdə koronavirusla bağlı durum hər kəsə məlumdu. Virusa yoluxanların sayı gündən-günə artır. Təəssüf ki, artıq futbol aləmindən də virusa yoluxma ilə bağlı xəbərlər eşidirik. Mütəxəssis Qəhrəman Əliyevin də koronavirus testi pozitiv nəticələnib.
Dünən onunla əlaqə saxlayıb, vəziyyəti ilə maraqlandıq. Xəstəxanada olduğunu hiss etdiyimiz mütəxəssisin səsi zəif gəlirdi. O, Masallıda müalicə olunduğunu söylədi: "İndi vəziyyətim əvvəlkindən daha yaxşıdı. Virusa yoluxandan qısa müddət sonra hərarətim oldu. 39-40 dərəcəyədək yüksəldi, bundan sonra xəstəxanaya yerləşdirildim, burda müalicəyə başladım. Artıq 4 gündü müalicə olunuram. Əvvəlki vəziyyətimlə müqayisədə irəliləyiş var. Dünən-srağagün narahatlıqlarım vardı, amma bu gün xeyli yaxşıyam. Həkimlər hələ dəqiq nəsə demirlər. Azı 14 gün xəstəxanada olacam".
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR