Sizin reklam burada

Son oyunda da qələbəni əldən verdik

Baxış Sayı:406


Avropa çempionatının seçmə mərhələsi
2-ci qrup
İsveçrə (U-21) - Azərbaycan (U-21) 2:1 (0:1)

1. Filip Köhn
19. Miro Muhaym
5. Sedrik Tseziger
23. Yan Bamert (K)
3. Silvan Zidler
17. Kastriot İmeri
(10. Petar Puşiç, 63)
6. Toni Domqeni
(15. Aleksandr Yankevits, 74)
8. Bastyen Toma
(16. Simon Zom, 80)
7. Noa Okafor
(20. Filip Stoilkoviç, 79)
22. Feliks Mambimbi
(18. Nedim Bayrami, 63)
11. Andi Zekiri
Ehtiyat oyunçular
12. Amir Saipi
21. Antoni Racioppi
2. Leonidas Stergiu
13. Leo Sedu
Baş məşqçi: Mauro Lustrinelli

12. Kamran İbrahimov
7. Elvin Cəfərquliyev
3. Arsen Ağcabəyov
5. Nihad Tamazov
19. Rauf Hüseynli
10. Yusif Nəbiyev
(18. Samir Məhərrəmli, 71)
8. Veysəl Rzayev
6. Hacıağa Hacılı (k)
17. Toral Bayramov
(9. Muhammed Mustafa Yıldırım , 90+2)
23. Ozan Can Kökcü
20. Rüfət Abdullazadə
(4. İdris İnqilablı, 84)
Ehtiyat oyunçular
1. Rüstəm Samiqullin
23. Əkpər Vəliyev
2. Elçin Mustafayev
13. Rüfət Əhmədov
14. Ümid Səmədov
Baş məşqçi: Milan Obradoviç
Qollar: O.C.Kökcü, 22 (0:1). B.Toma, 49 (1:1). F.Stoilkoviç, 90+1 (2:1).
Vərəqə: R.Hüseynli, 86 - sarı.
Hakimlər: KASPAR SJÖBERQ, Peter Maqnusson, Maks Robin Vilde, Viktor Volf (hamısı İsveç).
12 noyabr. Tyun. Tyun Arena. Tamaşaçısız.
1-ci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
20 (7) qapıya (“çərçivə”yə) zərbə 8 (5)
6 künc zərbəsi 5
9 qayda pozuntusu 12
0 (0) sarı (qırmızı) vərəqə 1 (0)
Milan Obradoviçin rəhbərlik etdiyi U-21 Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurdu. Yığmamız son matçını səfərdə İsveçrəyə qarşı keçirdi. Tsikldə son qarşılaşma olduğuna görə bizimkilər meydana qələbə istəyi ilə çıxmışdı. 21 yaşlılarımız ilk dəqiqələrdən hücum futbolu nümayiş etdirirdilər. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarıda Kamran İbrahimov xüsusilə diqqəti çəkirdi. O, 18-ci dəqiqəyə kimi iki seyv etməklə hesabın açılmasına mane oldu. Yığmamız ilk real qol epizodunda hesabı açmağı bacardı. Toral Bayramovun ideal ötürməsini Ozan Can Kökcü dəqiq zərbə ilə tamamladı. İlk hissənin sonlarına kimi meydan sahibləri hesabı bərabərləşdirməyə cəhd etsə də, alınmadı. Rəqib futbolçular 45 dəqiqənin tamamına kimi 5 fürsət yaxalasalar da, bəzi epizodlarda Kamran İbrahimov yaxşı oynadı, bəzilərində isə isveçrəlilərdə dəqiqlik çatmadı.
İkinci yarıya yığmamız üstün başladı. 47-ci dəqiqədə Toral Bayramovun zərbəsini Köhn qaytardı. Epizodun davamında Rüfət Abdullazadə “çərçivə”yə düşə bilmədi. Bundan 2 dəqiqə sonra İsveçrə hesabı bərabərləşdirdi. Bastyen Toma dəqiqə zərbə ilə “status-kvo”nu bərpa etdi. Qoldan sonra ruhlanan isveçrəlilər önə keçmək üçün hücumlar təşkil etsələr də, həlledici anlarda dəqiq ola bilmirdilər. Bəzi epizodlarda qapıçımız etibarlı oyun göstərirdi. Komandasının oyununun alınmadığı görən Mauro Lustrinelli 5 dəyişiklik etdi. İsveçrəli mütəxəssis bu əvəzetmələrin bəhrəsini 90+1-ci dəqiqədə gördü. Miro Muhaymın ötürməsini 79-cu dəqiqədə meydana çıxan Filip Stoilkoviç dəqiq zərbə ilə tamamladı. Beləliklə, gənclərimiz tskılın son oyununda da məğlub oldu. Çox maraqlıdı ki, təxminən bir ay əvvəl – oktyabrın 8-də keçirilən səfər oyununda da Slovakiyaya yalnız 4-cü uzatma dəqiqəsində buraxılan qolla elə 1:2 uduzmuşduq. Deməli, gənclərin sonluq sindromu var…
Bu qrupda noyabrın 12-də daha iki oyun keçirilib. Autsayder Lixtenşteyn Fransanı qəbul edib. Gözlənildiyi kimi, fransızlar qələbəyə darmağınla imza atıblar. Belə ki, 5:0 hesabıyla qalib gələn meydan sahibləri final mərhələsinə vəsiqəni təmin ediblər. Adı çəkilən komanda noyabrın 16-dakı son matçda İsveçrə ilə qrup birinciliyi uğrunda mübarizə aparacaq.
Lixtenşteyn isə möcüzə baş verməsə, 2-ci qrupu sonuncu – 6-cı pillədə tamamlayacaq. Düzdü, "cırtdanlar”ın ehtiyatda hələ bir qarşılaşması var və noyabrın 17-də Slovakiya üzərində qələbə qazanarlarsa, 5-ci yerdəki millimizlə xallarının sayını (6) bərabərləşdirəcəklər. Lixtenşteynlə aramızdakı matçlarda tam bərabərlik olduğundan, bu halda top fərqinə baxılacaq. Lixtenşteyn millimizi qabaqlamaq üçün son görüşdə 14 top fərqi ilə qalib gəlməlidi ki, bu da real görünmür. Qrupun digər oyununda Gürcüstan öz meydanında Slovakiyaya 2:1 hesabıyla qalib gəlib.
1. İsveçrə 9 9 0 0 25-5 27
2. Fransa 9 8 0 1 29-9 24
3. Gürcüstan 10 5 0 5 17-14 15
4. Slovakiya 9 3 0 6 16-21 9
5. AZƏRBAYCAN 10 2 0 8 6-18 6
6. Lixtenşteyn 9 1 0 8 3-29 3
İLKİN SULTANLI

Reaksiyalar
Mauro Lustrinelli: "Bu, mürəkkəb oyunda möhtəşəm qələbə idi. Rəqib bizə oynamaq imkanı vermirdi. Ancaq sona qədər özümüzə inandıq. Düşünürəm ki, bu nəticə axıradək qələbəyə inanan möhtəşəm komanda olduğumuz üçün meydana gəldi. Azərbaycan yığmasına qarşı ən yaxşı oyunumuzu sərgiləyə bilmədik. İradə, sona qədər hər şeyi vermək və oyunu qazanmaq əzmi inanılmazdı. Bunlara görə qələbə qazandıq".
Milan Obradoviç: “Müəyyən səbəblərdən üç oyunçumuzun xidmətindən yararlana bilmədik. Təbii ki, bu amil oyunun keyfiyyətinə mənfi mənada təsir göstərirdi. Qarşılaşmanın gedişində yorğun olan futbolçuları əvəz etmək işimizi çətinləşdirirdi. Heyətdə ilk dəfə oynayan gənc oyunçularımız vardı. Meydanın mərkəzində topa nəzarət edib rəqibin oyun qurmasının qarşısını ala bildik. Hesabda irəli çıxandan sonra əks-hücumlarda təhlükəli vəziyyətlər yaratmağı bacardıq. İkinci hissədə rəqibin daha istəkli olacağını bilirdik. Belə də oldu və fasilədən sonra hesabı bərabərləşdirdilər. Xüsusən son 10 dəqiqədə futbolçulara daha diqqətli olmağı tapşırdım. Təəssüf ki, ardıcıl iki oyundu son dəqiqədə qol buraxaraq məğlub oluruq. Beynəlxalq səviyyəli oyunlarda belə səhvləri bağışlamırlar. Prinsipcə, oyundan razı qalsam da, nəticədən narazıyam. Bu gün xal itirdik”.
Sedrik Tseziger:"İlk hissədə istədiyimiz qol vəziyyətlərini yarada bilmədik. İkinci yarıda isə keyfiyyətimizi və rəqibdən daha yaxşı olduğumuzu göstərdik. Qələbə qazanmaq çox əyləncəlidi".

Maraqlıdı…
“Sabah”ın futbolçusu Ozan Can Kökçü U-21-in heyətində Avropa çempionatlarının seçmə mərhələsində ilk qolunu vurub. İsveçrə ilə qarşılaşmada (1:2) fərqlənən futbolçu yığmanın tarixinə seçmə mərhələdə qol sevinci yaşayan 42-ci oyunçu kimi düşüb. Bunadək baş tutan 111 matçda 63 qol vuran millidə 41 futbolçu rəqib qapısına yol tapmışdı. 112-ci görüşdəki 64-cü qol 42-ci futbolçunun hesabına yazılıb.
1994-cü ildə AÇ-1996-nın seçmə mərhələsinə qatılmaqla debütünü rəsmiləşdirən U-21-in yalnız 13 üzvü 2 və ya daha çox qola sevinib. Ən məhsuldar oyunçular Samir Əliyevlə Barış Əkinciər hərəyə 4 dəfə bunu bacarıb. Sonuncu qollarından üçünə cari tsikldə imza atıb. Araz Abdullayev, Cavid İmamverdiyev, Mahir Emreli, Nizami Hacıyev və Tuğrul Erat hərəyə 3 dəfə fərqlənib. Abdulla Abatsiyev, Ağabala Ramazanov, Asif Məmmədov, Bəxtiyar Soltanov, Kərəm Benke və Vüqar Nadirovun hesabında 2 qol var. Qalan 29 oyunçu, o cümlədən Ozan Can yalnız bir dəfə yığmaya qol sevinci bəxş edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR