Sizin reklam burada

Qurban Qurbanov “İmarət” sözü verdi

Baxış Sayı:267

Qurban Qurbanov “İmarət” sözü verdi

“Şərait tam düzələndən sonra rəsmi oyunlar üçün ora gedəcəyik”
ATV-nin “Zəfər bizimdi” proqramı 1993-cü ildən bəri ev oyunlarını Ağdamda keçirə bilməyən “Qarabağ” haqda süjet yayıb. Telekanalın çəkiliş qrupu komandanın Suraxanıdakı bazasında olub. Bildiyiniz kimi, noyabrın 20-də Ağdam Azərbaycana qaytarılacaq və bununla da “Qarabağ” “qaçqın komanda” statusundan qurtulacaq. Baş məşqçi Qurban Qurbanov aşağıdakı açıqlamaları verib: “ Futbolçularıma, legionerlərimə nə qədər də desəm də, çatdırsam da, onlar da bilirdi ki, bu torpaqlar bizimdi, amma bizim əlimizdə deyil. Bu gün artıq qürur hissi ilə bildirdim ki, bizim olan torpaqlar geri qayıdıb. Allah şəhidlərimizə rəhmət eləsin. Hamımız onlara borcluyuq, hamımız şəhid ailələrinin övladlarıyıq. Qaçqın-köçkünlərimiz həmişə istəyib ki, bu komanda üzdə olsun, nəticə versin. Bir dəfə “Tofiq Bəhramov”da oyundan sonra mənə bir ağdamlı azarkeş yaxınlaşdı. Yəqin köçkünlərdən idi. Mənə qayıdıb dedi ki, Qurban müəllim, səndən heç nə istəmirəm, bir dəfə bu komandanı çempion et. Xalqımı, bütün qarabağlıları, Ali Baş Komandanı təbrik etmək istəyirəm. Belə bir qələbə tarixi hadisədi, yüzillər boyunca bu haqda danışılacaq. Zəfərdən sonra bizim ora – “İmarət”ə getməyimiz şərt olacaq, vacib olacaq. Sevə-sevə gedəcəyik. Lazım olacaq yoldaşlıq oyunları keçirəcəyik, şərait tam düzələndən sonra rəsmi oyunlar üçün ora gedəcəyik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR