• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PFL-in sabiq rəsmisi Parisdən ac qayıdıb

Layihə

17-11-2020, 14:0


Zamiq Hüseynov: “Geriyə əliboş dönməmək üçün “brelok” alıb, Eminin tapıntısına...”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini futbola həsr edən insanlarla söhbətləşir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı uzun illər PFL-də çalışan, hazırda “Sumqayıt”ın idman direktoru postunu tutan Zamiq Hüseynovdu.
“Ağ deyil ki, “ağbala” desinlər”
Təxminən 14-15 il öncənin söhbətidi. Çempionatın qızğın vaxtı idi. İşdə - otaqda oturmuşdum. Səhv etmirəmsə, nahar fasiləsindən yeni qayıtmışdıq. Otağa yeni daxil olmuşdum ki, otaqdakı telefona aşağıdan, mühafizə xidmətindən zəng gəldi. Zəng vuran mühafizəçi özünü futbolçu kimi təqdim edən əcnəbi vətəndaşın gəldiyini bildirdi. Onu da əlavə etdi ki, məhz sizlə görüşmək istəyir. Biranlıq öz-özümə “görəsən, bu kimdi” sualını verdim. Ancaq çox düşünmədən “burax gəlsin” dedim. Dəqiqələr sonra həmin şəxs otağa daxil oldu. Həmin vaxt da otaqda mənimlə yanaşı, bir neçə futbol veteranı var idi. Uzun sözün qısası, həmin futbolçu kabinetə gəldi və “filan oyunda məni irqçi şüarlarla təhqir etdilər” söylədi. “Sənə nə deyiblər” sualıma futbolçu “məni “qarabala” deyə çağırırdılar” söylədi. Həmin an onu dinləyənlər arasında ingilis dilində bilən tək mən idim. Onun dediklərini yanımdakılara tərcümə etdim. Otaqda olan 5-6 nəfərdən biri qayıtdı ki “ə, bu nə istəyir? Rəngi qaradı deyə, “qarabala” deyiblər də, ağ deyil ki, “ağbala” desinlər” söyləyincə, məcbur olub futbolçuya “dediklərini nəzərə alıb, tədbir görəcəyik” cavabını verdim. Həmin veteran başa düşməmişdi ki, oyunçu irqçilikdən şikayətlənir.
“Görüşdəki 7-ci qol oyundankənar vəziyyətdən vurulub”
Protokolların elektron olmadığı vaxt idi. Bütün sənədlər kağıza yazılırdı. Etiraz olanda da protokollarda “etiraz” bölməsinə qeydlər aparılan vaxtlar idi. Matçların birində hesab 9:1 və ya 8:1 olmuşdu. Ertəsi bütün protokolar PFL-ə təqdim olunurdu. Sənədləri bir-bir nəzərdən keçirib narazılıqları qeydə alırdıq ki, iclasda müzakirəyə çıxaraq. Protokolların birində yazılan etirazı oxuyanda hamımız şoka düşdük. Məğlub olan komandanın rəhbərliyi protokolun “etiraz” bölməsinə “görüşdəki 7-ci qol oyundankənar vəziyyətdən vurulub” şəklində qeyd yazmışdı. Təsəvvür edirsiz, komanda böyük hesabla uduzub, rəhbərlik 7-ci qola görə protokola etiraz yazıb. Protokolu oxuyub xeyli gülmüşdük.
“Eminin tapıntısına söyə-söyə geri dönməli olduq”
Avropa Peşəkar Futbol Liqasının keçirdiyi tədbir çərçivəsində mən, Aslan Şahgəldiyev və Emin Şükürov 4 günlük İspaniyaya yollanmışdıq. Toplantının sonunda tədbir iştirakçılarını “El Klassiko” gözləyirdi. Əslində bizi həmin toplantıdan çox “Barselona” – Real” matçı maraqlandırırdı. Dünyanın bir nömrəli derbisini izləmək hər adama qismət olmur. Elə alındı ki, tədbirlə oyun arasında boş vaxtımız oldu. Həmin vaxt Emin qayıtdı ki, burda bir yer tapmışam, dəhşət ucuzluqdu. Bütün dünya brendləri məhsullarını orda inanılmaz ucuz qiymətə satışa çıxarır. Azərbaycanlı olasan, ucuz qiymətdən xəbər tutasan... Gecə səhərə qədər gözümüzə yuxu getmədi, öz aləmimizdə nə alacağımızı, bundan başqa, kimlərə nə hədiyyə edəcəyimizi düşünürdük. Emin onu da demişdi ki, satış mərkəzi Barselonadan təxminən 100 kilometr aralıdadı. Ezamiyyət pulumuzun yarısına taksi sifariş edib yollandıq həmin məkana ki, özümüzə, evdəkilərə ucuz qiymətə yaxşı bazarlıq edək, keyfiyyətli paltarlar alaq. Eminin dedyi “ucuz” məkana çatdıq, qiymətlərlə tanış olduq. Təsəvvür edin, 4-5 saat “o dükan sənin, bu dükan mənim” gəzərək, “yəqin biz düz ünvana gəlməməşik, ucuz dükanlar başqa sıradadı” deyib, dayanmadan alış-veriş mərkəzlərini gözdən keçirdik. Qiymətlər o qədər “ucuz” idi ki, sonda taksiyə verdiyimiz pulu hesablayıb, geriyə əliboş dönməmək üçün “brelok” aldıq və Eminin tapıntısına söyə-söyə geri dönməli olduq.
“Deyəsən, orda qonaq komanda sözü yoxdu”
PFL-də işlədiyim vaxtlarda püşkatma mərasimidi. Özünüz də bilirsiz ki, həmin tədbirlərdə hamı qeyri-ixtiyari “isti şar hansıdı” sualını verir. Tədbirdən əvvəl bu yöndə və başqa mövzular ətrafında müəyyən polemikaların olduğuna şahidlik etmisiz. Kubokun 1/8 final mərhələsinin püşkatmasıdı və bu mərhələ bir oyundan ibarətdi. Bu da səbətdən çıxan şarla müəyyənləşir. Cütlərin sayı da 7-di. Təsadüfdən necə oldusa, şarı çəkənlərin hamısı meydan sahibi oldu. Birdən klub nümayəndələrinin biri dözməyərək “püşkatma qurtarsın, mən şarları bir-bir yoxlayacam. Deyəsən, orda qonaq komanda sözü yoxdu” söylədi. Tədbir başa çatandan sonra həmin adamı çağırdım ki, gəl özün şarları yoxla. Yaxınlaşdı, bir-bir şarları yoxladı və gördü ki, “qonaq komanda” yazılan şarlar da var. Bir neçə saniyə üzümə baxıb “bəs bu necə olur” sualını verincə, “bunu edən oğullar var” dedim və gülə-gülə həmin yoldaşı yola saldım. Əslində isə hər şey təsadüfən elə alınmışdı, o yazıq hələ bu günə kimi də elə bilir ki, hər şeyi mən düzüb-qoşurdum.
“Bu qurbağa ətindən hazırlanmış yeməkdi”
Bəlkə də dünyada yeganə adamam ki, “Mişlen ulduzu” olan restorandan ac qayıtmışam. Nə vaxt olub? Yenə Avropa Peşəkar Futbol Liqasının tədbiri idi. Toplantı başa çatdı və bizə bildirdilər ki, axşam ziyafət olacaq. Həmin gün Eyfel qülləsinin yanında yerləşən, bütün Avropada məşhur olan restorana yollandıq. Hamı oturub, ofisiantlar əldən-ayaqdan gedirlər, bir-bir yeməkləri qarşımıza qoyurlar. Süfrəyə gələn ilk yeməyin nə olduğu və nədən hazırlandığı ilə maraqlandıqda “bu qurbağa ətindən hazırlanmış yeməkdi” cavabını eşitdim. Bunu eşidincə, təbii ki, yeməyə əlimi vurmadım. İkinci təqdim olunanda yenə “bu nədi” sualını ünvanladım. Dedilər “bu filan heyvanın ətindən hazırlanmış yeməkdi”. Azərbaycanlı olaraq, təbii ki, heç birinə əl vurmadım. Biz başqa şeylərə öyrəşmişik axı, kabab, plov, dolma... Düşündüm ki, növbəti yemək tanıdığım bir şey olacaq və ondan doyunca yeyəcəm. Özümə təsəlli olaraq fikirləşirdim ki, cəhənnəm, bizim mətbəxə yaxın bir yemək olmasa da, ən azı adını eşitdiyim, nə vaxtsa daddığım bir təam təqdim edəcəklər. Ancaq gümanımda yanıldım. Ziyafətin sonuna qədər elə yeməklər verildi ki, onun nədən hazırlandığını eşidincə ürəyim bulanırdı, özümü zorla saxlayırdım. Bu minvalla sona qədər dilimə heç nə vurmadım və Fransanın ən “bərkgedən” restoranından ac çıxmaq məcburiyyətində qaldım.
RƏŞAD

Oxunub: 958
Paylaş:
Digər xəbərlər

Layihə

27-03-2021, 12:0

“Kəpəz”in çalışdırıcısının avtobusda söylədikləri sms ilə radioya göndərilib

Layihə / Manşet

16-01-2021, 15:0

YADA DÜŞƏR XATİRƏLƏR - CEYHUN ƏLİYEV

Layihə / Manşet

25-01-2021, 12:0

YADA DÜŞƏR XATİRƏLƏR - AĞAMUSA BAĞIROV

Layihə

14-02-2021, 00:0

Xaqani Məmmədov İranda rəqibin şortikini çıxarıb

Layihə

16-06-2020, 16:0

Əcnəbi mütəxəssisin ailəsinin dağılmasının qarşısı alınıb

Layihə

6-02-2021, 09:0

Mübariz Orucov Ukraynada Zakir Mahmudovun ayaqqabısında gəzib

Aktual
“Qoy valideynlər həvəslənib qızlarını futbola yazdırsın” – kapitan Kiprdən Azərbaycana səsləndi
“Qurban müəllimin ilk matçdan sonra rəqibi bir daha təhlil etdiyinə inanıram” – “İmarət” nikbindi
Ağabala Bilgəh sanatoriyasında dincəlir
Lambrexts varsa, “Qarabağ” qələbə qazana bilmir...
"Hakimdən narazı qaldıq və bu haqda iradlarımızı bildirdik"
"Sumqayıt" legionerini xəstəxanalıq edən Rahiddən şikayətçidi? - AÇIQLAMA
Son xəbərlər
  • Bu gün, 16:57
    “Qoy valideynlər həvəslənib qızlarını futbola yazdırsın” – kapitan Kiprdən Azərbaycana səsləndi
  • Bu gün, 16:36
    “Qurban müəllimin ilk matçdan sonra rəqibi bir daha təhlil etdiyinə inanıram” – “İmarət” nikbindi
  • Bu gün, 16:15
    “Məhz bu amilə görə başımız ağrıya bilər” – Ceyhun Sultanov “Qarabağ”dan nə gözləyir?
  • Bu gün, 15:54
    Ölkə kuboku: "Şamaxı" və "İmişli" növbəti mərhələdə - YENİLƏNİB
  • Bu gün, 15:33
    “Axşam stadionda anşlaq olacaq və “Molde”yə güclü dəstək veriləcək” – soyuq şəhərdən “soyuq” xəbər gəldi
  • Bu gün, 15:12
    Ağabala Bilgəh sanatoriyasında dincəlir
  • Bu gün, 14:51
    Leverkuzendə yeni anlaşma
  • Bu gün, 14:30
    Millimiz FİFA reytinqində 6 pillə irəlilədi
  • Bu gün, 14:09
    Neymar sevgilisindən ayrıldı
  • Bu gün, 13:58
    “Kəpəz" ölkə kubokunda 50-ci ev oyununu keçirib
  • Bu gün, 13:37
    “Qızıl Samba”nı Vinisius qazandı
  • Bu gün, 13:16
    Lambrexts varsa, “Qarabağ” qələbə qazana bilmir...
  • Bu gün, 12:55
    "Hakimdən narazı qaldıq və bu haqda iradlarımızı bildirdik"
  • Bu gün, 12:34
    "Olimpiakos" "Qəbələ"ni evdə daha sərt cəzalandırdı - REPORTAJ
  • Bu gün, 12:30
    “Neftçi” İK U-19-u məğlub etsə, lider ola biləcək? - YENİLƏNİR
  • Bu gün, 12:13
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 12:00
    “Qarabağ” ölkə futbol tarixində ilkə imza ata biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 11:54
    “Araz-Naxçıvan”dan ilklər
  • Bu gün, 11:33
    "Sumqayıt" legionerini xəstəxanalıq edən Rahiddən şikayətçidi? - AÇIQLAMA
  • Bu gün, 11:12
    “Neftçi” ilə oyundan sonra bərpa üçün kifayət qədər vaxtımız olmadı"
  • Bu gün, 10:31
    Daha 7 güləşçimiz dünya çempionatında çıxış edəcək
  • Bu gün, 10:00
    "Panatinaikos" Şuşa klubunu mübarizədən kənarlaşdırdı
  • Bu gün, 00:36
    “Sabah istənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”
  • Dünən, 23:53
    PSJ və “Nitsa” izləyicilərindən uzaqlaşdı – TURUN ŞƏRHİ
  • Dünən, 23:21
    “Beşiktaş” Çalımbayla 2-ci oyunda da qalib gəldi – TURUN ŞƏRHİ
  • Dünən, 22:55
    Matsarri “Napoli”yə qələbə ilə qayıtdı – TURUN ŞƏRHİ
  • Dünən, 22:36
    “Zenit” rekordu yeniləyib liderliyə yüksəldi – TURUN ŞƏRHİ
  • Dünən, 22:13
    “Bayer-04” və Keyndən növbəti rekordlar - TURUN ŞƏRHİ
  • Dünən, 21:51
    “Şaxtyor”un möhtəşəm seriyası qırıldı – TURUN ŞƏRHİ
  • Dünən, 21:30
    “Real” “Barselona” ilə xal fərqini artırdı - TURUN ŞƏRHİ
  • Dünən, 21:10
    "Qəbələ" "Olimpiakos" səddini adlaya bilmədi - YENİLƏNİB
  • Dünən, 20:51
    “Arsenal” zirvəni ələ keçirdi, “Tottenhem” yenə uduzdu – TURUN ŞƏRHİ
  • Dünən, 20:30
    “Bu işin sabit və uğurlu nəticə verməsi üçün illər tələb olunur, ancaq başqa yol da yoxdu”
  • Dünən, 20:15
    Yığmanın sabiq məşqçilərinin İşçi Qrupla bağlı fikirləri haçalandı
  • Dünən, 19:55
    "Kəpəz", "Qaradağ Lökbatan", "Araz-Naxçıvan" və "Sumqayıt" növbəti mərhələdə - YENİLƏNİB
Daha çox
Oxunub: 4 037
“Problemlərin çarəsi mənəm” - Milan Obradoviç millimizi çalışdırmaq istəyir
Oxunub: 2 979
Türkiyə klubu Mutunun qara siyahısında olan futbolçu ilə maraqlanır
Oxunub: 1 922
“Səbail” Ağabalanı müalicə edir, Samiri cəzalandıracaq
Oxunub: 1 799
Samir Əliyev adaşını bağışlamamalıdı
Oxunub: 1 664
"Hacı Nuran bura gələndə bizə verdiyi vədləri açıqlasam, ölkədə qalmaqal yaranar"
Oxunub: 1 655
Turan Manafov tualetə gedib?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə