Sizin reklam burada

Bir şahmatçı Paşinyana intihar yolunu göstərdi, o biri isə pul yığır

Baxış Sayı:227

Bir şahmatçı Paşinyana intihar yolunu göstərdi, o biri isə pul yığır

Azərbaycanın şanlı ordusunun 44 günlük müharibənin gedişində torparların müəyyən hissəsini işğaldan azad etməklə Ermənistanın kapitulyasiyasına nail olması qonşu-düşmən ölkəni sarsıdıb. İctimaiyyətin müxtəlif təbəqələri müharibəyə, baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli razılaşmaya münasibət bildirməkdədi. Ermənistanın tanınan qadın şahmatçılarından Lilit Mkrtçyan “feysbuk” hesabında aşağıdakıları paylaşıb: “Həlledici məqamlarda kobud səhvlərə yol verən liderin azca ləyaqəti olsaydı, bu faciədən sonra nəinki istefa verər, hətta intihar edərdi… Hamımız ağlımızı itirmək həddindəyik, maraqlıdı, həmin adam özünü necə hiss edir?”
Dünya kubokunun qalibi Levon Aronyan da canfəşanlıqda Lilitdən geri qalmır. O, noyabrın 8-də dostları ilə birgə keçirdiyi “Terroru mat etmək” xeyriyyə aksiyası çərçivəsində topladığı 1 milyon 358 min dramı (təxminən 2852 dollar) ertəsi Ümumerməni “Hayastan” Fonduna təqdim edib.
Maraqlıdı, azərbaycanlı şahmatçılar, daha dəqiqi, indiyə qədər yetərincə yaxşı paralar qazanan Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov hardadı? Görəsən, Silahlı Qüvvələrə Yardım Fonduna, heç olmasa, 10 manat köçürüblərmi?
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR