Sizin reklam burada

Hagen durumundan razıdı

Baxış Sayı:151


"Səbail"in legioneri Nikolas Hagen komandasının premyer-liqadakı çıxışını dəyərləndirib. Qvatemalalı qapıçı oyundan-oyuna daha yaxşı təsir bağışladıqlarını düşünür: "Nəticələr və komandanın çıxı məni razı salır. Uğurlu seriyamız var. Yuxarı pillələrə doğru irəliləyirik. Həm hücumda, həm də müdafiədə etibarlı çıxış edirik. Əsas odu ki, öz oyunumuzu göstərməyə başlamışıq. Birinci yer uğrunda mübarizə aparmaq istəyirik. Bunun üçün oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Tədricən mövqeyimi gücləndirirəm. Baş məşqçinin və komanda yoldaşlarımın etimadını qazandığımı hiss edirəm. Qarşılıqlı anlaşma inkişaf edir və daha kompakt şəkildə müdafiə olunuruq. Oyunumu yaxşılaşdırmaq üçün eyni düşüncə tərzi ilə davam edirəm. Komandama kömək üçün əlavə məşq etməli, hazırlıq prosesində daha çox vaxt keçirməliyəm. Ümid edirəm ki, uğurlu çıxışımı davam etdirəcəm".
Qeyd edək ki, Nikolas Hagen "Səbail"ə cari mövsümün əvvəlində ölkəsinin "Munisipal" klubundan keçib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR