Sizin reklam burada

Yığma eksperimental heyətlə Sloveniyaya uduzmadı

Baxış Sayı:235


262. Sloveniya – Azərbaycan 0:0
1. Vid Belets
2. Neyts Skubiç
19. Mario Yurçeviç
23. Kenan Bayriç
17. Mixa Mevlya
14. Yasmin Kurtiç
(6. Yaka Biyol, 83)
8. Sandi Lovriç
(21. Benjamin Verbiç, 46)
20. Qnezda Çerin
(5. Nino Kouter, 46)
10. Mixa Zayts
(15. Damian Bohar, 66)
11. Tim Matavj
(9. Andraj Şporar, 46)
7. Yosip İliçiç (k)
(22. Amadey Vetrih, 66)
Ehtiyat oyunçular
1. Yan Oblak
16. Matyaj Rojman
3. Yure Balkoveç
4. Miha Blajiç
13. Domen Çrniqoy
18. David Tiyaniç
Baş məşqçi: Matyaj Kek
1. Emil Balayev
18. Anton Krivotsyuk
5. Maksim Medvedev (k)
(14. Elvin Bədəlov, 46)
15. Bədavi Hüseynov
(4. Rahil Məmmədov, 46)
19. Təmkin Xəlilzadə
(17. Vüsal İsgəndərli, 55)
21. Amin Seydiyev
6. Vüqar Mustafayev
(16. Elvin Camalov, 46)
21. İsmayıl İbrahimli
3. Azər Salahlı
11. Mahir Emreli
(9. Musa Qurbanlı, 55)
7. Tellur Mütəllimov
(13. Abbas Hüseynov, 71)
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
23. Aydın Bayramov
2. Mərt Çelik
8. Coşqun Diniyev
10. Rəhim Sadıxov
22. Xəyal Nəcəfov
Baş məşqçi: Canni de Byazi
Vərəqələr: A.Krivotsyuk, 51. E.Camalov, 90 – sarı.
Hakimlər: FERENTS KARAKO, Peter Kobor, İstvan Albert, (hamısı Macarıstan), David Smayç (Sloveniya).
11 noyabr. Lyublyana. “Stojitse” stadionu. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Təxminən biraylıq fasilədən sonra baş tutan toplanışa görə ən çox sevinən Canni De Byazi idi. Əvvəlki iki ayda italyan baş məşqçinin ya vaxt sarıdan bəxti gətirməmişdi, ya da yoldaşlıq oyunu baxımından. Bu dəfə hər iki mənada üzü gülürdü. Futbolçular ötən şənbə-bazardan sərəncamında idi. Monteneqro və Lüksemburqla rəsmi oyunlar ərəfəsində isə komandasını Sloveniya ilə sınaq matçında yoxlamaq şansı düşmüşdü əlinə.
Əslində təcrübəli çalışdırıcının bu matçda növbəti iki qarşılaşmanın planını cızacağı gözlənilirdi. Lakin Qara Qarayev, Namiq Ələsgərov, Ramil Şeydayev kimi əsas heyətin aparıcı simalarının “23-lük”də olmaması baş məşqçinin niyyətindən xəbər verirdi. Az şans verdiklərini və yeniləri sınamaq istəyirdi. Qrupun vacib oyunları ərəfəsində buna nə ehtiyac vardı – hər halda, özbaşına atdığı addım deyil. Görünür, yerdə qalan oyunlar onun üçün formal xarakter daşıyır. Bilmək olmaz, bəlkə də noyabrın 14-17-də elə bu futbolçulara şans verəcək.
Rəqib çalışdırıcı isə yığmamızla dueli yoldaşlıq oyunu yox, sınaq matçı adlandırıb, əsasən təcrübəsi az olanlara güvənəcəyini bildirmişdi. Lakin əsas heyətdə milli formasında azı 30 oyun keçirmiş Skubiç, Mevlya, Kurtiç, Matavj, İliçiç kimilərə şans verdiyini görəndə mətbuat konfransında taktiki gedişə əl atdığını anlamaq çətin deyildi.
De Byazinin eksperimental heyətinə baxmayaraq, millinin ilk dəqiqələrdən yetərincə inamlı təsir bağışlaması matçın sonrakı dəqiqələrində işini asanlaşdırırdı. Təbii, bunda yığmanın “5-li” müdafiə sistemi ilə çıxış etməsinin böyük rolu vardı. Rəqib qapımız qarşısında çoxala bilmir, sonuncu ötürməni verməkdə çətinlik çəkirdi. Düzdü,ilk 20 dəqiqədə bəzən kiçik səhvlər hesabına meydan sahibləri qola yaxınlaşırdı. Lakin ilk 45 dəqiqədə Emilin qoruduğu “çərçivə”yə bir dəfə də olsun zərbə endirə bilmədilər. Əvəzində yığmamız əla fürsəti boşa verməklə yadda qaldı. 3-cü dəqiqədə Mahirin qapı qarşısına ideal ötürməsindən sonra İsmayıl topu tələsik zərbəylə qapının üstündən vurdu.
Nisbi üstünlük rəqibin tərəfindəydi, bu öz yerində. Lakin yığma üzvlərinin əzmkarlığı, pressinqi, rəqibə yaxın oynamaqla boşluq verməməsi zaman-zaman bizimkilərin əks-hücuma çıxması ilə nəticələnirdi. Sadəcə, həlledici anlarda ya son ötürmə çatmırdı, ya da fiziki cəhətdən hazırlıqlı görünən sloveniyalılar bizimkilərin qol şansı yaratmasına imkan vermirdi. Mübarizələrin əsasən meydanın mərkəzində getdiyi ilk 45 dəqiqədə qol səsi eşidilmədi.
İkinci hissəyə 3 əvəzetmə ilə çıxıb, çox keçmədən daha 2 dəyişikliyin edilməsindən sonra yığmanın necə təsir bağışlayacağı sual doğururdu. Xüsusən də millidə debüt oyununa çıxan Musayla Vüsalın performansı maraq doğururdu. İnsaf naminə, ilk 45 dəqiqə ilə ikinci arasında kəskin fərqin olmadığını deməliyik. Əsas fərq ondaydı ki, birinci yarıda nisbətən rahat oynayan meydan sahibləri fasilədən sonra tempi artırmışdı, hücuma böyük qüvvə ilə çıxırdılar.
Belədə İliçiçin tez-tez zərbə mövqeyinə çxımasını başa düşmək olardı. “Atalanta”nın vingerinin 48 və 56-cı dəqiqələrdəki vuruşları qüvvətli alınmasa da, hər halda, Emili kifayət qədər həyəcanlandırdı. Yosipin, eləcə də digər təctübəlilərin meydanı tərk etməsindən sonra meydana çıxan digər sloveniyalılar özlərini baş məşqçiyə sübut etmək üçün əllərindən gələni edirdilər. Elə buna görə də bizimkilər az qala bütün komanda ilə müdafiə olunmağa çalışırdılar.
Matçın sonlarına yaxın tam fərqli niyyətlərdə olan komandaların mübarizəsindən qapısından qol buraxmayan bizimkilər qalib ayrıldı. Meydan sahiblərinin xüsusən oyuna əlavə olunmuş 3 dəqiqədə təhlükəli təsir bağışlamasına baxmayaraq, De Byazinin yetirmələri sayiq davranmaqla uduzmadı. Uduzmamaq öz yerində, komandamızın son üç oyunda nəinki qələbəyə həsrət qalması, hətta qol da vura bilməməsi düşündürücü məqamdı. Ümumiyyətlə, qarşıdakı iki rəsmi oyunda uğur gözləməyə dəyməz.

Gözdən qaçmadı
* Hər nə qədər adamın inanmağı gəlməsə də, əsas heyətdə cəmi iki “milliləşdirilmiş” yer almışdı: Bədaviylə Anton. Dövlət himnimiz səsləndiriləndə Krivotsyukun himni oxuması diqqətdən yayınmadı. Əvəzində illərdi “Qarabağ”ın və yığmanın formasını geyən Bədavinin ağzını açmaması olduqca acı mənzərəydi.
* Oyun başa çatandan sonra hamı paltardəyişmə otağına yollansa da, rəqib çalışdırıcı Matyaj Kek ehtiyat oyunçular skamyasındakı yerində sanki dünya çempionatının finalında uduzubmuş kimi məyus halda oturmuşdu.

Reaksiya
Canni De Byazi: “Bəzi oyunçuları sınaqdan keçirmək üçün yaxşı oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Oyuna yaxşı başladıq. İlk hissədə topa nəzarət edən tərəf biz idik. Oyunun əvvəlində İsmayıl İbrahimlinin qol vurmaq imkanı oldu, təəssüf ki, istifadə edə bilmədi. İnkişaf etməyimiz üçün lazımlı oyun idi. İlk dəfə şans verdiyim futbolçuların oyunundan razı qaldım. Xüsusən ilk hissədə Tellur Mütəllimovun oyunu daha yaxşı alındı. İkinci hissədə oyuna daxil olan Musa Qurbanlı da topla az təmin olunmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərə bildi. Monteneqro millisi ilə oyun bizim üçün çox vacibdi. İlk oyunda pis oynamamışdıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmamışdı”.
***
Musa Qurbanlı – yığmada 244-cü ad
Sloveniya ilə yoldaşlıq oyunu daha bir futbolçunun Azərbaycan yığmasında debütü ilə əlamətdar olub. Belə ki, sonradan meydana çıxan 18 yaşlı Musa Qurbanlı yığmanın tarixinə 244-cü futbolçu kimi düşüb.
Musaya qədər əvvəlki 261 qarşılaşmada 243 oyunçu şans qazanmışdı. Musa yığmanın bombardiri Qurban Qurbanovun oğludu. Bununla da millidə növbəti futbolçu ailəsinin oynaması rəsmiləşib. Xatırladaq ki, Qurbanovla Qurbanlıdan öncə millidə ata-oğul kimi Şahin və Coşqun Diniyevlər oynayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR