Sizin reklam burada

Nikolov Şuşanın işğaldan azad olunmasına reaksiya verdi

Baxış Sayı:260


“Əminəm ki, tam qələbə qazanana qədər dayanmayacaqsız!”
"İnter"in (hazırkı "Keşlə") sabiq prezidenti Georgi Nikolov Şuşanın işğaldan azad olunmasına biganə qalmayıb. Bolqarıstanlı funksioner “feysbuk” hesabındakı paylaşımda bunları qeyd edib: "2009-cu ilin yaz gününü yaxşı xatırlayıram. Mənim "İnter"im Ağdamın Quzanlı qəsəbəsində "Qarabağ"la mövsümün ən vacib oyunlarından birini keçirirdi. Etiraf edim ki, AFFA-nın həmin gözlənilməz qərarına uzun müddət qarşı çıxdım. Sonra yüksək vəzifəli dövlət məmuru olan dostum zəng vurub məsləhət verdi ki, artıq tullanma, sakit ol! Bildirdi ki, Quzanlıdakı qarşılaşma son dərəcə əhəmiyyətli dövlət tədbiridi. Burda idman ikinci dərəcəlidi. Və oyun baş tutdu. Təmas xəttindən bir neçə kilometr məsafədə! Əslində idman nəticələrinin heç bir əhəmiyyəti yox idi. Çünki Azərbaycanın qələbələri 2009-cu ilin həmin günü tam zərərsiz futbol hadisəsi ilə başladı. Xalq, ölkə, hakimiyyət göstərdi ki, birmənalı olaraq işğal və haqsızlıqla heç vaxt barışmayacaq. Buna görə də dünən qədim paytaxt Şuşanın azad edilməsi sizin sarsılmaz inam və iradənizin qələbəsidi, mənim dostlarım. Əminəm ki, tam qələbə qazanana qədər dayanmayacaqsız!"
Qeyd edək ki, Georgi Nikolov 2006 -15-ci illərdə "İnter"in prezidenti olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR