Sizin reklam burada

Hacibeqiç yığmamızla oyuna 25 futbolçu dəvət etdi

Title

Millətlər Liqasının qrupunda yığmamızla qarşılaşacaq Monteneqronun heyəti açıqlanıb. Baş məşqçi Faruk Hacıbeqiç 25 futbolçuya dəvət göndərib: qapıçılar - Daniel Petkoviç (“Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Miloş Draqoyeviç (Buduçnost); müdafiəçilər - Stefan Saviç (“Atletiko”, Madrid/İspaniya), Marko Simiç (“Liepaya”, Latviya), Jarko Tomaşeviç (“Astana”, Qazaxıstan), Adam Maruşiç (“Latsio”, İtaliya), Saşa Baliç ("Zaqlebiye", Polşa), Risto Radunoviç (“Astra”, Rumuniya), İqor Vuyaçiç (“Partizan”, Serbiya), Momçilo Raspopoviç (“Riyeka”, Xorvatiya), Miloş Miloviç (“Voydovaç”, Serbiya); yarımmüdafiəçilər - Nikola Vukçeviç (“Levante”, İspaniya), Vladimir Yovoviç (“Yablonets”, Çexiya), Aleksandar Şçekiç (“Partizan”, Serbiya), Marko Yankoviç (SPAL, İtaliya), Neboyşa Kosoviç (“Kayrat”, Qazaxıstan), Aleksandar Bolyeviç (“Standard”, Lyej/Belçika), Marko Bakiç, Deni Hoçko (hər ikisi “Muskron”, Belçika), Sead Hakşabanoviç (“Norçöpinq”, İsveç), Vukan Saviçeviç (“Samsunspor”, Türkiyə); hücumçular - Fatoş Beçiray (“Visla”, Krakov/Polşa), Stevan Yovetiç (“Monako”, Fransa), Stefan Muqoşa (“İnkon Yunayted”, Cənubi Koreya), Dino İslamoviç (“Rusenborq, Norveç).
Monteneqro yığması noyabrın 11-də Podqoritsada Qazaxıstanla qarşılaşacaq və üç gün sonra Xorvatiyanın Zapreşiç şəhərində millimizin qonağı olacaq.
Faruk Hacibeqiç Qazaxıstanla yoldaşlıq, Azərbaycan və Cənubi Kiprlə Millətlər Liqasının oyunlarından öncə mətbuat konfransı keçirib. 63 yaşlı mütəxəssis bildirib ki, Deni Hoçko koronavirus problemləri ucbatından komandada olmayacaq: "Mənə ən uyğun görünən şəkildə öz fikrimdə qalıram. Sağlam və ən çox oyun keçirən futbolçuları dəvət etmişik. Eyni zamanda həm yerli liqadan, həm də ölkə xaricindən çağırdıqlarım hesabına siyahını genişləndirmişəm. Ümid edirəm ki, dəvət alan Nikola Vukçeviç zədədən xilas olacaq. Qarşıdakı həftə onun sağlamlıq durumu haqda daha ətraflı məlumat əldə edəcəyik. Əvvəlki görüşləri buraxan və zədədən qayıdan Adam Maruşiçi isə səbirsizliklə gözləyirəm. Oyunçularda birlikdə oynamaqla bağlı vərdiş yaratmaq niyyətindəyəm".
Hacibeqiç qrupdan çıxacaqlarına inandığını sözlərinə əlavə edib: "Cənubi Kipr və Azərbaycandan birinin Lüksemburqu büdrədəcəyinə inanıram. Futbolçulardan matçlara eyni ciddiyyətlə baxmalarını istəyirəm. Heç bir rəqibi aşağı səviyyədə görmürük, ancaq mümkün olan ən yaxşı nəticəni qazanmaq istəyirik".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.