Sizin reklam burada

UEFA Nurlan İbrahimovun futbolla bağlı fəaliyyətinə müvəqqəti qadağa qoydu

Title
UEFA Nurlan İbrahimovun futbolla bağlı fəaliyyətinə müvəqqəti qadağa qoydu

UEFA “Qarabağ”la bağlı araşdırmaya başlayıb. Bu haqda qitə futbol qurumunun rəsmi saytında məlumat verilib. Xəbərdə bunlar qeyd olunub: “UEFA-nın İntizam Reqlamentinin 31-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, “Qarabağ” rəsmisinin sosial şəbəkələrdəki paylaşımının araşdırılması üçün Etika və İntizam müfəttişi təyin edilib. Araşdırmanın nəticəsi ilə bağlı məlumat yaxın vaxtlarda veriləcək”.
Qeyd edək ki, bir neçə gün öncə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov ermənilərin Bərdədə törətdiyi terror aktının təsiri altında “feysbuk” səhifəsində düşmənə nifrət tonlu paylaşım etmişdi. Düşmən ölkənin futbol qurumu məlum paylaşımdan xəbər tutan kimi bu haqda UEFA-ya məktub göndərərək, ağdamlıların cəzalanmasını, hətta Avroliqadan uzaqlaşdırılmasını tələb edib. “Qarabağ” məsələ ilə bağlı bəyanat yayıb və qəddarlıq fonunda duyğusal hisslərini ani idarə edə bilməyən İbrahimovun sosial şəbəkədə yazdığı və sonradan doğru olmadığını etiraf edərək sildiyi ifadələrin klubun mövqeyini əks etdirmədiyini, rəhbərlik tərəfindən dəstəklənmədiyini bildirib. Klub rəsmisinin hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilib.
Dünən günün ikinci yarısında isə UEFA Nurlan İbrahimovla bağlı qərarını açıqladı. Bu haqda qurum rəsmi saytında məlumat yerləşdirildi. Qeyd olunub ki, qurumun Nəzarət, Etika və İntizam Orqanı “feysbuk” səhifəsindəki paylaşımı zamanı ayrı-seçkilik xarakterli sözlərə görə İbrahimovun futbolla bağlı hər hansı fəaliyyətinə müvəqqəti qadağa qoyub. UEFA məsələnin mahiyyəti barədə qərarı sonra verəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.