Sizin reklam burada

Şəhriyar gerilədi, Teymur “tərpənmədi”

Baxış Sayı:399


FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb. İlk “onluq”da iki təmsilçimiz yer alıb. Yığmanın lideri Şəhriyar Məmmədyarov bir pillə geriləyib. O, 2770 əmsalla 8-ci yerdədi. Teymur Rəcəbov (2765) isə 10-cu pillədəki mövqeyində qalıb. “Top-100”də yer alanlardan Qədir Hüseynovla Rauf Məmmədov geriləyibsə, Nicat Abbasov yüksəlişə nail olub. Nicat (2668) 72-ci, Qədir (2665) 75-ci, Rauf (2654) 95-ci yerdədi. İlk “üçlük”də yenə dəyişiklik baş verməyib. Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2823) ikinci, Dinq Liren (Çin, 2791) üçüncü pillədən “boylanır”.
Qadın şahmatçıların sıralamasında Günay Məmmədzadə (2443) 3 pillə geriləyərək 31-ci yerə enib. Son reytinqdə 73-cü olan Gülnar Məmmədova (2382) 80-ci pillədə qərarlaşıb. Xanım Balacayeva (2376) 82-ci pillədən 89-a geriləyib. Siyahının ilk üç pilləsində Yifan Hou (Çin, 2658), Aleksandra Qoryaçkina (Rusiya, 2592) və Humpi Koneru (Hindistan, 2586) yer alıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR