Sizin reklam burada

Rəşad Sadıqovun komandası yenə qələbəyə həsrət qaldı

Baxış Sayı:378


29. Zirə - Səbail 0:0
1. Mateus Albino - 4,5
32. Qismət Alıyev - 5,0
12. Lazar Corceviç - 4,5
44. Dmitrios Çantakias - 4,5
2. Sərtan Taşkın - 5,0
21. Hacıağa Hacılı - 4,5
(7. Tural Bayramlı, 69) - 4,5
8. İlkin Muradov - 5,0
30. Riçard Almeyda - 5,0
(13. Şəhriyar Rəhimov, 81) - qiymətsiz
10. Ağabala Ramazanov (k) - 4,5
(91. Ruslan Qurbanov, 67) - 4,5
11. Klesio Bauk - 5,0
9. Davit Volkov - 5,5
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
5. Kərim Diniyev
3. Ali Sisey
20. Əli Şirinov
77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov
96. Nikolas Hagen - 5,0
3. Turan Manafov - 4,5
55. Adil Nağıyev - 4,5
16. Peyman Keşavarzi - 4,5
34. Urfan Abbasov - 5,0
5. Vüqar Bəybalayev - 5,0
(17. Elçin Rəhimli, 82) - qiymətsiz
14. Rahid Əmirquliyev (k) - 4,5
22. Əfran İsmayılov - 4,5
(99. Bahadur Həziyev, 80) - qiymətsiz
27. Hendrik Ekşteyn - 5,5
9. Florian Kadriu - 4,5
(28. Məqsəd İsayev, 90+3) - qiymətsiz
11. Rauf Əliyev - 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
7. Mirsahib Abbasov
29. Amil Yunanov
20. Ruslan Hacıyev
2. Arsen Ağcabəyov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Hendrik Ekşteyn
Vərəqələr: U.Abbasov, 7 (qeyri-idman hərəkəti). F.Kadriu, 42 (qeyri-idman hərəkəti). V.Bəybalayev, 74 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
31 oktyabr. Zirə. İdman Kompleksinin stadionu. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Premyer-liqanın 8-ci turunun ikinci oyununda üz-üzə gələn komandalar matça ehtiyatlı başladı. Tədricən üstünlüyü ələ almağa çalışan Rəşad Sadıqovun yetirmələri ilk 15 dəqiqənin tamamına kimi hücumların kəsərini artırdı. Komandaya yeni qoşulan Riçard Almeyda sanki uzun müddətdi buradaymış kimi çıxış edirdi. Onun Qismət Alıyev və Ağabala Ramazanovla yaxşı anlaşması “Səbail” üçün böyük problem yaradırdı. İlk hissədə qonaqların heyətində Rauf, Kadriu və Əfran daha fəal oyun nümayiş etdirirdi. “Dənizçilər” müdafiədə daha diqqətli oynamaqla əks-hücumlarda rəqibi cəzalandırmaq niyyətində idi. İlk 45 dəqiqədə oyun daha çox meydanın mərkəzində keçdi. Qapılara zərbə olmasa da, komandalar əzmkarlıq nümayiş etdirirdilər.
İkinci hissədə də eyni ssenari təkrarlandı. “Zirə” oyun qurur, dəqiq zərbə vura bilmirdi. “Səbail” isə müdafiəyə oturaraq əks-hücumlara bel bağlayırdı. Rəşad Sadıqov Baukun sağ cinahda fəal olmadığını görüb, rotasiya etmək qərarına gəldi. Kapitan Ağabala Ramazanovu Ruslan Qurbanovla əvəzlədi. Belədə Klesio sol, Volkov sağ cinaha çəkildi. Meydana yeni çıxan Ruslan isə hücumun sivri ucunda yer aldı. Bundan sonra “Zirə” yenidən təhlükəli imkanlar yaxalasa da, heç birindən yararlana bilmədi. Beləliklə, 90 dəqiqə ərzində qapılara qol vurulmadı. Liderlər qrupunda yer alan “Zirə” ardıcıl üçüncü oyunda 3 xalsız qaldı. “Səbail” isə sonuncu pillədəki yerini “Sabah”a təhvil verdi.
İLKİN SULTANLI

Yeri gəlmişkən…
Bu tur Əfran İsmayılov üçün yubileylə əlamətdar oldu. Təcrübəli yarımmüdafiəçi ölkə çempionatlarında 250-ci matçını keçirdi. Onun hesabında 40 qol var.
Əfranın debütü 2006/07 mövsümündə baş tutub. Həmin vaxt “Qarabağ”ın şərəfini qoruyan yarımmüdafiəçi bu klubda 163 oyunda 22 qol vurub. O, həmçinin “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Keşlə” (25 oyun, 3 qol), “Xəzər Lənkəran” (10 oyun, 1 qol), “Sumqayıt” (20 oyun, 3 qol) və “Səbail”in (5 oyun, 1 qol) formasını geyib.

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında yığmanın baş məşqçisi Canni De Byazinin əsas köməkçisi Arif Əsədov da var idi.
* Qarşılaşmanı tribunadan olmasa da, stadionun ətrafından 20-yə yaxın azarkeş izləyirdi.
* 7-ci dəqiqədə Qismət Alıyevə qarşı qayda pozuldu. Bu fasilədən istifadə edən sabiq komanda yoldaşları Riçard Almeyda və Rahid Əmirquliyev qucaqlaşıb, görüşdülər.
* 21-ci dəqiqədə yan xətt hakimi Qəzənfər Məmmədov referi Orxan Məmmədova xəbərdarlıq edərək qayda pozuntusu qeydə aldı. Rəşad Sadıqov ona dönərək “Orxan davam etdirir, sən niyə qayda pozuntusu qeydə alırsan”, - deyə etiraz etdi.
* Ağabala Ramazanov - Ruslan Qurbanov dəyişikliyindən sonra forvard sol cinaha keçdi. Bu zaman baş məşqçi Rəşad Sadıqov hücumçuya “Ruslan, yaxşısan? Keç öz mövqeyinə” dedi.
* Son dəqiqədə dördüncü hakim Rəhim Həsənov Orxan Məmmədova rusca “vremya”, - deyə səsləndi. Rəşad Sadıqov isə Həsənova bu şəkildə etiraz etdi: “Nə var e, vaxtdı, vaxtdı salmısan? Gözlə, özü bilsin də nə vaxt oyunu bitərəcək”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR