Sizin reklam burada

“Qəbələ” də qələbə qazanarmış…

Baxış Sayı:393

[/center]
Qomes: “Futbolçular və rəhbərlik məni görmək istəməsələr, ortaq məxrəcə gələcəyik və gedəcəm”
30. Qəbələ – Sabah (Bakı) 2:1 (1:0)
1. Anar Nəzirov (k) – 5,0
(94. Tərlan Əhmədli, 65) – 5,0
2. Vinko Medimoreç – 5,5
13. Yurgen Qoxa – 5,5
26. Stefan Vukçeviç – 5,5
74. Yusif Nəbiyev – 6,0
11. Asif Məmmədov – 5,5
14. Cavid Hüseynov – 5,5
(7. Roman Hüseynov, 78) – qiymətsiz
55. İdris İnqilablı – 5,5
32. Nikolas Raysel – 5,5
99. Ceyms Adeniyi – 5,5
23. Rafael Utriq – 5,0
(9. Ehtiram Şahverdiyev, 72) – 5,0
Ehtiyat oyunçular
28. Murad Musayev
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
6. Kamal Mirzəyev
22. Rodriqo Qattas
10. Rövlan Muradov
20. Faiq Hacıyev
19. Samir Qurbanov
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Yusif Nəbiyev

1. Saşa Stamenkoviç (k) – 5,0
2. Amin Seydiyev – 5,5
13. Filip İvanoviç – 5,0
5. Nikola Vuyadinoviç – 4,5
14. Slavik Alxasov – 5,0
7. Coşqun Diniyev – 5,0
10. Yevgeni Koçuk – 5,0
(17. Məhəmməd Mirzəbəyov, 71) – qiymətsiz
11. Ozan Can Kökcü – 5,0
(18. Xulio Sezar Rodriges, 53) – 5,5
77. Veysəl Rzayev – 4,5
(46. Aleksey İsayev, 46) – 4,5
90. Ramil Şeydayev – 5,5
23. Amadu Diallo – 6,0
Ehtiyat oyunçular
12. Alvaro Villete
94. Nicat Mehbalıyev
15. Ruslan Abışov
3. Ulise Diallo
60. Abbas Ağazadə
29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Amadu Diallo
Qollar: Y.Nəbiyev, 31 (1:0, A.Məmmədov). N.Raysel, 53 (2:0, Y.Qoxa). R.Şeydayev, 81 (2:1, X-S.Rodriges).
Vərəqələr: A.Məmmədov, 19 (qeyri-idman hərəkəti). N.Vuyadinoviç, 35 (hakimin qərarına etiraz). F.İvanoviç, 36 (qeyri-idman hərəkəti). A.Seydiyev, 42 (qeyri-idman hərəkəti). R.Şeydayev, 82 (qeyri-idman hərəkəti). T.Əhmədli, 89 (oyunun bərpasını ləngitmək) – sarı. N.Vuyadinoviç, 68 – qırmızı (qeyri-idman hərəkəti, ikinci sarı).
Hakimlər: VÜQAR HƏSƏNLİ, Cəmil Quliyev, Kamran Bayramov (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
31 oktyabr. Qəbələ. Şəhər stadionu. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Şənbə günü ətrafa işıq saçan payız günəşinin ilıq şüalarının müşayiəti ilə Qəbələdə yerli komanda “Sabah”ı qəbul edirdi. İlk dövrəni qəbələsiz qapadan “qırmızı-qaralar” 3 xalın ləzzətini bu oyunda görməyə çalışacaqdı. Qələbə sayəsində “Qəbələ” sonuncu pilləni tərk edəcək, 6-cı yerə yüksəlmək şansı qazanacaqdı. Heç “Sabah”ın da işləri qaydasında getmir. Mövsümə yaxşı start verən Masazır təmilçisi uzun müddət qələbəyə həsrət qalmışdı. Bunun da nəticəsində Visente Qomesin komandası 6-cı pilləyə qədər geriləmişdi. Yeri gəlmişkən, bu komandaların birinci dövrədə Masazırda keçirilən oyunu “Sabah”ın 3:0 hesablı qələbəsiylə yekunlaşmışdı. Bu, “Sabah”ın mövsüm ərzində qazandığı iki qələbədən biridi. Ümumiyyətlə, Qəbələ səfərinə qədər “Sabah” ardıcıl 4 turda uduzmuşdu. Belədə düşünmək olardı ki, hər iki komanda daha çox risk edəcək və qələbə qazanmağa çalışacaq.
Düzdü, görüşün start dəqiqələri elə də sürətli hücumlarla müşayiət olunmurdu. Bununla belə, rəqiblərin kəşfiyyata o qədər də həvəs göstərməyəcəyini, həlledici həmlə üçün irəli atırmağa hazırlaşdığını hiss etmək çətin deyildi. İlk təhlükəli hücum “Qəbələ”dən gəldi. Cavid Hüseynovun zərbəsi dirəkdən geri döndü. Amma saniyələr öncə Vüqar Həsənlinin qayda pozuntusunun olduğunu bildirən fiti səslənmişdi. Az sonra Adeniyenin təhlükəli reydi də oxşar səbəbdən yarımçıq qaldı. Nigeriyalı hücumçu topa əli ilə toxunmuşdu. Birinci hissənin tam yarısı komandaların belə yarımçıq hücum cəhdləri ilə zəngin oldu. Hakimin fiti tez-tez səslənir, oyunun sürətini artırmaq heç cür mümkün olmurdu. “Sabah”ın heyətində Şeydayevin fəallığı diqqəti çəksə də, zərbə mövqeyinə çıxmaq cəhdləri effekt vermirdi. 25-ci dəqiqədə “Sabah” böyük qüvvə ilə hücuma keçib, “Qəbələ”nin cərimə meydançasında gərginlik yarada bildi. Lakin Diallonun zərbəsinin qarşısını Nəzirov aldı. Qısa müddət sonra Diallo daha bir fürsəti qaçırdı. “Qəbələ”nin buna cavabı tezliklə gəldi. Stamenkoviç Adeniyinin zərbəsini tumaqda çətinlik çəkmədi. 28-ci dəqiqədə Adeniyi meydanın dərinliyindən gələn ötürməyə yetişə bilsəydi, serbiyalı qapıçıya duelə yollanacaqdı. Amma hava ötürməsi bir qədər sürətli alındı ki, qapıçı topa hücumçudan tez çatdı. Üç dəqiqə sonra meydan sahibləri istəyinə çatdı. İllərin təcrübəsi Asif Məmmədov bu qola böyük töhfə verdi. Mərkəz dairəsinin yaxınlığında topu qəbul edən Asif sürətlə irəliləyəndən sonra topu qapıya paralel şəkildə cərimə meydançasına ötürdü. Onun mükəmməl ötürməsini Nəbiyev eyni gözəlliklə qapıya göndərdi. Müdafiəçiləri geridə qoyan gənc futbolçunun başla vurduğu zərbə Stamenkoviç üçün qarşısıalınmaz idi. “Sabah”ın cavab qolu vurmaq üçün qazandığı fürsəti isə Alxasov qaçırdı. “14 nömrə”nin qüvvətli zərbəsi qapıdan xeyli aralı keçdi. 42-ci dəqiqədə “Sabah” daha bir fürsət qazandı. Koçuk uzun ötürməylə Ramili qapıçıyla duelə göndərmək istədi. Müdafiəçilərdən sıyrılmağa çətinlik çəkən hücumçu ötürməyə çata bilməyəncə, Nəzirov irəli çıxıb topu tutdu. “Sabah” ikinci hissəyə əvəzetmə ilə başladı. İspaniyalı çalışdırıcı bu mövsüm komandaya cəlb olunan Aleksey İsayevi Veysəl Rzayevin yerinə meydana buraxdı. Bu dəyişiklikdən sonra qonaqlar bir qədər fəallaşdı. Görünür, fasilədə Qomes futbolçularını əməlli-başlı danlamışdı. Amma müdafiədə səhvsiz oynamağı bacaran meydan sahibləri qonaqların hücum cəhdlərini təhlükəli nöqtəyə çatmadan zərərsizləşdirə bilirdilər. “Sabah”ın oyunundakı əsas nöqsan xətlərarası əlaqənin yaxşı olmaması, futbolçuların bir-birini anlamaqda çətinlik çəkməsi idi. Bu da bilavasitə məşqçilərin diqqət yetirməsi vacib olan məqamdı. Elə bu pis anlaşmanın sayəsində “Qəbələ” 53-cü dəqiqədə daha bir qol vurdu. Mərkəz müdafiəçiləri adi vəziyyətdə Rayseli nəzarətsiz qoydular. Fransalı yarımmüdafiəçi Stamenkoviçlə təkbətək çıxdıqdan sonra elə də qüvvətli olmayan zərbəylə mövsümdə ilk qolunu vurdu. Qoldan sonra “Sabah”ın heyətində daha bir əvəzetmə oldu. Hücumların kəsərini artırmağa çalışan Qomes Kökcünün əvəzinə Rodrigesi “döyüşə atdı”. 60-cı dəqiqədə Koçuk topu cərimə zərbəsindən qapı qarşısına ünvanladı. Orda “Sabah”ın iki futbolçusu topu başıyla “çərçivə”yə ünvanlamağa çalışsa da, Nəzirov yaxşı oynadı. Amma bu fədakarlıq qapıçının zədələnməsiylə nəticələndi və bir qədər sonra oyuna davam edə bilməyən Anar yerini Tərlan Əhmədliyə buraxdı. Çox keçmədi ki, “Sabah” azlıqda qaldı. Vuyadinoviç Cavidə qarşı kobud oynadığına görə ikinci sarı vərəqəylə meydandan qovuldu. Bununla belə, azlıqda qalan “Sabah” hesab arasındakı fərqi azalda bildi. Şeydayev Rodrigesin başla ötürməsindən sonra topu qapıdan keçirdi. Az sonra Rodriges özü də fərqlənə bilərdi. Onun başla yaxın məsafədən vurduğu qüvvətli zərbəni Əhmədli usta qapıçılara xas cəldliklə tirin üzərindən aşırdı. Oyunun son dəqiqələri “Qəbələ” üçün xeyli çətin keçdi. “Sabah” bərabərlik qolunu vurmaq üçün böyük qüvvəylə irəli atılıb, təzyiqi xeyli artırmışdı. Hakimin hissəyə 6 dəqiqə əlavə etməsi də qonaqlar üçün stimula çevrildi. Bununla belə, hesab dəyişmədi və “Qəbələ” cari mövsümdə ilk qələbəsini qazandı.
AMAL

Gözdən qaçmadı
* Bayraqlarla bəzədilən Qəbələ şəhər stadionunun gözəlliyi göz oxşayırdı. Ötən tur olduğu kimi, bu dəfə də mərkəz dairəsində yerə sərilmiş pankart futbolçuların gəlişini gözləyirdi. Üçrəngli bayrağımızın rənglərinin əks olunduğu pankartda Ali Baş Komandan İlham Əliyevin “Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik!” sözləri yer almışdı.
* Havanın hərarətinin yüksək olması futbolçuların suya tələbatını da artırmışdı. Təsadüfi deyil ki, yerdə qalan Qoxaya kömək etmək üçün meydana həkimlər daxil olan kimi hamı su axtarmağa başladı. Kimisi həkimlərin gətirdiyi çantada axtardığını tapsa da, bəziləri ehtiyat oyunçular skamyasında oturanların uzatdığı su şüşələriylə sərinlənməyi bacardı.
* Ramil Şeydayev təkcə vurduğu qolla diqqətləri üzərinə çəkmədi. Xeyli gərgin görünən hücumçu əsəbi davranışıyla da fərqlənirdi. Vurduğu qoldan sonra topu tez-tələsik mərkəzə aparmağa çalışan Şeydayevə Qoxa mane olmağa çalışdı. Onun əlindən topu dartıb alarkən rəqibinə zərbə vuran hücumçunu Vüqar Həsənli sarı vərəqəylə cəzalandırdı. Qəribədi ki, qarşısında vərəqə görən Ramil özünü heç nə olmayıbmış kimi aparmağa çalışaraq, hakimdən vərəqənin səbəbini soruşmağa da macal tapdı.

Reaksiyalar
Visente Qomes: “Birinci hissədə oyuna nəzarət edir, daha yaxşı oynayırdıq. Təəssüf ki, qol buraxdıq və oyunumuz pozuldu. İkinci hissədə vəziyyəti düzəldəcəyimizə ümid edirdik, amma yenə qol buraxdıq. Azlıqda qalandan sonra fərqləndik. Bu qol bizə yetmədi. Fasiləyə qədər fərqlənə bilsəydik, şansımızı qoruyacaqdıq. İkinci hissədə rəqib daha çox qol vura bilərdi Məğlubiyyət seriyası ilə bağlı nə deyə bilərəm?! Açıq deyəcəm, futbolçular və rəhbərlik məni görmək istəməsələr, ortaq məxrəcə gələcəyik və gedəcəm. Komandanı böhrandan çıxara bilərəm? Son 3 qarşılaşmaya baxsaq, o qədər də pis oynamadıq. "Səbail" və ya "Keşlə" ilə oyunu götürsək, razıyam, pis oynadıq. "Sumqayıt"a qalib gələ bilərdik. Bu gün futbolçular çox çalışdılar. Görüşün sonunda məğlubiyyətdən qaça bilərdik. Bu vəziyyətdən çıxmaq üçün qələbə qazanmaq lazımdı”.
Elmar Baxşıyev: “İndi elə bir dövrdə yaşayırıq ki, hamının fikri ordumuzun yanındadı. Komandanı məşqlərə də, oyunlara da kökləmək çox çətindi. İnanırıq ki, tezliklə işğal altındakı bütün torpaqlarımız azad olacaq. Bugünkü oyuna gəlincə, qələbə bizə çox lazım idi. Nəhayət, qalib gəlməyi bacardıq, qələbəsiz seriyamız bitdi. Ona görə qələbə qazana bilmirdik ki, heyəti mövsümün gedişində komplektləşdirdik. Ötən görüşlərdə də komandanın oyunundan razı idim. Hər matçda 4-5 qol imkanı yaradırdıq. Sadəcə, onlardan istifadə edə bilmirdik. İnanıram ki, bundan sonra ardıcıl qələbələr qazana biləcəyik. Anar Nəzirovun zədəsi haqda tibbi yoxlamadan sonra dəqiq nəsə demək mümkündü”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR