• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qonaqlar qələbəyə həsrət qaldı, “Keşlə” “dağıldı”

Premyer-liqa

5-11-2020, 14:0


Ölkə çempionatının 8-ci turu qonaqların qələbəyə həsrət qalması və “Qarabağ”ın “qızıl”a iddialı “Keşlə”ni kötəkləməsi ilə əlamətdar oldu. İkinci dövrənin ilk oyunu Qəbələdə baş tutdu. 7 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “qırmızı-qaralar” son 4 turda ardıcıl məğlubiyyət acısı dadan “Sabah”ı qonaq edirdi. Buna qədər Elmar Baxşıyevin çalışdırdığı komanda premyer-liqanın ən “sülhsevər” komandası idisə, “tələbələr”in hesabında iki qələbə olduğundan bölgə təmsilçisini 1 xal qabaqlayırdı. Heyət baxımından rəqibdən üstün olan bakılıların autsayderlə oyunda uğursuzluğa son qoyub, yeni dövrədə hər şeyə yeni sətirdən başlayacağı gözlənilsə də, Visente Qomes və futbolçuları bu dəfə də meydanı boynubükük tərk etdilər. Bakıya artıq aitsayder kimi dönən “Sabah”ın sabahı sözün həqiqi mənasında qaranlıq görünür. İspan mütəxəssisin işinin öhdəsindən gəlmədiyi aydındı. Meydan sahiblərinin hər hissədə vurduğu bir qola qonaqlar yalnız bir dəfə cavab verə bildilər. “Qəbələ” isə ilk qələbə sayəsində turnir cədvəlində iki pillə irəliləməklə 6-cı yerdə qərarlaşdı.
Ötən tur “Qarabağ”la qosuz heç-heçəyə razılaşan “Zirə” bu dəfə evdə “Səbail”lə “sülh bağladı”. Bununla da Rəşad Sadıqovun komandası ötən turla müqayisədə daha bir pillə gerilədi. Halbuki “qartallar” “dənizçilər”dən üstün olacağı halda “Neftçi” ilə xalları bərabərləşdirə bilərdilər. Belədə şəxsi oyunlarda üstün olduğuna görə qəsəbə təmsilçisi 8 turdan sonra 2-ci yerdə qərarlaşacaqdı. “Zirə”də diqqətçəkən məqam kimi hücum xəttinin “dişsizliyini” göstərmək olar. Heyətində Klesio Bauk, Davit Volkov, Ağabala Ramazanov kimi qol vurmağı bacaran hücumçular olmasına baxmayaraq, komanda 180 dəqiqədi rəqib qapısına yol tapa bilmir. Qələbə üçün isə ilk növbədə rəqibi məyus etmək lazımdı. Yeri gəlmişkən, meydan sahiblərinin heyətində Riçard Almeydanın da debüt etdiyini xatırladaq. Braziliyalı meydanda olduğu 81 dəqiqədə pis təsir bağışlamasa da, hələ ki yeni komandasına tam uyğunlaşmadığı hiss olunurdu.Vaxtilə Sadıqovla bir komandanın şərəfini qouyan Afdandil Hacıyevin çalışdırıdığı “Səbail”in isə mövqeyi dəyişməz qaldı.
Turun maraqla gözlənilən oyunlarından biri, bəlkə də birincisi Sumqayıtda keçirildi. “Kapital Bank Arena”da 1-ci və 2-ci pillədə qərarlaşan komandalar üz-üzə gəldi. Matçdan öncə bəzi mütəxəssislər “Neftçi”nin “Sumqayıt”ı asanlıqla məğlub edəcəyini düşünürdülər. “Kimyaçılar”ın itkiləri fonunda “ağ-qaralar” meydana optimal heyətlə çıxmışdı. Ancaq Füzuli Məmmədovun komandasının sərgilədiyi qorxaq futbol sumqayıtlıların işinə yaradı. Təzyiq görməyən meydan sahibləri müdafiədə etibarlı və soyuqqanlı oyunla rəqibin cərimə meydançasına çatmayan hücumlarını “ikinci zona”da zərərsizləşdirə bilirdilər. Daha çox meydanın mərkəzində gedən mübarizədə yeganə diqqəti çəkən məqam “Sumqayıt”ın növbəti dəfə penaltidən yararlana bilməməsi oldu. Birinci dövrənin ilk turuna təsadüf edən “Keşlə” ilə matçda Rəhim Sadıxov, 6-cı turda Əli Qurbani “nöqtə”yə yaxınlaşıb hədəfdən yayınmışdısa, bu dəfə Elvin Məmmədov gözəl imkanı boşa verdi.
Turun ən məhsuldar oyunu isə “Azərsun Arena”ya təsadüf etdi. İlk dövrədə “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov məhz “Qarabağ”la heç-heçədən sonra “biz çempionluğa oynayırıq” söyləməklə yaddaşlarda qalmışdı. Görünür, “köhlən atlar”ın futbolçuları və məşqçilər korpusu Yunis bəyin 2-ci turda səsləndirdiyi fikirləri unutmamışdılar və bazar günü kimin çempionluğa oynadığını 55 yaşlı mütəxəssisə xatıraltmağı qarşılarına məqsəd qoymuşdular. Ağdamlılar oyunun taleyini artıq ilk yarıda həll etdilər. İlk yarıda rəqibi 3 dəfə məyus edib, qapısında 1 qol görən meydan sahibləri fasilədən sonra daha 3 dəfə fərqlənməklə cari mövsümün hələ ki ən böyükhesablı qələbəsini rəsmiləşdirdilər. Uzun müddət zədədən əziyyət çəkən Mahir Emrelinin dönüşünü dublla qeyd etməsi də vurğulanası məqamdı. 24 yaşlı forvard komandasının son iki qolunun müəllifi oldu ki, sonuncu daha baxımlı alındı.
Azərbaycan premyer-liqası
2-ci dövrə, 8-ci tur
31 oktyabr
Qəbələ - Sabah 2:1
Zirə - Səbail 0:0
1 noyabr
Sumqayıt – Neftçi 0:0
Qarabağ – Keşlə 6:1
1. Sumqayıt 8 4 3 1 11-7 15
2. Neftçi 8 5 2 2 7-6 14
3. Qarabağ 7 3 3 1 14-5 12
4. Zirə 8 3 3 2 8-8 12
5. Keşlə 8 2 3 3 7-11 9
6. Qəbələ 8 1 5 2 6-11 8
7. Səbail 8 1 3 3 7-9 6
8. Sabah 7 2 0 6 8-11 6
Bombardilər: Əli Qurbani (Sumqayıt) – 6, Namiq Ələsgərov (Neftçi) – 5, Davit Volkov (Zirə) – 4.
Növbəti turun oyunları noyabrın 6-8-i aralığında keçiriləcək: Sabah – Zirə, Səbail – Sumqayıt, Keşlə - Qəbələ, Neftçi – Qarabağ.
RƏŞAD

Oxunub: 477
Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Premyer-liqa

19-10-2021, 18:0

“Qarabağ” fərqi artırdı

Premyer-liqa

29-10-2020, 14:0

“Sumqayıt” ilk dövrənin qalibidi!

Ölkə futbolu / Premyer-liqa

6-10-2021, 12:0

“Qarabağ” zirvədə at oynadır - TURUN ŞƏRHİ

Ölkə futbolu

5-03-2021, 15:0

Premyer-liqada karusel: gah “Qarabağ” zirvədə olur, gah da “Neftçi”

Premyer-liqa

23-11-2021, 17:0

“Neftçi” dördüncü pilləyə gerilədi

Ölkə futbolu / Premyer-liqa

30-11-2021, 16:0

“Sabah”ın yüksəlişi davam edir

Aktual
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Asəf Namazovdan Arif Əsədova şok ittiham - MÜSAHİBƏ
Azərbaycan idmançıları 30-dan çox medal qazandılar
İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Son xəbərlər
  • Dünən, 23:50
    Neymar yenidən bu mükafata sahib çıxdı
  • Dünən, 23:31
    “Ayntraxt”da ayrılıq
  • Dünən, 23:15
    “Sabah”dan böyükhesablı qələbə - VİDEO
  • Dünən, 22:45
    “Turan Tovuz”dan səfər qələbəsi - VİDEO
  • Dünən, 22:15
    Dünya çempionu “Yuventus”a lazım deyil?
  • Dünən, 21:51
    Bundesliqanın tarixinə düşdü
  • Dünən, 21:30
    Qriliş ilə Akeni arxada qoydu
  • Dünən, 21:15
    Premyer-liqanın ən baha 10 transferi
  • Dünən, 20:49
    Murad Musayev: "Regionlarda oynamaq çox çətindi"
  • Dünən, 20:30
    Şahin Diniyev: "Bu, gələcəyə nikbin baxmağa imkan verir"
  • Dünən, 20:05
    “Sabah” və “Turan Tovuz”dan qələbə - YENİLƏNİB
  • Dünən, 19:55
    Yanvarın ən baha 20 transferi - SİYAHI
  • Dünən, 19:30
    “Çelsi” MS-nin rekordunu yenilədi
  • Dünən, 19:11
    Qış “transfer pəncərəsi”ndən baxarkən… - TƏHLİL
  • Dünən, 18:43
    Şəhriyar Əliyevin karyerasında
  • Dünən, 18:10
    Azarkeş qrupu "Neftçi"nin təklifini qəbul etmir - AÇIQLAMA
  • Dünən, 17:50
    Məşqçi həbs olundu
  • Dünən, 17:39
    Vinisius 200-ə çatdı
  • Dünən, 17:26
    Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
  • Dünən, 17:13
    Premyer Liqa: “Sabah” və “Səbail” ilk “11-liy”i açıqlayıblar
  • Dünən, 17:00
    "Qəbələ" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 16:56
    "Təəssüflər olsun ki, hazırlaşdığımız planlarımız pozuldu" - Vüqar Əsgərli
  • Dünən, 16:35
    "Tək dövlətin ayırdığı pulla mübarizə aparmaq, inkişaf etmək çox çətindir" - Ayxan Abbasov
  • Dünən, 16:23
    Rekord görmək istəyən 92 min dollardan keçsin!
  • Dünən, 15:51
    Türkiyə Super Liqasının 3 oyunu təxirə salındı
  • Dünən, 15:34
    Avropa Kuboku: Azərbaycan sumoçuları 6 medalla 1-ci olublar
  • Dünən, 15:07
    UEFA-dan Türkiyəyə dəstək mesajı
  • Dünən, 14:52
    Hamı onun getməsini istəyir?
  • Dünən, 14:43
    AGİN narkomaniyaya qarşı mübarizə mövzusunda videoçarx hazırlayıb - VİDEO
  • Dünən, 14:26
    1-ci və 100-cü: “Kəpəz”ə qarşı
  • Dünən, 14:09
    "Şamaxı"-"Turan Tovuz" oyununda problem
  • Dünən, 13:55
    "Valensiya"nın 15 illik həsrəti
  • Dünən, 13:41
    Sponsorların olmaması bölgə təmsilçisinə mane olur - AÇIQLAMA
  • Dünən, 13:32
    Ulduzların oyunu üçün hər şey hazırdı
  • Dünən, 13:24
    Həsənli Qəbələdə, Əhmədov Bakıda işləri korladı - HAKİMLƏRİN MÜHAKİMƏSİ
Daha çox
Oxunub: 8 432
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Oxunub: 2 848
“Turan Tovuz”un yeni sponsoru məlum oldu – ÖZƏL
Oxunub: 2 699
“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda çıxış edə bilər – ÖZƏL
Oxunub: 2 518
İspaniyalı futbolçu Azərbaycan klubuna təklif olundu
Oxunub: 753
"Şamaxı"-"Turan Tovuz" oyununda problem
Oxunub: 678
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə