Sizin reklam burada

Sloveniyanın yığmamızla oyun üçün heyəti açıqlandı

Title

Kek: “Azərbaycana qarşı keçirəcəyimiz yoldaşlıq görüşü vacibdi”
Sloveniya yığmasının heyəti açıqlanıb. Noyabrın 11-də milli komandamızla yoldaşlıq oyununda münasibətləri aydınlaşdıracaq balkanlıların baş məşqçisi Matyaj Kek sərəncamında görmək istədiyi futbolçuları müəyyənləşdirib. O, qarşıdakı üç oyuna 24 futbolçu dəvət edib. Bunlardan üçü qapıçı, səkkizi müdafiəçi, yeddisi yarımmüdafiəçi, altısı hücumçudu. Sloveniya millisi yığmamızla qarşılaşmadan 4 gün sonra Kosovo, noyabrın 18-də Yunanıstan ilə görüşəcək. Hər iki matç Millətlər Liqası çərçivəsində baş tutacaq.
Qapıçılar - Yan Oblak ("Atletiko", İspaniya), Vid Belets ("Salernitana", İtaliya), Matiaj Rozman (Tselye); müdafiəçilər - Petar Stoyanoviç ("Dinamo", Zaqreb/Xorvatiya), Yure Balkovets ("Fatih Karagümrük", Türkiyə), Neyts Skubiç ("Konyaspor", Türkiyə), Mixa Mevlya ("Soçi", Rusiya), Mixa Blajiç ("Ferentsvaroş", Macarıstan), Nemanya Mitroviç (Maribor), Con Qorents Stankoviç ("Şturm", Avstriya), Mario Yurçeviç ("Osiyek", Xorvatiya); yarımmüdafiəçilər - Nino Kouter (Mura-05), Yasmin Kurtiç ("Parma", İtaliya), Yaka Biyol ("Hannover-96", Almaniya), Amedey Vetrix ("Qaziantep", Türkiyə), Mixa Zayts ("Cenoa", İtaliya), Sandi Lovriç ("Luqano", İsveçrə), Yosip İliçiç ("Atalanta", İtaliya); hücumçular - David Tiyaniç ("Rakuv", Polşa), Andraj Şporar ("Sportinq", Portulqaliya), Benyamin Verbiç ("Dinamo", Kiyev/Ukrayna), Damyan Boxar ("Osiyek", Xorvatiya), Faris Vuçkiç ("Saraqosa", İspaniya), Tim Matavj ("Əl-Vaxda", BƏƏ).
Kek dünən keçirdiyi videokonfransda hər üç qarşılaşmanın onlar üçün vacib olacağını söyləyib: “Qrupda liderliyimizi qorumaq üçün noyabrda keçirəcəyimiz qarşılaşmalar həlledici olacaq. Azərbaycana qarşı keçirəcəyimiz yoldaşlıq görüşü vacibdi. İrəliyə doğru necə addım atmaq lazım olduğunu görəcəyik. Qarşımızda üç önəmli oyun var. Futbolçuların klublarda çılğın oyun təqvimi var. Bu səbəbdən hər zaman geniş heyətə ehtiyac duyuruq”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.