Sizin reklam burada

Ruhu rahatlıq tapan Milli Qəhrəman...

Baxış Sayı:354


80-cı illərin sonunda çəkilən bu şəklə diqqətlə baxın. Üzərində “Qubadlı” yazılan lövhənin arxasınca addımlayan şəxs Əliyar Əliyevdi. Çox güman, Qubadlı idmançıları hansısa respublika yarışına qatılıb, Əliyar da komandanın önündə gedir. Cəsur, qorxmaz, pəhləvan olan Əliyar vətənin ən çətin anlarında silaha sarıldı, Qubadlının müdafiəsində yaxından iştirak etdi, düşmənə ağır zərbələr vurdu və 1992-ci il oktyabrın 3-də “Tikanlı zəmi” yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Yaşasaydı, dekabrın 14-də 63 yaşını tamamlayacaqdı. Şəhid oldu və ölməzliyə qovuşdu. Yəqin indi Əliyarın ruhu rahatlıq tapıb. Axı onun uğrunda qanını axıtdığı Qubadlı azaddı, tezliklə bu rayonda yenə azərbaycanlılar yaşayacaq və yaradacaq. Yeni Əliyarlar, yeni pəhləvanlar yetişəcək. Ruhun şad olsun, Milli Qəhrəman, Qubadlı bizimdi!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR