Sizin reklam burada

Yaxşı nümunə: klub prezidenti də cəbhədədi!

Baxış Sayı:133


Şanlı Azərbaycan ordusunun Qarabağdan erməniləri təmizləmə prosesi davam edir. Artıq dörd şəhərimiz - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu ratonların bir çox kəndi düşmən işğalından azad olunub. Rəşadətli ordumuzun hədəfi bütün Qarabağı yenidən qaytarmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdi.
Döyüşlər başlayandan bir çox tanınmışlar hərbi xidmətə yollanıb. Onlar arasında tanınmış simalar, idmançılar, futbolçular, fanatlar da var. Bəziləri hətta ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçiblər.
“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov da cəbhəyə gedənlərdəndi. Bilməyənlər üçün qeyd edək ki, o, karate üzrə dəfələrlə dünya və Avropa çempionu olub. Bölgə təmsilçisinin rəhbəri hazırda Qarabağda gedən müharibənin iştirakçılarındandı. O, Vətən Müharibəsi başlayandan zabit kimi ön cəbhədə vuruşur. Bu məlumat mediaya dünən sızıb. Nəcəfov Qarabağa gedərkən yaxın ətrafına dönə-dönə tapşırıb ki, bundan heç kimin xəbəri olmasın. O mətbuatın bu məsələdən xəbərdar olmasını istəməyib. Bunun sosial şəbəkələrdə yayılmasının əleyhinə olub. Bir sözlə, klub rəsmisi vətən borcunu şouya çevirmək niyyətindən uzaq olub. O, hazırda ön cəbhədə vətənin keşiyindədi.
Məsələ ilə bağlı klubdan ətraflı məlumat almaq istəsək də, niyyətimiz baş tutmadı. “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev xəbəri təsdiqləsə də , əlavə şərh vermək istəmədi.
Fariz Nəcəfovun vətənpərvərliyə şübhə etmirik. O bunu təkcə sözdə yox, əməldə də göstərir. Vəzifə borcunu yerinə yetirməyini şouya çevirməyən, manşetlərdə görünməyin əleyhinə olan “Qəbələ”nin prezidenti ən xoş sözlərə layiqdi. Allah Fariz bəyi və hazırda cəbhədə olan bütün əsgər və zabitləri namərd gülləsindən qorusun, onlar evə sağ-salamat və qələbə ilə dönsünlər. Bu vətən sizinlə fəxr edir!
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR