• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt” ilk dövrənin qalibidi!

Premyer-liqa

29-10-2020, 14:0

“Sumqayıt” ilk dövrənin qalibidi!

Hesabat turunun ilk oyununda tunir cədvəlində qonşu olan komandalar üz-üzə gəldi. Cari mövsümdə premyer-liqanın ən “sülhsevər” komandası olan “Qəbələ” “doğma divarlar” arasında 7-ci pillədə qərarlaşan “Səbail”i qonaq edirdi. Meydan sahibləri bu qarşılaşmadan qələbə ilə ayrılacağı təqdirdə ən azı “dənizçilər”lə yerini dəyişəcəkdi. Ancaq Elmar Baxşıyevin yetirmələri dövrənin son görüşündə də qələbəyə həsrət qaldılar. “Qırmızı-qaralar” matçda hesabı açan tərəf olsa da, Aftandil Hacıyevin çalışdırdığı komanda özündə güc taparaq “status-kvo”nu bərpa etməyi bacardı və səfərdən 1 xalla döndü.
Turun maraqla gözlənilən oyunlarından biri “ASK Arena”da keçirildi. “Qarabağ”la heç-heçədən sonra “biz çempionluğa oynayırıq” söyləyən Yunis Hüseynovun komandası doğma tribunalar qarşısında son vaxtlar kəskin tənqid atəşinə tutulan, ancaq həlledici anlarda toparlanmağı bacaran “Neftçi”ni qonaq etdi. Matçın süni örtüklü meydanda keçirilməsi meydan sahiblərinin xeyrinə işləyən amil kimi dəyərləndirmək olardı. Ancaq “qırmızı-ağlar” bu üstünlükdən də yararlanmağı bacarmadılar. Matçın taleyini isə bir qol həll etdi. Namiq Ələsgərov sona 22 dəqiqə qalmış fərqlənməklə komandasının ilk dövrəni ikinci pillədə başa vurmasına yardımçı oldu. “Keşlə” isə turdan-tura geriləməkdə davam edir. 7 turdan sonra Hüseynovun komandası “Qarabağ”la eyni xala malik olsa da, artıq turnir cədvəlində 4-cü yox, 5-ci pillədə qərarlaşıb.
Masazırdakı “Bank Respublika Arena”da “Sabah” “Sumqayıt”ı qonaq etdi. Son 3 turda məğlubiyyət acısı yaşayan “tələbələr” ötən tur liderliyə yüksələn “kimyaçılar”la matçda uğursuzluğa nöqtə qoyub, yenidən “üçlüy”ə düşmək üçün geridönüş etməyi planlaşdırırdı. Ancaq necə deyərlər, “sən saydığını say, gör sumqayıtlılar nə sayır”. Tarixində ilk dəfə dövrəni lider kimi başa vurmaq şansı olan “kimyaçılar” bu fürsəti qaçırmadılar. Büdcələri müqayisə gəlməyəcək iki komandanın qarşıdurmasında “tələbələr”in yanında “kasıb” komanda təsiri bağışlayan “Sumqayıt” Visente Qomesin çalışdırdığı kollektivə son saniyələrdə “tərs sillə” vurmaqla meydanda böyük pulların heç də hər şeyi həll etmədiyini göstərdi.
Zirədə baş tutan görüş isə müəllim - tələbə qarşıdurması kimi maraqlı idi. Uzun illər Qurban Qurbanovun rəhbərliyi altında oynayan Rəşad Sadıqov ilk dəfə baş məşqçi kimi müəllimi qarşısında imtahan verirdi. Görüş yetərincə maraqlı alındı. İlk yarıda “Zirə” bir qədər fəal təsir bağışlasa da, fasilədən sonra “köhlən atlar” - baxmayaraq ki, əsas vaxtın son 20 dəqiqəsini azlıqda oynamaq məcburiyyətindəydilər - təşəbbüsə yiyələndi. Rahil Məmmədov cari mövsümdə debüt oynunda meydandan qovulmaqla yadda qaldı. “Qartallar” “köhlən atlar”la qarşıdurmuda zəif görünməsələr də, qonaqların bəxtinin gətirmədiyini vurğulamaq lazımdı. “Qarabağ”ın futbolçuları bir neçə epizodda son nöqtəni qoymaqda çətinlik çəkdilər. Bu üzdən Rəşad Sadıqovun müəllimi ilə ilk imtahandan üzüağ çıxdığını söyləmək mümkündü. Əslində bu heç-heçə nə qonaqların, nə də meydan sahiblərinin işinə yaradı. Ötən turu ikinci pillədə başa vuran qəsəbə təmsilçisi “sülh”ə razılaşmaqla mövqeyini “Neftçi”yə təhvil verdi. “Sumqayıt”la aralarında xal fərqi isə 3-ə çatdı. “Köhlən atlar” qələbə qazanacağı halda ilk “üçlüy”ə daxil ola bilərdi ki, bu imkan qaçırıldı. Bu yerdə onu vurğulayaq ki, “Zirə”nin futbolçusu Cəlal Hüseynov “Qarabağ”la görüşdə premyer-liqada debüt edib. Cəlal “qartallar”ın tarixində elitada meydana çıxan ən gənc futbolçudu. O, 17 yaş 9 ay 23 günlüyündə rekorda imza atıb. Buna qədər isə rekord 19 yaş 4 ay 12 günlüyündə premyer-liqa oyununda iştirak edən Rafael Məhərrəmliyə məxsus idi. Onu da qeyd edək ki, bunadək ölkə kubokunda forma geymiş Hüseynov klub tarixinin mütləq rekordçudu. O, 16 yaş 11 ay 1 günlüyündə rəsmi matça çıxıb.
Azərbaycan premyer-liqası
1-ci dövrə, 7-ci tur
24 oktyabr
Qəbələ - Səbail 1:1
Keşlə - Neftçi 0:1
25 oktyabr
Sabah – Sumqayıt 1:2
Zirə - Qarabağ 0:0
1. Sumqayıt 7 4 2 1 11-7 14
2. Neftçi 7 4 1 2 7-6 13
3. Zirə 7 3 2 2 8-8 11
4. Qarabağ 6 2 3 1 8-4 9
5. Keşlə 7 2 3 2 6-5 9
6. Sabah 7 2 0 5 7-9 6
7. Səbail 7 1 2 3 7-9 5
8. Qəbələ 7 0 5 2 4-10 5
Bombardilər: Əli Qurbani (Sumqayıt) – 6, Namiq Ələsgərov (Neftçi) – 5, Davit Volkov (Zirə) – 4.
Növbəti turun oyunları: 31 oktyabr - Qəbələ - Sabah, Zirə - Səbail; 1 noyabr – Sumqayıt – Neftçi, Qarabağ – Keşlə.
RƏŞAD

Oxunub: 453
Paylaş:
Digər xəbərlər

Premyer-liqa

5-11-2020, 14:0

Qonaqlar qələbəyə həsrət qaldı, “Keşlə” “dağıldı”

Ölkə futbolu

5-03-2021, 15:0

Premyer-liqada karusel: gah “Qarabağ” zirvədə olur, gah da “Neftçi”

Ölkə futbolu / Premyer-liqa

19-10-2021, 18:0

“Qarabağ” fərqi artırdı

Premyer-liqa

21-04-2021, 21:0

“Qarabağ”la “Neftçi” medalı təmin etdi

Premyer-liqa

19-02-2020, 08:0

Mövsümün ən məhsuldar həftəsi

Premyer-liqa

2-03-2021, 13:0

İlk “üçlük”lə başqaları arasında xal fərqi artır

Aktual
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Asəf Namazovdan Arif Əsədova şok ittiham - MÜSAHİBƏ
Azərbaycan idmançıları 30-dan çox medal qazandılar
İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Son xəbərlər
  • Dünən, 23:50
    Neymar yenidən bu mükafata sahib çıxdı
  • Dünən, 23:31
    “Ayntraxt”da ayrılıq
  • Dünən, 23:15
    “Sabah”dan böyükhesablı qələbə - VİDEO
  • Dünən, 22:45
    “Turan Tovuz”dan səfər qələbəsi - VİDEO
  • Dünən, 22:15
    Dünya çempionu “Yuventus”a lazım deyil?
  • Dünən, 21:51
    Bundesliqanın tarixinə düşdü
  • Dünən, 21:30
    Qriliş ilə Akeni arxada qoydu
  • Dünən, 21:15
    Premyer-liqanın ən baha 10 transferi
  • Dünən, 20:49
    Murad Musayev: "Regionlarda oynamaq çox çətindi"
  • Dünən, 20:30
    Şahin Diniyev: "Bu, gələcəyə nikbin baxmağa imkan verir"
  • Dünən, 20:05
    “Sabah” və “Turan Tovuz”dan qələbə - YENİLƏNİB
  • Dünən, 19:55
    Yanvarın ən baha 20 transferi - SİYAHI
  • Dünən, 19:30
    “Çelsi” MS-nin rekordunu yenilədi
  • Dünən, 19:11
    Qış “transfer pəncərəsi”ndən baxarkən… - TƏHLİL
  • Dünən, 18:43
    Şəhriyar Əliyevin karyerasında
  • Dünən, 18:10
    Azarkeş qrupu "Neftçi"nin təklifini qəbul etmir - AÇIQLAMA
  • Dünən, 17:50
    Məşqçi həbs olundu
  • Dünən, 17:39
    Vinisius 200-ə çatdı
  • Dünən, 17:26
    Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
  • Dünən, 17:13
    Premyer Liqa: “Sabah” və “Səbail” ilk “11-liy”i açıqlayıblar
  • Dünən, 17:00
    "Qəbələ" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 16:56
    "Təəssüflər olsun ki, hazırlaşdığımız planlarımız pozuldu" - Vüqar Əsgərli
  • Dünən, 16:35
    "Tək dövlətin ayırdığı pulla mübarizə aparmaq, inkişaf etmək çox çətindir" - Ayxan Abbasov
  • Dünən, 16:23
    Rekord görmək istəyən 92 min dollardan keçsin!
  • Dünən, 15:51
    Türkiyə Super Liqasının 3 oyunu təxirə salındı
  • Dünən, 15:34
    Avropa Kuboku: Azərbaycan sumoçuları 6 medalla 1-ci olublar
  • Dünən, 15:07
    UEFA-dan Türkiyəyə dəstək mesajı
  • Dünən, 14:52
    Hamı onun getməsini istəyir?
  • Dünən, 14:43
    AGİN narkomaniyaya qarşı mübarizə mövzusunda videoçarx hazırlayıb - VİDEO
  • Dünən, 14:26
    1-ci və 100-cü: “Kəpəz”ə qarşı
  • Dünən, 14:09
    "Şamaxı"-"Turan Tovuz" oyununda problem
  • Dünən, 13:55
    "Valensiya"nın 15 illik həsrəti
  • Dünən, 13:41
    Sponsorların olmaması bölgə təmsilçisinə mane olur - AÇIQLAMA
  • Dünən, 13:32
    Ulduzların oyunu üçün hər şey hazırdı
  • Dünən, 13:24
    Həsənli Qəbələdə, Əhmədov Bakıda işləri korladı - HAKİMLƏRİN MÜHAKİMƏSİ
Daha çox
Oxunub: 8 444
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Oxunub: 2 851
“Turan Tovuz”un yeni sponsoru məlum oldu – ÖZƏL
Oxunub: 2 699
“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda çıxış edə bilər – ÖZƏL
Oxunub: 2 526
İspaniyalı futbolçu Azərbaycan klubuna təklif olundu
Oxunub: 763
"Şamaxı"-"Turan Tovuz" oyununda problem
Oxunub: 678
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə